275 nömrəli orta məktəbin direktoru ilə bağlı niyə ölçü götürülmür?
Gundem
Oxunub: 1 209
28 in 2016 | 13:22
275 nömrəli orta məktəbin direktoru ilə bağlı niyə ölçü götürülmür?











Cənab Mikayıl Cabbarov, burda təhsil adına yaraşmayan işlər cərəyan edir, siz isə susursunuz! Müəllim və şagird heyəti Elmira İsmayılovanın işdən çıxarılacağı günü səbirsizliklə gözləyirlər Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları təhsil müəssisələrində daha çox korrupsiya faktı aşkarlayırlar. Bu isə səbəbsiz deyil. Belə ki, orta məktəblərdə, kollec və universitetlərdə rəhbər şəxslər müxətlif bəhanələr gətirməklə şagird-tələbə kontingentini yığıma cəlb edirlər. Nəticədə bu tip amillər respublikamızda təhsilin inkişafına öz mənfi təsirini göstərir. Gundelik-baku.com olaraq dəfələrlə ayrı-ayrı təhsil müəssisələrində cərəyan edən qanunsuzluqlara işıq salıb, Təhsil Nazirliyinin rəhbərliyini həmin yerlərdə yoxlama aparmağa səsləmişik. Üzülərək bildirmək istəyirik ki, nazirliyin yetkili şəxsləri əksər hallarda mətbuatın yazdıqlarını qulaqardına vurur. Halbuki, nazir Mikayıl Cabbarov vəzifəyə təzə təyin edildiyi vaxtlarda bu sahədə şəffaflığın yaradılması işində mətbuatın yardımından istifadə edəcəyini açıqlamışdı. Hələ ki, biz bunu müşahidə etmirik. Elə bunun nəticəsidir ki, hazırda Bakıda və bölgələrdə yerləşən ümumtəhsil məktəblərinin bir çoxunda acınacaqlı vəziyyət hökm sürür. Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli tam orta məktəbdə də durum ürəkaçan deyil. Bununla bağlı ardıcıl məqalələr yayımlamışdıq. Bildirmişdik ki, direktor Elmira İsmayılova məktəbi təhsil qanunları ilə yox, öz «qaydaları» ilə idarə edir. Həmçinin onu da vurğulamışdıq ki, ali məktəbə repetitor yanında hazırlaşan şagirdlər direktorun «tələb»lərini yerinə yetirməklə həftələrlə dərsə gəlmirlər. Hələlik, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin səlahiyyətli şəxsləri yazılanlarla bağlı sözügedən məktəbə baş çəkib yoxlama aparmayıblar. Belə olan təqdirdə isə direktor qeyri-qanuni əməllərinin sayını artırır, nəticədə məktəbdə təlim-tədris prosesisinin keyfiyyəti aşağı düşür. Elmira İsmayılovaya yaxın olan və məktəbdə çalışan şəxslərdən birinin gundelik-baku.com-a verdiyi məlumatlara görə, direktoru nişi-gücü ancaq pul yığmaqdır: «İş o həddə çatıb ki, hətta ibtidai siniflərdə belə normal dərs keçirilmir. Bizim əsas işimiz direktorun tapşırıqları əsasında şagirdlərin valideynlərindən pul yığmaqdır. Bunu heç nədən çəkinmədən deyirəm. Artıq valideynlərdən pul istəməyə üzümüz gəlmir. Bu yaxınlarda valideynlərdən biri pul yığımına kəskin şəkildə etirazını bildirdi və direktordan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət edəcəyini söylədi. Həmin gündən etibarən bu valideynin uşağı direktor tərəfindən gözümçıxdıya salınıb». Mənbəmiz vurğulayır ki, 275 nömrəli orta məktəbdə baş alıb gedən özbaşınalıqlar haqda yazılanlar direktor Elmira İsmayılovanın möhkəm narahatlığına səbəb olub: «Son bir həftədir ki, məktəb rəhbəri müəllimlərdən 20-30 manatdan yığmağa başlayıb. Deyib ki, bu pulu bəzi mətbuat orqanlarına verib özü barədə yazılan tənqidi məqalələri dayandıracaq. Direktor nəyə görə bu cür işlərdə müəllimlərin cibinə göz dikir? O indiyə kimi yığdığı pulları hansı müəllimlə tən bölüb ki, indi onlardan pul yığır? Nazir Mikayıl Cabbarovdan, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevadan xahiş edirik ki, şəxsən özləri gəlib bu məktəbin fəaliyyətini yoxlasınlar. Direktor dəyişsə, müəllimlərin və şagirdlərin əksəriyyəti rahat nəfəs almış olacaq. Bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm ki, son zənglə bağlı sinif rəhbərlərinə qəti tapşırıq verilib. Elmira xanım buraxılış siniflərinin rəhbərlərinə hər şagirddən 50 manat yığmağı tapşırıb. Hansı sinif rəhbəri bu tapşırığı yerinə yetirməsə, yəqin ki, direktor tərəfindən cəzalandırılacaq». Araşdırmalarımız davam edir. Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik. gundelik-baku.com
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ