Gəncə səhiyyəsinin “imtiyazlı” baş həkimi
Gundem / Bolge
Oxunub: 1 041
4 iy 2016 | 08:55
Gəncə səhiyyəsinin “imtiyazlı” baş həkimi






3 saylı poliklinikanın baş həkimi Rasim Hüseynov Əlikram Məmmədovun bəzi maxinasiyalarını həyata keçirməklə bu imtiyazlara sahib ola bilib

Gəncə şəhər səhiyyə sistemində mövcud olan problemlər öz həlini tapmadıqca, istər ayrı-ayrı tibb müəssisələrinin fəaliyyəti, istərsə də şəhər Səhiyyə İdarəsinin işi barədə son dərəcə neqativ fikir və rəylərin ifadə olunduğu məktublar da redaksiyamıza gəlməkdə davam edir. Qeyd etmək istərdik ki, məhz son vaxtlar bu şikayətlərin müəllifləri ilk növbədə öz ciddi etirazlarını Gəncə şəhər Səhiyyə İdarəsinin müdiri Əlikram Məmmədova ünvanlayırlar. Məsələ bundadır ki, tibb elmləri doktoru Əlikram Məmmədovun bu vəzifəyə təyinatının artıq ikinci ili başa çatmaq üzrə olsa da, Gəncənin baş həkimi indiyədək şəhərin tibb müəssisələrində qayda-qanun yaradılması istiqamətində hələ də heç bir addım atmayıb. Əksinə, bəzi mənbələr iddia edirlər ki, hətta şəhər səhiyyəsinə aid mühüm qərarların qəbul olunmasında, bəzi tibb müəssisə rəhbərlərinin Əlikram Məmmədova təsir imkanları getdikcə artmaqdadır. Bu müəssisə rəhbərlərinin sırasında isə, xüsusilə mühüm yeri Gəncə şəhər 3 saylı poliklinikasının baş həkimi Rasim Hüseynov tutur. Əslində, bu yaxınlara qədər Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi Yaşar Əliyevin şəhərin səhiyyə sistemində tutduğu mövqeyi daha önəmli və nüfuz baxımından daha yüksək idi. Lakin gözlənildiyi kimi, Yaşar həkimi bu “yüksəkliklərə” gətirən amillər də elə onun “sürətli enişini” təmin etmiş oldular. Məsələ bundadır ki, Yaşar Əliyevin rəhbərlik etdiyi Psixonevroloji Dispanserdə baş verənlər artıq çoxdan yerli ictimaiyyətin ciddi narazılığını doğurmaqda idi. Nəhayət, bir müddət bundan əvvəl əlillik dərəcəsi almaq məqsədilə Yaşar Əliyevə pul verdiklərini iddia edən 65 nəfər vətəndaşın imzası ilə müxtəlif instansiyalara, o cümlədən bizimdovr.az-a ünvanlanmış şikayət ərizəsi bu problemin həllində həlledici amillərdən biri oldu. Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi Yaşar Əliyevin qanunsuz hərəkətləri barədə daxil olmuş şikayətlər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıldı. Bu barədə mətbuata Baş Prokurorluqdan verilən açıqlamada da qeyd olundu ki, araşdırmalar zamanı baş həkimin ayrı-ayrı şəxslərin pensiyaya qanunsuz çıxarılması məqsədilə müvafiq sənədlərin verilməsi üçün ümumilikdə 7000 manat və 12 min 600 ABŞ dolları məbləğində pulu rüşvət kimi almasına əsaslı şübhələr ortaya çıxıb: “Buna görə də baş həkimin barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb”. Əldə etdiyimiz son məlumata görə, aşkar edilmiş faktlar üzrə istintaq tədbirləri hələ davam etdirilir.

Beləliklə də Yaşar Əliyev həm ümumilikdə Gəncə səhiyyəsində, həm də konkret olaraq Əlikram Məmmədovun yanında malik olduğu nüfuzunu itirmiş oldu. Məhz elə bundan sonra da, Gəncə şəhər 3 saylı poliklinikasının baş həkimi Rasim Hüseynovun ulduzu xüsusi bir parlaqlıqla bərq vurmağa başladı. Mənbələr bildirirlər ki, hal-hazırda Rasim Hüseynovun rəhbərlik etdiyi tibb müəssisəsində törədilən özbaşınalıqlar, həyata keçirilən maxinasiyalar indiyədək görünməmiş bir həddə çatıb. Açıqlamalarda vurğulanır ki, xəstələr bu poliklinikada bütün həkim və laborator müayinələr, istənilən tibbi prosedurlar və hətta ən ucuz tibbi ləvazimatlar üçün belə pul ödəməli olurlar. Çünki, ödəniş olmayacağı təqdirdə xəstələrin nə müayinələri, nə də onlara doğru-dürüst müalicə təyin olunması mümkün deyil. Elə təəssürat yaranır ki, sanki 3 saylı poliklinikanın nə şəhər Səhiyyə İdarəsinə, nə də ümumiyyətlə heç bir instansiyaya tabeliyi yoxdur.

Digər tərəfdən isə, bir çox mənbələr yaranmış vəziyyəti artıq Əlikram Məmmədovun özünün də bəzi “maddi maraqlarının” yaranması ilə izah edirlər. Bu xüsusda daxil olan açıqlamalarda bildirilir ki, son vaxtlar Gəncə şəhər Səhiyyə İdarəsinin adından elan olunan tenderlərin əksəriyyətində müəmmalı məqamlar yaşanır.

Həmçinin, məlumatlarda qeyd olunur ki, Səhiyyə İdarəsinin tabeliyində olan xəstəxana və poliklinikalara vakant yerlərə işçilərin qəbulu zamanı da bir sıra neqativ hallarayol verilir. Mənbənin sözlərinə görə, ayda bir dəfə təşkil edilən imtahanlarda tibb bacısı olmaq istəyənlərdən 2500-3000 manat pul tələb olunur. Bütün bu maxinasiyaların əsas icraçılarından biri kimi isə, məhz 3 saylı poliklinikanın baş həkimi Rasim Hüseynov çıxış edir ki, bu vəziyyət də ona hazırda malik olduğu bəzi “imtiyazları” təmin etmiş olur.bizimdovr.az

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ