700 bal toplayanlar indi harada işləyirlər?
Gundem
Oxunub: 1 062
22 iy 2016 | 10:36
700 bal toplayanlar indi harada işləyirlər?







“Cəmiyyətdə öz layiqli yerlərini tutublarmı?”

Artıq bir neçə ildir ki, orta ümumtəhsil məktəblərini bitirən məzunlar ali məktəblərə qəbul imtahanlarında müxtəlif ixtisas qrupları üzrə maksimum nəticələr əldə edərək 700 bal toplayırlar.

“Azərbaycan müəllimi” qəzeti xəbər verir ki, ölkəmizdə bu uğura ilk dəfə 2007-ci ildə rast gəlinib.

Həmin vaxtdan indiyədək 700 bal toplayan abituriyentlərin ümumi sayı 42 nəfərdir.

2007-ci ildə 3, 2008-ci ildə 6, 2009-cu ildə 2, 2010-cu ildə 7, 2011-ci ildə 4, 2012-ci ildə 5, 2013-cü ildə 6, 2014-cü ildə isə 9 nəfər abituriyent qəbul imtahanlarında 700 bal toplayıb.

Həmin abituriyentlərdən bir çoxu hazırda təhsillərini davam etdirsə də, bəziləri artıq təhsillərini başa vurublar. Bəs, görəsən ali təhsil müəssisələrini bitirən həmin məzunlar hazırda nə işlə məşğuldurlar? Cəmiyyətdə öz layiqli yerlərini tutublarmı?

Yəqin ki, təhsildə ən yüksək nəticə göstərməklə cəmiyyətin diqqətini özlərinə çəkməyi bacaran bu insanların indi hansı işlə məşğul olduqlarının hamı üçün maraq doğuracağını nəzərə alıb həmin şəxslərdən bir neçəsi ilə əlaqə saxladıq.

Emil Abbasov

2007-ci ildə ilk dəfə olaraq I qrup üzrə 700 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasına qəbul olub. BDU-da 1 semestr oxuduqdan sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2008-2012-ci illərdə Koreya Respublikasının Seul və Suvon şəhərlərində yerləşən Kyung Hee Universitetində (KHU) kompüter mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2013-cü ildə bu universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Dövlət Proqramı çərçivəsində ABŞ-ın Nyu-York Universitetində (NYU) kompüter elmləri ixtisası üzrə magistratura bölməsinə qəbul olunub. Hazırda təhsilini davam etdirir.

Rüfət Babayev

2008-ci ildə Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinə daxil olub. Qafqaz Universitetində təhsil alarkən Böyük Britaniyanın Mançester Universitetinə göndərilib və 1 il həmin universitetdə kompüter elmləri üzrə təhsil alıb. Qafqaz Universitetini fərqlənmə diplomu ilə bitirib. Hazırda universitetdə kompüter mühəndisliyi ixtisası üzrə magistr təhsili alır. Bununla yanaşı, ixtisası üzrə Qafqaz Universitetində tədqiqatla da məşğuldur. Almaniya və Amerikanın nüfuzlu ali təhsil müəssisələrindən birində doktorantura təhsili almağı qarşısına məqsəd qoyan Rüfət ixtisası üzrə mükəmməl bir mütəxəssis olmaq istəyir.

Nurlan Əhmədov

2008-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub. 2012-ci ildə universiteti yaxşı qiymətlərlə bitirib. Sonra İngiltərənin Royal Hollovey Universitetinə daxil olsa da, müəyyən səbəblərdən orada təhsil ala bilməyib. Lakin buna baxmayaraq ruhdan düşməyən Nurlan Qafqaz Universitetində biznesin idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. Hazırda Universal Az LLC şirkətində xarici təchizat və logistika üzrə mütəxəssis işləyir.

Emil Əliyev

2008-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə səhhətiylə bağlı problemi olduğu üçün 2 il akademik məzuniyyət götürüb, ona görə də təhsil müddəti uzanıb. 2014-cü ildə ali məktəbi bitirən Emil hazırda hərbi xidmətə getmək üçün hazırlaşır. Vətənə xidməti borcunu verdikdən sonra Dövlət Qulluğuna keçirilən imtahanlara hazırlaşmağı qarşısına məqsəd qoyduğunu bildirir. Arzusu dövlət qulluqçusu olmaqdır.

Fəridə Musayeva

2009-cu ildə Azərbaycan Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə daxil olub. 2013-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirib. Sonra Bakı Dövlət Universitetində mülki və təsərrüfat hüququ ixtisası üzrə magistr təhsili alıb. 2014-cü ilin may ayında ədliyyə qulluğuna imtahan verərək Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsində aparıcı məsləhətçi vəzifəsinə hazırlıq məqsədilə təcrübə keçir.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO