Lənkaran RQİ və TBŞ ETBARNAMƏSİNƏ XİTAM VERİLMİŞ MAŞINI NECƏ QEYDİYYATA ALIB
Gundem / Bolge
Oxunub: 2 940
26 iy 2016 | 11:42
Lənkaran RQİ və TBŞ ETBARNAMƏSİNƏ XİTAM VERİLMİŞ MAŞINI NECƏ QEYDİYYATA ALIB

















Mütəmadi olaraq, etibarnamə ilə avtomobil alan şəxslərin problemlərlə üzləşməsi barədə eşidirik. Bəzən isə bu səbəbdən illərlə uzanan məhkəmə çəkişmələri də olur. Çünki etibarnamə ilə faktiki alqı-satqı etmək dövlət tərəfindən tanınmır. Etibarnamə iki qaydada - sadə, yəni avtomobili sadəcə idarə etmək üçün, universal ("generalnı doverennost") formada isə başqa şəxsə satmaq, bağışlamaq, girov qoymaq və etibarnamədə göstərilən digər hüquqları həyata keçirmək üçün verilir. Ancaq heç bir halda həmin avtomobilə mülkiyyət hüququ vermir. Alqı-satqı isə etibarnamədən fərqli olaraq, həmin avtomobilə dair alıcıya mülkiyyət hüququ verir. Yəni yalnız alqı-satqı halında avtomobil sizin mülkiyyətiniz sayılır.

Qanun

Bu məsələnin hüquqi tərəfləri ilə bağlı araşdırmalarımız ortaya maraqlı nüanslar çıxardı. İlk növbədə etibarnamənin təyinatına, qanunvericilikdə etibarnamənin hansı məqsədlər üçün müəyyən edildiyinə nəzər salaq.

Mülki Məcəllənin 362.1.-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. "Yəni etibarnamə faktiki olaraq, digər şəxsə müəyyən hüquqlar verir. 2012-ci ilədək, nəqliyyat vasitəsinə sərəncam vermə (satmaq, bağışlamaq, girov qoymaq) səlahiyyətini nəzərdə tutan etibarnamələr daha uzun müddətə verilirdisə, 2012-ci ildə Mülki Məcəlləyə edilmiş müvafiq dəyişikliklərə əsasən, nəqliyyat vasitəsinə dair sərəncam vermək səlahiyyətini nəzərdə tutan etibarnamənin müddəti bir ildən çox olmamaq şərti ilə məhdudlaşdırıldı. Hal-hazırda el arasında "generalnı doverennost" və ya "baş etibarnamə" kimi tanınan həmin etibarnamə bir ildən artıq müddətə verilmir.

Göründüyü kimi, qanunvericilik etibarnaməni digər şəxsə müvəqqəti səlahiyyət verilməsi üçün nəzərdə tutub. Qanunvericilikdə avtomobilin alqı-satqısının etibarnamə verilməsi ilə rəsmiləşdirilməsi kimi prosedur nəzərdə tutulmayıb. Alqı-satqının rəsmiləşdirilməsi və mülkiyyət hüquqlarının yeni alıcıya keçməsi üçün alqı-satqı müqaviləsinin bağlanması zəruridir.

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, etibarnamə səlahiyətlərin digər vətəndaşa verilməsini təsdiq

edən müvəqqəti sənəddir. Ona görə də, həmin əmlakın mülkiyyətçisi texniki şəhadətnamədə adı olan şəxsdir.

Etibarnamə ilə gələn baş ağrısı

Avtomobilin etibarnamə ilə verilməsi maşı alan şəxslə yanaşı onu satan adama da real başağrısı yaadır.

Azerinfo.az portalına şikayətlə müraciət edən Masallı rayonu, Ərkivan kənd sakini Ağammədov Aqşin Şakir oğlu bildirir ki, avtomobilini etibarnamə ilə verməyin əngəlinə düşüb. Beləki o, 2008-ci ilin avqustunda , Cəlilabad şəhərində , özünə məxsus olan VAZ-21 06 markalı , 44 BL 859 dövlət qeydiyyat nişanlı avtomobilini 3 il müddətinə baş etibarnamə (gendoveronnost) Nəsimi adlı şəxsə verib. Yəni 2011-ci ilin avqustuna kimi.

Sonradan maşının taleyi ilə maraqlanmayıb.

Ondan sonra həmin avtomovil Aqşin Ağammədovun imzası, razılığı olmadan Cəliabad və Biləsuvar notarial kontorlarında saxta yolla etibarnamələr alınaraq əldən-ələ keçib.

Oğurluq maşınla qəza

Daha sonra hadisəıər daha maraqlı xarakter alır. 2014-cü il dekabrın 28-də olan VAZ-21 06 markalı , 44 BL 859 nömrəli avtomobili idarə edən Rəhimzadə Rəhim adlı şəxs Biləsuvar ərazisində qəza törədir. Hadisə yerinə həm dövlət yol polisi, həm də “ AXA MBASK” SIĞORTA ŞİRKƏTİNİN nümayəndələri gəlir. Məsələ ondadır ki, həmin vaxt Rəhim Rəhimzadənin adına etibarnamə olmayıb. Çünki mülkiyyətşi Aqşin Ağammədov 2014-cü ilin aprelin 27-dən 2015-ci ilin, avqust ayının 29-dək Rusiyada olun və bu barədə müvafiq sənədlər var. Onun dediyinə görə Rəhimzadə də heç sürücülük vəsiqəsi belə olmayıb. Nəticə odur ki, maşın vəsiqəsiz və etibarnaməsiz idarə edildiyi üçün cərimə meydançasına aparılmalı idi. Çünki qəza nəticəsində ayrı avtomobilə də ziyan dəymiş və hadisə yerinə sığorta şirkəti gəlmişdi. Əvəzində isə nə olur- Rəhimzadə buraxəlır, maşın ona qaytarılır. Bunu Biləsuvar yol polisi hansı əsasla, necə edib araşdırma mövzusudur. Mülkiyyətçi olmaya olmaya 2 gün sonra Rəhim Rəhimzadəyə Ramazanov Anar Qasım oğlu tərəfindən 2014.12.30 tarixdə baş etibarnamə verilir.

Sığorta şirkəti isə asan yol tapır. Qəza nəticəsində diğər avtomobilə dəyən dəyərin ödənilməsi üçün Biləsuvar məhkəməsində Aqçin Ağammədova qarşı iddia qaldırır. Biləsuvar məhkəməsində işə 2 dəfə hakim Azər Səmədov baxır. Sonuncu dəfə bu il həmim işə hakim Ramiz Nurullayev baxır və Aqşin Ağammədovu 645 manat cərimə edirlər.

Maşını kim idarə edib, etibarnamə saxtadı ya yox-bu nə sığorta şirkətiniu, nə məhkəməni maraqlandırmır. Halbu ki, məhkəmə bu işi araşdırmalı idi.

Oğurluq maşın necə qeydiyyata alınır

2008-ci ildən bəri Aqşin Ağammədov həmin avtomobilə qanuni yolla cəmi iki etibarnamə verib. Biri 2008-ci ildə, onu yuxarıda qeyd etmişik. Bir də 13.07.2015-ci il tarixdə, Masallı rayon 2 saylı notarial kontorda Əliyev Salamat Sərxan oğluna Əliyev İslam Sərxan oğluna baş etibarnamə ilə.

Lakin 1016-cı ilin may ayında Aqşin Ağammədov sonuncu etbarnamələrə xitam verilməsi üçün notarial kontora müraciət edib. 2016-cı il may ayının 10-da həmin etibarnamələrə xitam verilib.

Lakin mülkiyyətçi avtomobilini geri ala bilməyib

Məlum olub ki, avtomobil 12.05.2016-cı il tarixdə Lənkaran RQİ və TBŞ-i tərəfindən Əliyev Salamat Sarxan oğlunun qardaşı Əliyev İslam Sarxan oğlunun adına qeydiyyata alınmış və avtomobilə 15 BS 369 dövlət qeydiyyat nişanı verilmişdir.

Burası lap maraqlıdır. Axı etibarnamə ləğv edilən kimi bu haqda məlumat bazaya oturur. Lənkaran RQİ və TBŞ bunu bilə -biolə necə qanunsuzluğa yol veriblər. Bu haqda araşdırmamız olacaq.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...