Azərbaycan Universitetinin “Corciya yalanı”: - Vətəndaşlar aldadılır, ekspert “məhkəməyə verin” dedi
Gundem
Oxunub: 1 273
1 avq 2016 | 10:14
Azərbaycan Universitetinin “Corciya yalanı”: - Vətəndaşlar aldadılır, ekspert “məhkəməyə verin” dedi










Azərbaycan Universitetində baş verən qanunsuzluqlarla bağlı Savash.org-un redaksiyasına məlumatlar, məktublar, foto və videolar daxil olub. Daxil olan məlumatlara görə, 2008-ci ildən etibarən universitetdə bakalavr və magistr hazırlığı üzrə ABŞ-ın Corciya Universiteti ilə birgə təhsil proqramının tətbiq edilməsi haqda elanlar yayılıb, reklamlar verilib.Reklam və elanlardakı iddiaların saxta olduğu, tələbə cəlb etmək üçün yalan üzərində qurulduğu çox sonralar üzə çıxıb.

Belə ki, qeyd olunan proqram “Biznesin təşkili və idarə olunması” istiqamətində “Menecment”, “Marketinq”, “Maliyyə”, “Mühasibat uçotu”, “Dünya iqtisadiyyatı” ixtisasları üzrə ingilis dilli təhsili nəzərdə tutub.Universitet rəhbərliyinin sifarişi ilə yayılan reklam çarxlarında proqrama daxil olan ixtisaslar üzrə tam kurs keçmiş tələbələrə ABŞ-ın Corciya Universitetinin və Azərbaycan Universitetinin ikili beynəlxalq səviyyəli diplomu veriləcəyi də bildirilib. Bu proqram üzrə ilk məzun buraxılışı 2012-ci ildə olub. Lakin nə bu proqramın 2012-ci ildəki ilk buraxılışının, nə də sonrakı buraxılışlarının məzunlarının heç birinə beynəlxalq səviyyəli ikili diplom verilməyib. Məzunlara təqdim edilən diplomların yalnız Təhsil Nazirliyi tərəfindən təsdiq olunduğunu görən tələbələr və onların təhsil haqqı ödəyən valideynləri isə haqlı narazılıqlarını bildiriblər.

Maraqlıdır ki, 2008-ci ildən, yəni proqramın tətbiq olunduğu tarixdən etibarən TQDK-nın rəsmi saytı və rəsmi nəşr orqanı olan “Abituriyent” jurnalının əvvəlki illərdəki saylarında Azərbaycan Universiteti barədə məlumatlarda ikili diplom və müvafiq olaraq təhsil haqqının hər il üçün azı 500 manat artıq olduğu haqda qeydlər var. Yaranmış situasiyada Azərbaycan Universiteti məzunlara ya vəd etdiyi ikili diplomu təqdim etməli, ya da əlavə ödənilən təhsil haqlarını geri qaytarmalıdır!

Məsələnin digər tərəfi də maraq doğurur. İkili diplom vədinin saxtalığı üzə çıxsa da, hazırkı dövrdə də universitetdə bu proqram üzrə təhsil alan tələbələr var.

Bundan başqa bildirilir ki, universitetin sabiq rektoru, hazırda özəl universitetin rəsmi təsisçisi olan dövlət məmuru – vergilər nazirinin müşaviri Akif Musayev ikili diplomla bağlı hələ də reklam etməkdədir.

Sözügedən ali təhsil müəsissəsində çox dözülməz halın yaşandığını iddia edən təhsil üzrə ekspert tanınmış ekspert Nabatəli Qulamoğlu Savash.org-a söyləyib ki, həmin universitetdə vətəndaşlar aldadılır və onların külli miqdrada pulları mənimsənilir:" Həmin vətəndaşlar məhkəməyə mürcaiət edib , haqlarını tələb edə bilərlər. İnanıram ki, məhkəmə ədalətli qərar çıxaracaq və qanunsuzluğa yol verənlər cəzalarını alacaqlar. Görünən odur ki, Akif Musayev vəzifəsindən sui -istifadə edib, vətəndaşıları aldadır. Bu məsələ məhkəmə predimetirdir, bunun təhsilə heç bir aidiyyatı yoxdur. Yəni sözügedən ali məktəbdə təhsil adına heç bir məqam müşahidə olunmur."

//Savash.org
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR