T. Qaraşov - 18 Oktyabr - Müstəqillik günüdür!
Gundem
Oxunub: 2 583
18 okt 2015 | 15:04
T. Qaraşov - 18 Oktyabr - Müstəqillik günüdür!



















18 oktyabr ölkəmizin Müstəqillik günüdür. Şanlı tariximizdir

1917-ci il inqilabından sonra Rusiya İmperiyasının əsarətindən qurtaran xalqımız 1918-ci ilin mayında yenidən öz müstəqilliyini bərpa etdi. Bu vaxt Azərbaycanın ərazisi 114 min kv.km. olmuşdu. Bu müstəqilliyimiz 23 ay davam etmişdir. Yenidən torpaqlarımız bədnam qonşularımız tərəfindən bölüşdürüldü və 86,6 min kv.km. ərazimiz SSRİ-nin tərkibində olaraq qaldı. 70 il İmperiyanın əsarəti altında yaşayan xalqımız XX-əsrin 90-cı illərində yenidən öz müstəqilliyini bərpa etdi. Müstəqilliyə aparan yol 1988-ci ilin payızında baş verdi. Yüz minlərlə insanın küçələrə çıxaraq ilk dəfə haqlarını tələb etməsi bir başlanğıc oldu. 1991-ci il avqust hadisələrindən sonra Azərbaycanda siyasi vəziyyət daha da gərginləşdi. 20 Yanvar hadisələri ilə xalqın qəzəbini qazanan rəhbərlik SSRİ-də dövlət çevrilişinə cəhd edən qüvvələri müdafiə etdi. Azərbaycan xalqı Respublikanın rəhbərliyinə, demokratik təşkilatlar isə siyasi mühafizəkarlara qarşı mübarizəyə qalxdılar. Xalqın təkidi ilə çağırılmış Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikası Dövlət Müstəqilliyini bərpa etmək haqqında Bəyannamə" qəbul etdi. Belə bir şəraitdə xalqın tələbi ilə Ali Sovetin 1991-ci il oktyabrın 18-də toplanmış sessiyası "Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi. Bununla Azərbayanın dövlət müstəqilliyi yenidən bərpa olundu.

Dekabrın 29-da referendum keçirildi. Refrendumda bir məsələ qoyulmuşdu: "Siz Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya aktına tərəfdarsınızmı."
Azərbaycan xalqı yekdilliklə dövlət müstəqilliyinə tərəfdar çıxdı. 1992-ci ildə Milli Məclis Azərb.Resp.Dövlət Himnini, 1993-cü ilin əvvəlində Dövlət gerbini təsdiq etdi.
1993-cü ilin əvvəllərində Azərbaycanın Dövlət müstəqilliyini 116 dövlət tanımış, 70 xarici dövlət ilə diplomatik əlaqələr qurulmuşdu. Azərbaycan 14 beynəlxalq təşkilata üzv qəbul edilmişdi. Respublikamız müstəqillik əldə etdikdən sonra bir sıra uğurları ilə yanaşı, bədnam qonşularımız tərəfindən torpaqlarımızın 20%-i işğal edildi, Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistanın işğalçı qüvvələri tərəfindən zorla alındı və 1 mln.-dan çox həmvətənimiz məcburi köçkünlük aqibətini yaşadılar.
Müstəqilliyimizi qazandığımız ilk illərdə torpaqlarımızın işğalı ilə yanaşı, respublikamızda vətəndaş müharibəsi baş verdi. Müstəqilliyimizi gözü götürməyənlər ixtişaşlar törədir, respublikamızı regionlara bölürdülər. 1993-cü il iyunun 15-də Azərbaycan ziyalılarının və xalqın təkidli dəvəti ilə Ulu öndərimiz Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı və o gündən Azərbaycanın təhlükədə olan müstəqilliyi yenidən bərpa olundu və günü-gündən müstəqilliyimiz möhkəmləndi. Respublikamız günü-gündən sürətlə inkişaf edərək regionun ən qüdrətli bir dövlətinə çevrildi. Artıq günü-gündən iqtisadiyyatımız inkişaf edir, dövlətimizin qüdrəti getgedə yüksəlir.

Taleh Qaraşov
Lənkəran rayon İcra Hakimiyyətinin başçısı
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq