MASAZIRIN TƏN ORTASINDA FAHİŞƏXANA - "LAZA" - Yenilənib
Gundem / Sosial
Oxunub: 6 665
11 avq 2016 | 21:00
MASAZIRIN TƏN ORTASINDA FAHİŞƏXANA - "LAZA" - Yenilənib









Keçən sayımızda Abşeron rayonu, Masazır kəndinin ərazisində yerləşən "Laza” otelinin priton kimi fəaliyyət göstərməsinə dair tənqidi yazıyla cıxış etmişdik. Redaksiyamıza daxil olmuş məlumatda bildirilirdi ki, kənd sakinlərinin kəskin etirazlarına baxmayaraq, bu günə qədər nə obyektin sahibləri bu rüsvayçılığı dayandırmaq niyyətlərini ortaya qoymayıblar, nə də rayonun hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə heç bir addım atılmayıb.

Azerinfo.az-ın məlumatına görə, qeyd edək ki, "Laza” oteli adlandırılan bu priton bilavasitə Masazır kəndinin içərisində, yaşayış evlərinin əhatəsində yerləşir. Təbii ki, bu vəziyyət kənd sakinlərini son dərəcə narahat edir. Lakin təəssüflər olsun ki, dəfələrlə müxtəlif instansiyalara olunan şikayətlərdən hələ də heç bir nəticə çıxmır. Bu əxlaqsızlıq yuvası fəaliyyətini durmadan genişləndirdikcə, ətraf evlərdə yaşayan sakinlərin də narahatlıq hissləri artır. Lakin "Laza” otelinin müdiri olan və yaxud da bu obyekti icarə əsasında işlədən Süleyman adlı şəxs qonşularının ittihamlarını tam etnasızlıqla qarşılayır. Nəzərinizə catdırırəq ki, "Laza” otelinin də, məşhur "Laza” xalça sexinin də sahibi eyni bir şəxs, Dağlar Səfərovdur.

Azerinfo.az-ın məlumatına görə, elə obyektlərini anadan olduğu Qəbələ rayonunun Laza kəndinin adı ilə adlandırmaq da onun öz ideyasıdır. Bir müddət əvvəl Dağlar Səfərovun əməkdaşımızla baş tutmuş telefon söhbəti zamanı dedikləri isə, bu şəxsin özünün cəzasızlığına tam əmin olduğunu bir daha büruzə vermişdi. Belə ki, otel sahibi irəli sürülən ittihamları təkzib etməyə cəhd belə göstərmədən, birbaşa əməkdaşımızı təhdid etməyə, bundan bir nəticə çıxmadıqda isə, yazılanlara etinasızlıq nümayiş etdirməyə üstünlük vermişdi. Artıq dəfələrlə qeyd etdiyimiz kimi, həm ictimaiyyətin və həm də müvafiq dövlət qurumlarının bütün səylərinə baxmayaraq, cəmiyyətimiz hələ də gizli pritonların fəaliyyəti ilə bağlı problemin effektiv həlli yollarını tapmaqda çətinlik çəkir.

Əslində müxtəlif iaşə obyektləri, sağlamlıq və istirahət kompleksləri, əyləncə mərkəzləri adı altında pərdələnən bu obyektlərin fəaliyyəti hamının və hər kəsin gözü qarşısında baş verir. Hətta hüquq-mühafizə orqanlarının xüsusilə əxlaqsızlıq yuvalarının aşkar edilməsi, fəaliyyətlərinin dayandırılması və bu işi təşkil edənlərin cəzalandırılması istiqamətində həyata keçirdikləri qəti tədbirlər belə bu qorxunc ictimai bəlanın qarşısını tam ala bilmir. Ölkənin müxtəlif yerlərində təşkil olunan əxlaqsızlıq yuvaları öz çirkin işlərini min bir üsulla pərdələməyə hələ də nail ola bilirlər. Masazır kəndi ərazisində fəaliyyət göstərən "Laza” otelinin ətrafında cərəyan edən proseslər də bunu bir daha təsdiq edir.

Mənbələr bildirirlər ki, "Laza” otelinin sahibləri hətta öz obyektlərinə yeni müştərilər cəlb etmək məqsədilə son vaxtlar ətrafda yaşayan gənclər arasında "reklam” kampaniyaları aparmaqdan belə çəkinmirlər. Bu məqsədlərlə isə, yaxınlıqda yerləşən kafe və çayxanalarda, gənclərin asudə vaxtlarını keçirdikləri məkanlarda məxsusi olaraq göndərilmiş şəxslər tərəfindən "Laza” otelinin təbliği gedir. Aydındır ki, bu gün istənilən inzibati ərazi vahidinin hüdudları daxilində hər hansı qeyri-qanuni fəaliyyət növü ilə məşğul olmaq və eyni zamanda bu fəaliyyəti həmin ərazinin hüquq-mühafizə orqanlarından gizlin saxlaya bilmək prinsip etibarı ilə mümkün deyil. Əgər belə bir "obyekt” davamlı fəaliyyət göstərirsə deməli, istənilən halda əraziyə nəzarət edən hər hansı polis orqanının bu işdən xəbəri var və çox güman ki, bu fəaliyyət üçün həmin orqanın rəhbərliyindən qeyri-rəsmi icazə də alınıb. Məhz bu səbəbdən də kənd sakinləri bu problemin həllində yerli hüquq-mühafizə orqanlarına artıq güvənmədiklərindən, kütləvi informasiya vasitlərinin köməyilə məsələni Daxili İşlər Nazirliyinin rəhbərliyinin və müvafiq struktur bölmələrinin diqqətinə çatdırmağa çalışırlar.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO