"Əcəb eləmişəm, söymüşəm, sənin ağzını da, sənin mətbuatını da…" - Polis çavuşu
Gundem / Bolge
Oxunub: 2 078
15 avq 2016 | 07:27
"Əcəb eləmişəm, söymüşəm, sənin ağzını da, sənin mətbuatını da…" - Polis çavuşu
















Yol polisi şöbəsində inanılmaz olay – Sərxoş polis və söyüşün biri bir qəpik

Adətən, orta məktəbdə “mənim polisim məni qoruyur” rubrikası altında inşalar yazdırılır və bu inşalar sonradan müsabiqədə iştirak edir, ən layiqli məktəblilərə də fəxri fərmanlar təqdim edilir. Amma mən bu gün belə bir inşa yazsam “mənim polisim məni təhqir edir” mövzusuna daha çox diqqət yetirərdim. Niyə görə, deyə soruşsanız, aşağıda qeyd elədiyim və bu günlərdə başıma gələn çox maraqlı və düşündürücü bir hadisə barədə yazını oxumağı məsləhət görərdim. Sizə Şirvan şəhər Polis şöbəsində və daha dəqiq desək, yol polisi xidmətində baş verən özbaşınalıqlar barədə məlumat vermək istərdim.

Belə ki, 05.08.2016-cı il tarixində Şirvan şəhərinin Naxçıvan küçəsinin Cihazlar zavodunun qarşısında olan hissəsində yolun kənarı ilə gedən zaman təsadüfən Şirvan şəhər YPX və PPX-nin əməkdaşlarının yolla hərəkət edən bir avtomobili saxlatdıraraq onun sürücüsü ilə mübahisə etdiklərini gördüm. Mən onlara yaxınlaşıb özümü təqdim etdim və yaxınlıqda yerləşən yaşayış binalarından bu xoşagəlməz mənzərəyə tamaşa edildiyini vurğulayaraq hər iki tərəfi sakitliyə dəvət etdim.

Azerinfo.az xəbər verir ki, YPX-nin Üzeyir adlı işçisi mənim sözlərimi normal qəbul etdi və öz vəzifə funksiyalarını dəqiq həyata keçirərək qaydanı pozmuş sürücünü elə öz avtomobilində Şirvan şəhər Polis şöbəsinə gətirdilər. Mən də elə həmin maşında gəldim şöbəyə ki, bu hadisədə marağı olmayan bir şahid kimi ifadə verim. Şöbədə YPX-nin rəisinin qəbuluna düşmək istədim, dedilər məzuniyyətdədir, özünü onun vəzifələrinini icra edən kimi təqdim edən Murad adlı kapitan məni qəbul etdi və mən ona bütün hadisəni təfsilatı ilə danışdım, o da dedi ki, öz aramızda həll edərik, narahat olmayın. Mən çölə çıxanda YPX işçilərindən biri o birinə “rəis səni çağırır” deyəndə dönüb Muraddan soruşdum ki, axı, rəis kimdir. O da dedi ki, əslində rəis mənəm, o rəis dedikləri radar üzrə müavindir. Mən nə isə bu vəziyyətdən şübhələnib polis şöbəsi rəisinin qəbuluna getdim.

Azerinfo.az xəbər verir ki, Növbətçi Məmməd adlı mayor məni YPX-nin rəis vəzifəsini icra edən baş leytenant Elmanın yanına göndərəndə dedim ki, axı kapitan Muradın yanında olmuşam, o, deyirdi ki, rəis odur. Məmməd dedi ki, Murad yalan deyir, rəisin yerində hal-hazırda baş leytenant Elmandır. Mən gəldim Elmanın yanına, bu zaman onun yanında Əkbər adlı çavuş da əyləşmişdi. Əkbər öz yerini mənə verib ayaq üstə qaldı. Mən yenidən bütün hadisəni danışdım Elmana. Bu zaman Əkbər çavuş mənə sual verdi ki, qaydanı pozan şəxs sənin oğlundur, qardaşındır, ya başqa bir qohumundur? Mən də dedim ki, xeyr, heç bir qohumum deyil, sadəcə olaraq bir vətəndaş kimi, bir müxbir kimi həqiqəti qanun keşikçilərinə çatdırmağı özümə borc bilirəm.

Azerinfo.az xəbər verir ki, bu zaman Əkbər çavuş hirslə dedi ki, bu nədir, hərə əlinə bir qəzet alıb düşür ortalığa ki, müxbirəm? Sənin işin-gücün yoxdur? Mən onun bu kobud sözlərinə etiraz etdikdə o, daha da səsini yüksəldərək mətbuatı və mətbuat işçilərini kütləvi şəkildə çox nalayiq çoxmərtəbəli söyüşlərlə təhqir etdi, qapını çırparaq otağı tərk etdi. Mən etirazımı Elmana deyəndə o, dedi ki, siz Allah, bizi bağışlayın, Əkbəri çağırıb danlayaram, sizdən üzr də istəyər. Mən ordan çıxıb yenidən şöbə rəisinin qəbuluna düşmək istədim, gəldim növbətçi hissəyə, orada Məmməd dedi ki, rəisin yanında hərbçi qonaqlar var.

O zaman rica etdim ki, heç olmasa məni rəis müavini ilə görüşdürün, ürəyim partlayır, rəhbərliyə burada baş verən özbaşınalıqlar barədə danışım. Məni köməkçi rəis müavininin yanına apardı, özü daxil oldu içəri, çıxıb dedi ki, Nazim müəllim, sizi baş leytenant Elman öz otağında gözləyir. Mən gəldim yenidən Elmanın kabinetinə, orada Elman və 2-3 nəfər çavuş məndən rica etdilər ki, Əkbəri çağıraq, sizdən üzr istəsin, barışın. Mən də razı oldum. Əkbəri çağırdılar, gəldi və üzümə durdu ki, mən heç səni söyməmişəm. Üzr yerinə haqsız münasibət gördükdə mən ona tərəf bir-iki addım yaxınlaşdım və ondan bərk spirt iyini hiss etdim və dedim: ”Sən necə qanun keşikçisisən ki, iş vaxtı spirtli içki içirsən, dinc əhalini təhqir edirsən?”.

Azerinfo.az xəbər verir ki, Əkbər yenidən hiddətlənərək “belə, əcəb eləmişəm, söymüşəm, belə sənin ağzını da, sənin mətbuatını da belə-belə eləyim” deyəndə Elman onun qollarından tutub divara sıxdı və “sən nə edirsən, ağlını başına yığ” dedi. Əkbər onu kənara itələyib otağı tərk etdi. “Məni ikinci dəfə təhqir etmək üçün bura çağırmısan” deyə Elmana müraciət etsəm də o, susub qaldı.

Polis rəisinin qəbuluna düşmək istədim, 5-6 saat gözlədim, alınmadı və bu barədə “102”-yə zəng vurub bildirdim, söylədim ki, Əkbər kimi çavuşlar Azərbaycan Polisi adına Qara Ləkədir ! Lakin əfsuslar olsun ki, qaynar xəttdən də hələ ki, bir cavab yoxdur. Əvəzində müxtəlif yerlərdən xahiş formalı zənglər daxil olur telefonuma. İndi Sizdən bir vətəndaş kimi, bir mətbuat nümayəndəsi kimi son dərəcədə xahiş edirəm ki, bu yazını diqqətlə oxuyun və əlinizi vicdanınıza söykəyərək deyin, mənim polisim məni təhqir etmirmi ?

Azerinfo.az xəbər verir ki, Şirvan şəhər yol polisi idarəsinin əsil rəisinin məzuniyyətdə olmasından sui-istifaadə edən Murad kimi, Elman kimi zabitlər tutduqları vəzifəyə layiqdirlərmi ? Yazımın sonunda hər birinizdən vaxtınızı aldığım üçün üzr diləyərək ümidvar olduğumu bildirmək istərdim ki, düşünməyə dəyər : “Dünən məni qoruyan polis bu gün məni təhqir edirsə, sabah necə hərəkət edəcək ???”

Cavablarınızı gözləyirəm. Diqqətinizə görə çox sağ olun! Öncədən təşəkkür edirəm. Allah amanında olun. Qoy Allah-Təala Sizləri dərddən, bəladan, mərdimazardan və belə pis polislərdən qorusun ! Amin !!!
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"