Masallıda təhsil quyunun dibindədir... - PROBLEM
Gundem
Oxunub: 1 277
28 sen 2016 | 14:57
Masallıda təhsil quyunun dibindədir... - PROBLEM

















Bu gün həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında bir çox təhsil müəssisələrinin vəziyyəti heç də ürəkaçan səviyyədə deyil. Çünki bəzi rayon təhsil şöbələrinin müdirləri, eləcə də digər məsul işçilər tutduqları vəzifələrdən sui-istifadə edir, kobud nöqsanlara, neqativ hallara yol verirlər. Misal kimi, Masallı Rayon Təhsil Şöbəsində yaşanan xoşagəlməz olayları qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, adıçəkilən şöbənin müdiri Tariyel Əkbərov rayonun təhsil sisteminin bərbad hala düşməsinə səbəb olub. Belə ki, hazırda Masallı rayonunda 98 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyət göstərdiyini vurğulayan mənbənin sözlərinə görə, Tariyel Əkbərovun bu ilin iyun ayında adıçəkilən rayonun təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunmasından sonra Masallı təhsili ciddi şəkildə geriləməyə başlayıb: «Deyilənlərə görə, Masallı Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrində tədris prosesinin keyfiyyətini demək olar ki, yox dərəcəsinə gəlib çıxıb. Bunun məsuliyyəti isə birbaşa Tariyel Əkbərovun üzərinə düşür. Çünki məhz onun şöbə müdiri vəzifəsinə təyinatından sonra Masallıdakı əksər təhsil ocaqlarında, əsasən də kənd məktəblərində dərslərin keyfiyyəti, dərsə davamiyyət ciddi şəkildə zəifləyib. Bildirilir ki, bir çox şagirdlərin adları jurnalda getdikləri halda, məktəbə getmir, dərslərdə iştirak etmirlər. Ümumiyyətlə, son zamanlar rayondan ali məktəbə qəbul olanların sayında xeyli azalma müşahidə olunur. Hələ bu, harasıdır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Masallı Rayon Təhsil Şöbəsinə ayrılan maliyyə vəsaitlərinin hara xərcləndiyi isə məlum deyil. Çünki Tariyel Əkbərov kimi şəxsin şöbə müdiri vəzifəsində çalışması, bu və digər xoşagəlməz halların yaşanması deməkdir. Məsələnin maraqlı tərəfi isə ondadır ki, bu qədər neqativ halların, nöqsanların mövcud olmasına baxmayaraq, Təhsil Nazirliyi, o cümlədən digər müvafiq qurumlar Masallı Rayon Təhsil Şöbəsində yaşananları, Tariyel Əkbərovun yol verdiyi nöqsanları görməzdən gəlirlər». Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə, həmçinin o da qeyd olunur ki, Tariyel Əkbərov tərəfindən hər ay məktəb direktorlarının və müəllimlərin aylıq əməkhaqqlarına əl qoyulur, rayonda fəaliyyət göstərən məktəblərin işinə yersiz müdaxilələr edilir: «Deyilənlərə görə, məhz bu cür hallar Masallının təhsil sisteminin inkişafına ciddi əngəl törədir. Bir sözlə, qeyd olunur ki, tədris prosesinin təşkili məsələlərində səriştəsizlik nümayiş etdirən Masallı Rayon Təhsil Şöbəsinin rəhbərliyinin tətbiq etməyə çalışdığı üsullar isə nəticə etibarı ilə tədris proqramının şagirdlər tərəfindən mənimsənilməsində, tətbiq olunan pedaqoji metodikaların səmərəliliyinin artırılmasında problemlər yaradır. Deyilənlərə görə, şöbə müdiri Tariyel Əkbərov Masallı məktəblərində müqavilə üzrə işləyən müəllimlərə qarşı irəli ultimatumlar irəli sürür. Belə ki, onun əmək müqavilələrini yeniləmək niyyətində olan müəllimlərdən tədris etdikləri dərs saatlarının sayına müvafiq olaraq 1000-2000 arası «təşəkkür» etmələrinin tələb etdiyini bildirirlər. Qeyd olunur ki, Tariyel Əkbərov öz planını həyata keçirmək üçün ilkin olaraq direktorlara müəllimlərlə bağlanmış müqavilələrin qanunvericiliyə uyğun olmadığını bəyan edib. Məsələn, əvvəl müəllimlərdən tələb edirlər ki, işdən çıxmaları ilə bağlı ərizə yazsınlar. Müəllimlər bunu etmədilər, bundan sonra isə təhsil şöbəsi müəllimlərin işdən azad edilmələrinə nail olmaq üçün direktorlara təzyiqlərə başladı. Əsasən də 2011-2012-ci illərdə məktəblərə qəbul edilmiş müəllimlərlə müqaviləni pozmaq istəyirlər. Halbuki onlar müəllim kimi fəaliyyət göstərməkdən ötrü müasir təhsilin tələb etdiyi testlərdən və yoxlamalardan keçiblər. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, hazırda Masallı Rayon Təhsil Şöbəsində ciddi nöqsanlar mövcuddur və elə bu səbəbdən də Tariyel Əkbərovun rəhbərlik etdiyi qurumun fəaliyyətinin tez bir zamanda köklü şəkildə yoxlanılmasına ehtiyac var». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır