Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da - Beyləqan rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ələmşah Məmmədquliyev
Gundem / Bolge
Oxunub: 1 860
10 okt 2016 | 07:10
Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da - Beyləqan rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ələmşah Məmmədquliyev











Ələmşah Məmmədquliyev dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Beyləqan rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ələmşah Məmmədquliyevdir.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Beyləqan rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ələmşah Məmmədquliyevin məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Ələmşah Məmmədquliyevi nüfuzdan salmağa çalışırlar.

Məlumdur ki, Beyləqan rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ələmşah Məmmədquliyevin barədə son vaxtlar şantaj xarakterli məlumatlar yayan şəxslərin əslində başqa niyyəti var. Çünki, onun barəsində qərəzli yazıların hamısında təkcə Ələmşah Məmmədquliyev deyil, həm də "Azərbaycan digər rayon Suvarma Sistemləri İdarəsinin rəisləridə hədəf seçilib. Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Ələmşah Məmmədquliyevi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər. Hamıya məlumdur ki, yalan ayaq açsa da yerimir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır. Ələmşah Məmmədquliyevin şəxsi və işgüzar nüfuzuna xələl gətirmək istəyən insanların çirkin niyyətinə çatmayacağı da hamıya məlumdur. Görəsən həmin saytlar nəyə görə hazırda Beyləqan rayonunda Suvarma Sistemlərinin uğurlu fəaliyyəti, gördüyü işlər barədə yazılar hazırlamır? Çünki, onların çirkin niyyəti buna imkan vermir.

“Qara mətbuat”da Ələmşah Məmmədquliyevin tutduğu vəzifədən kənarlaşdırılacağı haqda yalan xarakterli məlumatların yayılması onu göstərir ki, Ələmşah Məmmədquliyevin dövlətçiliyə sədaqətlə xidmət göstərməsi və həyata keçirdiyi düzgün iş prinsipi kimlərəsə sərf etmir. Onun vəzifədən getməsini arzu edən, yəni buna görə də hörmətli Ələmşah müəllim barədə yalan məlumatlar yayan insanların niyyəti baş tutmayacaq. Hazırda öz vəzifəsini uğurla davam etdirən və Beyləqan rayondaSuvarma Sistemlərinin inkişafı ilə bağlı cənab Prezidentimiz İlham Əliyevin və cənab Əhməd Əhmədzadənin tapşırıqlarını şərəflə yerinə yetirən Suvarma rəisi Beyləqan rayon Suvarma Sistemləri İdarəsində işlərin yüksək səviyyədə qurulmasına nail olub.

P.S. Azerinfo.az olaraq bəzilərinin diqqətinə çatdırır ki, Beyləqan rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ələmşah Məmmədquliyevin bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Beyləqan rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ələmşah Məmmədquliyevin şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.
Dünən, 23:28
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Dünən, 16:00
Rəsmi Tiflis Ermənistanın silahlanmasında İŞTİRAK EDƏCƏKMİ? - AKTUAL
Dünən, 15:30
Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...
Dünən, 14:29
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
Dünən, 14:24
İlham Əliyev Putini təbrik edib
Dünən, 14:22
Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ
Dünən, 14:20
Pakistan Əfqanıstanı bombaladı: çoxlu ölü
Dünən, 14:01
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib
Dünən, 14:00
Cənubi Qafqazda hind ehtirası - NƏ BAŞ VERİR?
Dünən, 12:37
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı
Dünən, 12:27
Türkiyə nəhəngi Qurban Qurbanovla maraqlanır
Dünən, 12:21
Azərbaycana yaz gəlir
Dünən, 12:16
Avtomobil sahibləri üçün əla fürsət - Əldən verməyin!
Dünən, 12:11
Nüfuzlu ABŞ nəşri Ermənistanı qınadı: "Azərbaycana qarşı çıxır..."
Dünən, 10:10
Şad xəbər: Sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək
Dünən, 10:00
NATO indi də Cənubi Qafqaza can atır: Bu hərbi-siyasi alyansın hədəfləri Bakının mövqeyindən asılıdır
Dünən, 09:27
Füzuli şəhərinə daha 34 ailə yola salınıb - FOTOLAR
Dünən, 09:18
NATO Azərbaycanla tərəfdaşlığının daha da gücləndirilməsində səbirsizlənir
Dünən, 09:00
Prezident: Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var
16-03-2024, 10:49
Bakıda yeni hava limanı tikilir - VİDEO
16-03-2024, 10:41
Prezident yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - FOTO
16-03-2024, 10:00
İcra başçıları əvəzinə xüsusi nümayəndələr - YENİ DETALLAR MƏLUM OLDU
16-03-2024, 09:19
Azərbaycanda “TikTok” bağlanacaq? - RƏSMİ AÇIQLAMA
16-03-2024, 09:00
“II Napoleon” Rusiyaya daha bir savaş açır: Kreml Avropanı dağıtmaq bəhanəsi qazanır
15-03-2024, 16:00
Arda Turandan "Qarabağ" paylaşımı - FOTO
15-03-2024, 15:30
Martın 16-na gözlənilən hava proqnozu
15-03-2024, 14:47
İlham Əliyev Axim Ştayneri qəbul edib - FOTO