İcra başçısı müavininin kasıblar məhəlləsindəki milyonluq evi - FOTOLAR
Gundem
Oxunub: 1 063
21 okt 2016 | 15:34
İcra başçısı müavininin kasıblar məhəlləsindəki milyonluq evi - FOTOLAR
















Azərbaycanda məmurların dəbdəbəli villalara məxsus olduqları ilə bağlı faktlar mətbuatın gündəmindən düşmür. Aldıqları əmək haqları ilə milyon manatlarla ölçülən villa sahibi olmağın mümkünsüzlüyünə baxmayaraq, belə mülk sahiblərinin sayı durmadan artır.

Hazırda sizə təqdim etdiyimiz villa da hansısa məmurundur. Anonim mənbədən Xətai rayonu, Cavanşir küçəsində məmurların birinə aid möhtəşəm villanın olması ilə bağlı bakipost.az məktub ünvanlanıb. Məktubda bildirilir ki, həmin villa Xətai Rayon icra Hakimiyyəti başçısının müavini Rafiq Quliyevə məxsusdur.

Məktubu yazan şəxs isə daxmada yaşayan məcburi köçkün ailəsindən olduğunu deyir. Məktubda bildirilir ki, illərdir, uçmaq təhlükəsi olan yataqxanada qaçqın həyatı yaşayan, səfalət içərisində həyat sürən insanların gözü önündə belə bir mülkün salınması hamıda qıcıq doğurur: "Bu evin sahibi iş adamı, biznesmen olsaydı, bizə bu qədər ağır gəlməzdi. Bu evi tikən əslində, bizə xidmət etməli olan, qayğımız, dərdimizə şərik olması vəzifə borcu olan, bir məmur, rayonumuzu idarə edən şəxslərdən biridir. Vicdanlı məmur bizim vəziyyətimizi görə-görə, bizim gözümüzün önündə kral həyatı yaşadığını necə nümayiş etdirə bilər?”.

Bakipost.az-ın əməkdaşı həmin ərazidə olub. Sakinlərlə söhbətində dəqiqləşdirib ki, Cavanşir küçəsində, magistral yolun kənarında yerləşən dəbdəbəli villa həqiqətən Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq Quliyevə məxsusdur.

Villa hündür hasarlarla əhatələnib. Bundan əlavə villanın həyətində əlavə olaraq bir tikili də var. Burada isə villanın mühafizəçisi yaşayır. Adının çəkilməsini istəməyən sakinlər bildirib ki, villanın tikintisinə xeyli sayda işçi və texnika cəlb olunub, bahalı tikinti materiallarından istifadə olunub. Villanın ümumi qiymətinin ilkin baxışdan 1 milyon manata yaxın olduğu görünür.

Bakipost.az-ın əməkdaşı həmin villanın sahibi olduğu iddia edilən R.Quliyevlə əlaqə saxlamağa çalışır. Mövzunu davam etdirəcəyik.

Bir tarixi xatırlatma yerinə düşər: Mayın 17-si Bakının Səbael rayonunda, Salyan şosesi, 37 ünvanındakı villalar Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə söküldü. Nə söküntü zamanı, nə də söküntüdən sonra villaların kimlərə məxsus olduğu bilinmədi. Yayılan məlumatlara görə, bu villaların sökülməsinə şəxsən döblət başçısı göstəriş verib. Məhz buna görə də villa sahibləri səslərini çıxara bilmədilər.


İcra başçısı müavininin kasıblar məhəlləsindəki milyonluq evi - FOTOLAR
İcra başçısı müavininin kasıblar məhəlləsindəki milyonluq evi - FOTOLAR
İcra başçısı müavininin kasıblar məhəlləsindəki milyonluq evi - FOTOLAR
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO
Dünən, 10:20
Ermənistan 4 kəndi bu tarixə qədər qaytara bilər - Bakının PLANI