Qubada meşə “cəlladı” hələ də vəzifə başındadır
Gundem / Bolge / Video
Oxunub: 2 145
22 okt 2016 | 05:24
Qubada meşə “cəlladı” hələ də vəzifə başındadır










Təqdim olunan çəklişlərə diqqət yetirdikdə müəyyən etmək olur ki, bu şəxslərin qol qoyduqları əməllər, sanki böyük bir cinayət hadisəsidir

Ətraf mühitin mühafizəsi, onun qorunmasının təşkili zaman-zaman tam əksəriyyəti düşündürən məsələlərdən biri hesab olunub. Odur ki, meşə zolaqlarının mühafizəsi ilə bərabər, müxtəlif ərazilərdə, o cümlədən dağ yamaclarında, düzənlik sahələrində, çay vadilərində əmələ gələn saysız-hesabsız problemlərin aradan qaldırılması, müəyyən erroziyanın qarşısının alınması, olduqca əhəmiyyət kəsb edən məsələlər olduğundan, onların həlli hər zaman aktuallıq kəsb edib. Elə bu səbəbdən də, hələ bir neçə il bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyev belə məqamlara xüsusi diqqət göstərmiş və aidiyyətı qurumlara problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını da vermişdir.

Bu da bir həqiqətdir ki, meşə zolaqlarının varlığı hər zaman ictimai həyatımızın yaşadılmasında mühüm rol oynayıb. Xüsusilə də, meşə zolaqlarından istifadə etməklə müəyyən tələbatların ödənilməsi və digər təminatların həyata keçirilməsi, bütövlükdə bu sahəyə yönələn diqqətin artmasına səbəb olub. Hələ məhrum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olarkən "Bir ağacın kəsilməsi bir qolumun kəsilməsidir" demişdir.

Ümumiyyətlə, məhrum prezidentimiz hakimiyyət illərinin bütün dönəmlərində, meşə zolaqlarının qorunmasına, yaşadılmasına xüsusi diqqət yetirmiş və bu sahənin mühafizə olunması istiqamətində lazımi tapşırıqlarını da vermişdir. 2010-cu ilin möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən "Ekologiya ili" elan olunması, bir daha ətraf mühitə göstərilən diqqət və qayğının varlığını göstərdi.

Qubada meşə “cəlladı” hələ də vəzifə başındadır








Ətraf mühitə qarşı ölkə rəhbəri səviyyəsində belə bir münasibətin varlığına baxmayaraq, bu gün Qubanın meşə təsərrüfatına rəhbərlik edən Mustafa Əhmədovun xeyr-duası nəticəsində, rayonun müxtəlif ərazilərində, o cümlədən Zərdabi-Barlı kəndlərində Namiq adlı şəxsə, Vladimirovka kəndində Fətullah adlı şəxsə və Nüğədi kəndində Ağası və Aydın adlı şəxslərə məxsus sexlər fəaliyyət göstərməkdədir. Yəni, Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru bu gün həmin şəxslərlə işbirliyinə girərək, rayonun olub-qalan meşə zolaqlarını talan etməkdədir. Onu da vurğulayaq ki, həmin sexlərdə daha çox taxta yeşiklər hazırlanır və meşə zolaqlarına həddi-hüdudu bilinməyən zərbələr də vurulur. Bu haqda Azerinfo.az xəbər portalı olaraq, xeyli məlumatlar və çəklişlər əldə etmişik. Təqdim olunan çəklişlərə diqqət yetirdikdə onu da müəyyən etmək olur ki, bu şəxslərin qol qoyduqları əməllər, sanki böyük bir cinayət hadisəsidir.

Əməkdaşlarımızın apardığı araşdırmalar zamanı belə bir məlumatlar da əldə etmişik ki, Mustafa müəllim Göygöl, Daşkəsən, Zaqatala və digər rayonlarda meşə təsərrüfatına rəhbərlik edən zaman oxşar addımlarını atmış və əksəriyyətə özünü “meşə cəlladı” adı ilə də tanıtmışdır. Belə bir səbəblər üzündən də, əksər media qurumlarında zaman-zaman onunla bağlı ciddi tənqidi məqalələr işıq üzü görmüş və qol qoyduğu cinayət əməlləri də ifşa olunmuşdur. Məsələn, bir müddət bundan əvvəl Azerinfo.az saytında “Bəy Mustafanın sərgüzəştləri”, “Quba meşələrinin bazar halı” başlıqlı tənqidi məqalələr də yer almışdı. Həmin məqalələrdə onun qol qoyduğu qanunsuzluqlarla bərabər, ayrı-ayrı şəxsləri aldatması, onları minbir oyun qaydalarına salması da açıqlanmışdı. Məsələn, Mustafa Əhmədov Zaqatalada meşə təsərrüfatına rəhbərlik edən zaman, rayonunun Muğanlı kənd sakini Tərlan İbrahimovun başına minbir oyunlar açır. Şikayətçi üz-üzə qaldığı olaylarla bağlı, hətta Azerinfo.az saytının əməkdaşına geniş müsahibə də verir.

Ümumiyyətlə, bu gün Quba rayonunun meşə zolaqlarında baş alıb gedən həngamələr “yaşıl soyqırım” harayından xəbər verir. Elə bu səbəbdəndir ki, adı çəkilən ünvanlardakı "yaşıl soyqırım" harayının səs-sorağı, nəinki Quba rayonu ərazisində, hətta ətraf şəhər və rayonlarda da eşidilir. Məsələn, rayondakı mənbəmizin Azerinfo.az xəbər portalına çatdırdığı məlumatlarda bildirilir ki, bu gün sex sahiblərinin başlıca amalı, Quba meşələrini soyub-talamaq və bu yolla var-dövlət qazanmaqdır. Amma, onu da unutmaq olmaz ki, belə bir addımların atılmasında Mustafa Əhmədovun xeyd-duası olmasa, sex sahibləri hansısa “riskə” getməzlər. Belə bir səbəblərdən də, yerli sakinlər Mustafa bəyi, hətta meşə zolaqlarının qənimi hesab etməkdən də çəkinmirlər.



Elə ki, redaksiya əməkdaşlarımızdan bir kimsə “yaşıl soyqırım” harayı ilə bağlı meşə təsərrüfatının rəhbərliyinə sual ünvanlayıb cavab əldə etmək istəyir, o zaman “kor atı” minib köndələn çapan Mustafa bəy, əməkdaşımızı təhqir etməkdən belə çəkinmir. Bu zaman bəzi məqamlar aşkara çıxır və meşə təsərrüfatı rəhbərinin hansı səbəbdən əndazəni aşması bəlli olur. Sən demə Mustafa Əhmədovun illər uzunu qanunsuzluğa söykənən yollarla topladığı var-dövlət, onu o qədər harınladıb ki, artıq gözləri ayaqlarının altını belə görmür. Bütün bunlardan sonra, Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi rəhbərinin atdığı addımlar, hər kəs də belə bir fikrin formalaşmasına da səbəb olur ki, deyəsən o, ölkə rəhbəri səviyyəsində verilmiş tapşırıqları belə vecinə almır. Görəsən o, bu cür qanunsuzluğa söykənən əməllərini, bundan sonra da davam etdirəcəkmi? Bəlkə Ekologiya və Təbii Sərvətlər naziri cənab Hüseyn Bağırovla bərabər, digər vəzifə sahibləri də, Qubanın meşə zolaqlarında yaşanan durumdan, düşünülmüş şəkildə həyata keçirilən “yaşıl soyqırım” harayından xəbərdar deyillər? Belə bir informasiyalardan sonra inanırıq ki, cənab Hüseyn Bağırov “Bağırovsayağı” addımlarını atıb, meşə təsərrüfatının rəhbərinə lazım olduğu “qiyməti” verəcək.

Amma, rayondakı mənbəmiz bəzi məqamlara toxunaraq onu da vurğulayır ki, Mustafa Əhmədov ayrı-ayrı ünvanlarda açıq-aşkar danışır ki, “mənim nazirlikdə və yüksək kürsülərdə elə arxa-dayağım var ki, bir kimsə mənə nə söz deməyi bacarar, nə də ki, qaşın üstə qara” deyə bilər.

Hörmətli oxucular! Bizim bu yöndə araşdırmamız davam edəcək və cənab Mustafa bəyin qol qoyduğu digər rüsvayçı əməlləri haqda da, ətraflı açıqlamalarımızı növbəti saylarımızda oxuya biləcəksiniz.

Odur ki, bizi izləməyi unutmayın!


P.S.

Qubada meşə “cəlladı” hələ də vəzifə başındadır

***********

Quba meşələrinin bazar halı

-- Quba meşələrində çoxillik ağacların kəsilməsi nəticəsində vəziyyətin acınacaqlı hala gəlib çıxmasına baxmayaraq, yerli məmurların və imkanlı şəxslərin öz əməllərindən əl çəkmələrinə heç bir təsir etmir.

-Bəzi məmurların və iş adamlarının meşələrə qarşı sərgilədiyi biganə münasibət ekoloji problemlərin dərinləşməsinə səbəb olur .

- Son vaxtlar istər Quba rayonunda istərsə də Quba ətrafı kəndlərdə ağacların kəsilməsi halları artıb. Oksigen mənbəyi sayılan ağacları qeyri-qanuni kəsən şəxslərə qarşı cəza tədbirləri həyata keçirilməsinə baxmayaraq, bu sahədəki bəzi işbazlar öz əməllərindən uzaqlaşmırlar. Adiyatı orqanlar özlərini təmizə çıxartmaq üçün, bizim ərazimizdə mişar, sirkul, taxta sexi yoxdu desələr də : Apardığımız müşahidələr zamanı çəkdiyimiz fotoların bir qismini sizə təqdim edirik. . .

-Bu faktları görməzdən gəldiyiniz halda, Quba rayonu Zərdabi-Barlı kəndləri ərazidində Namik-in taxta sexi, Vladimirovka kəndi ərazisində Fətulla-nın taxta sexi, Nügədi kəndində Ağası-nın və Aydın-nın taxta sexləri və sairə bu kimi sexləri gizlətməsəz vaxtında qarşısın alsaydınız meşələrin həqiqi qorunmasına öz tövhənizi vermiş olardız.
Qubada meşə “cəlladı” hələ də vəzifə başındadır











-Böyük vaxt və maliyyə itkisi hesabına başa gələn araşdırmamızın kiçik bir hesablamasın aparaq. Onda görərik ki,: -Meyvə yığımı mövsümü olmasını nəzərə alsaq, yığılan meyvəni satışa çıxartmaq üçün yeşikə də təlabatın artdığını görərik. Bu təlabatında çox hissəsinin ödənilməsi meşələrin payına düşür. Və bu da meşələrdən ağac qırılmasına şərait yaradır.

-Qubada hər il istehsal olunan 10 min tonlarla meyvənin təxminən yarısı xarici bazara çıxarılır. Alma, Gilas, Albali, Üzüm və sairə meyvələr yeşikdə yola salınır, yeşik də təbii ki, taxtadan hazırlanır. Əgər bir yeşiyə 25 kiloqram meyvə yığılırsa, bir ton meyvə üçün 40 yeşik lazimdir. Xarici bazara
çıxarılan 50 min tona yaxın meyvə üçün isə 2 milyon yeşik tələb olunur. 2 milyon yeşiyi isə qustar üsulla hazırlamaq üçün daha çox ağac lazım gəlir. Bir kub meşə ağacından gizli sexlərdə primitiv texnologiya ilə 100-dən artıq yeşik hazırlamaq olmur. 2 milyon yeşik üçün təxminən 20 min kub-metr ağac lazım gəlir. Bir hektar meşənin məhsuldarlığını 250 kubmetrdən hesabladiqda, belə çıxır ki, orta hesabla hər il 70-80 hektarlıq meşə Qubada fəaliyyət göstərən taxta sexlərinin güdazına gedirdi.

-Qubanın 50 min hektardan artıq meşə fondu üçün bu rəqəm ilk baxışda kiçik görünsə də, illər ərzində meşələrə dəyən ziyan ciddi rəqəmlərə çevrilir.

-Bu acınacaqlı vəziyyət nə meşə oğrularını düşündürür, nədəki "Quba Meşə Muhafizəsi və Bərpası Müəssisəsi''-nin rəhbərliyini. Sözü gedən məsələ ilə əlaqədar məlumat almaq üçün yollandiq Quba Meşə Mühafizəsi və Bərpasi Müəssisəsi-nə. Qarşılaşdığımız mənzərə ürək açan olmasada, - Müəssisənin direktor əvəzi Mustafa bəy bildirdiki, biz qanunsuz ağac qırmırıq. Qarşidan qış fəsili gəlir. Vətəndaş gəlir pulun ödəyir. Qış fəslində yandırmaq üçün ağac istəyir. Biz də satışa, qırıntıya icazəli ağacları kəsmək üçün biletin veririk aparırlar. Daha hara aparır, kimin həyətinə aparır ona biz cavab vermirik.

-Mustafa bəyin bu cavabindan yeni bir sual meydana gəlir?

- Nə qədər ritorika ilə səslənsə də, Mustafa bəy sizin o, vətəndaşlarla aranızda Qış tədarükü adlı alqı satdığınız taxta sexlərnin fəaliyətinə bir təkan deyilmi ? ? ?

Asiman Nur

Qubada meşə “cəlladı” hələ də vəzifə başındadır
Qubada meşə “cəlladı” hələ də vəzifə başındadır
Qubada meşə “cəlladı” hələ də vəzifə başındadır
Qubada meşə “cəlladı” hələ də vəzifə başındadır
Qubada meşə “cəlladı” hələ də vəzifə başındadır



Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb