Paşazadələrin şəriki ədalət istəyir: “Sifarişlə həbs olunduğumu hamı bilir”
Gundem
Oxunub: 1 169
8 noy 2016 | 15:29
Paşazadələrin şəriki ədalət istəyir: “Sifarişlə həbs olunduğumu hamı bilir”











Paşazadələrin şəriki növbəti dəfə hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Paşazadələrin şəriki olmuş Müğdət Həşimov məhkəmədən ədalət istəyib. O, başına gətirilənlərin ədalətli şəkildə araşdırılmasını istəyib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, təqsirləndirilən Müğdət Həşimov məhkəmədə öz vəkilindən imtina etdiyini bildirib.

M.Həşimov bu addımını belə əsaslandırıb ki, vəkili onu qane etmir və müdafiəçisi olduğu şəxsin fəaliyyətindən narazıdır.

Hakim Novruz Kərimov isə bunun gecikmiş addım olduğunu və vaxtında edilməli olduğunu xatırladıb: “Siz məhkəmə yekunlaşdığı ərəfədə belə bir istəklə çıxış edirsiniz. Əgər belə bir fikriniz var idisə, vaxtında niyə etmirdiniz?”.

“Sifarişlə həbs olunduğumu hamı bilir”

M.Həşimov: “Möhtərəm hakim, mən aylardır günahsız yerə həbsdəyəm. Bir az vicdanı olan insan bilir ki, mənim günahım yoxdur. Sifarişlə həbs olunduğumu hamı bilir”.

Hakim: “Sizin vəkiliniz ən savadlı və mənim də hörmət etdiyim vəkillərdən biridir”.

M.Həşimov: “Cənab hakim, siz deyirsiniz ki, vəkilim savadlıdır və siz də ona hörmət edirsiniz. Ancaq 6 vəsatət qaldırsa da, heç biri təmin olunmadı”.

Hakim: “Məhkəmədə vəsatətlər hörmətə görə təmin olunmur”.

“100 il cəza verin, çıxım gedim”

M.Həşimov: “Bəs mən nə edim? 100 il cəza verin, çıxım gedim. Haqlı olduğumu hər kəs bilir. Günhasız yerə, sifarişlə həbs edilmişəm, işimə də bu şəkildə baxılır”.

Hakim: “Məhkəməyə heç kim sifariş verə bilməz. Bu işə qanun necə icazə verirsə, o şəkildə də baxılır və baxılacaq”.

M.Həşimov: “Əgər qanun olsaydı, mən burda olmazdım”.

“Hacı Mazan deyir ki, Müğdət bizim dustağımızdır”

Məhkəmə zalında olan M.Həşimovun bacısı da dialoqa qoşulub. O, qardaşının günahsız olduğunu və bu işin günahkarlarından birinin də şeyxin qardaşı Cavanşir Paşazadənin işlərini görən Hacı Mazanın olduğunu deyib: “Cənab hakim, Hacı Mazan deyir ki, Müğdət bizim dustağımızdır. Belə şey olar? Belə ədalətsizlik olar? Biz istəyirik ki, sülh, barışıq olsun. Qardaşımın 60 yaşı var. Özü də xətədir, övladı da. Axı niyə digər tərəf məhkəmədə iştirak etmir? Onları bura niyə gətirmirlər?”.

Müdafiə tərəfinin vəkili isə Müğdət Həşimovun vəkilindən imtina etməsini vaxt qazanmaq üçün atılan addım olduğunu deyib və əlavə edib: “Bu anda vəkil dəyişmək yalnız vaxtı uzatmaq üçündür. Ona bu imkan yaradılsın, görək bundan sonar nə olacaq”.

Hakim M.Həşimovun vəkilindən imtina etməsinin hüququ olduğunu deyib və ona bu imkanı yaradıb. M.Həşimovun yaxınları qısa zaman ərzində yeni vəkillə müqavilə imzalanacağını deyiblər.

Həşimovla Paşazadələrin şərikliyi necə başladı?

Bəs, Müğdət Həşimovu dəmir barmaqlıqlar arxasına salan şəriklik nədir? Necə oldu ki, bir göz qırpımında Paşazadələrlə şərik olan M.Həşimov elə bir göz qırpımında da həbsə düşdü?

Bu haqda “Yeni Müsavat” qəzetində geniş məlumatlar dərc edilib. Həmin yazılara istinadın Həşimov və Paşazadələr arasında şərikliyin qısa olaraq xatırladırıq.

M.Həşimov Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadənin və onların ailə üzvləri ilə şərik olub. M.Həşimov deyir ki, onun həbsi Paşazadələri sifarişi ilə həyata keçirilib.

Paşazadələrlə Həşimov tibb müəssisəsində şərik olublar. 2 ilə yaxın davam edən şəriklik 59 yaşlı Həşimovun sonuncu işi olub.

O, 12 avqust 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirli bilinərək həbs olunub. Sonradan onun barəsində 178.3.2 (dələduzluq) və 213.1(vergidən yayınma) maddələri ilə də ittiham irəli sürülüb.

Paşazadənin qızı, kürəkəni, həyat yoldaşı…

M.Həşimov deputat C.Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə onunla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub.

M.Həşimov şərikli açılan klinikadan 193 min 50 manatlıq tibbi avadanlığın çatışmazlığına görə təqsiləndirilir.

Qeyd edək ki, tərəflər arasında şərikliyin şərti belə olub ki, təsisçilər Bank “VTB”dən 700 min manat götürüb M.Həşimova veriblər. Həmin pulun banka qaytarılması isə 2018-ci ilə qədər M.Həşimovun öhdəliyində olub. Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməli imiş. Bankın pulu ödənilib bitdikdən sonra əldə olunan qazanc Cavanşir Paşazadə ilə Həşimov arasında bölünməli imiş.

Klinika C.Paşazadənin adına olan 1255 kv.metrlik qeyri-yaşayış sahəsində açılıb.

Həşimov peşimançılığı...

Bu şəriklik əsasında M.Həşimov “Medi-Sina” MMC-nin təsisçisi olub və fəaliyyətə başlayıb.
Lakin sonra bu şəriklik Müğdət Həşimovun da anlaya bilmədiyi səbəbdən bitib. Cavanşir Paşazadə və onun adamı Hacı Mazan ləqəbli Ramazan Zeynalov klinikaya gələrək, M.Həşimovdan tələb ediblər ki, müəsissə boşaldılasın. Bununla da şəriklik birib, klinika bağlanıb, M.Həşinmov isə bir neçə ay sonra həbs olunub.
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO