Göyçay Su-Kanal İdarəsinin müdiri qumarda külli miqdarda pul uduzub
Gundem / Bolge
Oxunub: 1 162
8 noy 2016 | 19:25
Göyçay Su-Kanal İdarəsinin müdiri qumarda külli miqdarda pul uduzub











İlqar Mütəllibov ödəməli olduğu məbləği vaxtında çatdırmaq məqsədilə Qələbədəki 150 hektarlıq torpaq sahəsini təcili satır Bu gün Göyçay rayonunda ciddi su problemi yaşanmaqdadır. Belə ki, rayonun əksər kəndlərində içməli su təchizatı ilə bağlı acınacaqlı vəziyyətin yaşandığını iddia edən mənbənin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, bunun məsuliyyəti birbaşa Göyçay rayon Su-Kanal İdarəsinin müdiri İlqar Mütəllibovun üzərinə düşür. Bununla bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, adıçəkilən qurumun müdiri İlqar Mütəllibovun işi rayonun bütün kəndlərini içməli su ilə təmin etmək olsa da, sakinlərin içməli su ilə təchizatı onu qətiyyən maraqlandırmır: «Deyilənlərə görə, İlqar Mütəllibov Göyçay rayon Su-Kanal İdarəsini şəxsi obyekti kimi idarə edir. Məhz elə bu səbəbdən də rayon sakinləri ara-sıra adıçəkilən qurumda yaşanan neqativ hallarla bağlı müvafiq dövlət qurumlarına, eyni zamanda kütləvi informasiya vasitələrinə şikayət ünvanlayırlar». Nəzərinizə çatdıraq ki, həmin şikayətlərdən biri də bir müddət əvvəl Göyçay rayonu, Şəhriyar küçəsi, ev 10, mənzil 36-da yaşayan Məlahət Alı qızı Hacıyeva tərəfindən daxil olub. Belə ki, Göyçay rayon Su-Kanal İdarəsinin müdirini fırıldaqçılıqda ittiham edən şikayətçinin sözlərinə görə, İlqar Mütəllibov və əməkdaşları ailəsinə məxsus pulu mənimsəyib və öz qanunsuz əməllərinə don geyindirməyə çalışır: «Belə ki, yaşadığım ünvanda sayğac olmasa da içməli suya görə ailə başına pul ödəyirik. Buna görə Göyçay Su-Kanal İdarəsi həyat yoldaşımla hər il 1 illik müqavilə bağlayırdı. Həyat yoldaşım 24.07.2014-cü il tarixdə rəhmətə getdi deyə, 7 aylıq pulu ödəməmişdik. Həyat yoldaşımın rəhmətə getməsindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edən Göyçay Su-Kanal İdarəsinin müdiri qanunsuz olaraq bizə 2011-ci il üçün borc yazmışdı. Guya mərhum həyat yoldaşım 2012, 2013-cü illərin
hamısının və 2014-cü ilin son altı ayının su pulunu ödəyib, ancaq 2011-ci ilin pulunu ödəməyib. Bu qanunsuzluğu Göyçay Su-Kanal İdarəsinin müdiri utanmadan etmişdir. Hansı ki, şəxsən həyat yoldaşım su pulu yığanlara ödəmişdir. Onlar tamah məqsədi ilə bu saxtakarlığı ediblər». Hələ bu, harasıdır. Bu yaxınlarda bir qrup Göyçay rayon sakini Göyçay Su-Kanal İdarəsinin müdiri İlqar Mütəllibovdan şikayətçi düşüblər. Nəzərinizə çatdıraq ki, bu barədə mətbuata yazan Teymur Qarayev, Yalçın Məmmədov, Paşa Alıyev və Azər Rəhimov qeyd edirlər ki, sözügedən idarənin müdiri rayon sakinlərini bezdirib. Onlar bildirirlər ki, İlqar Mütəllibov saxta sənədlər hazırlayaraq, şişirdilmiş qiymətlər tətbiq etməklə əhalini soymaqla məşğuldur: «Bizi yaşadığımız evlərdə su olmadığı halda, debutor borc adıyla 200 manat pul yazılıb. Halbuki evimizdə heç bir zaman su olmayıb. Çünki suya maşınla alıb, istifadə etmişik». Rayon sakinləri vurğulayırlar ki, İlqar Mütəllibovun əməlləri bununla bitmir və onun qeyri-qanuni hərəkətlərindən yüzlərlə göyçaylı əziyyət çəkir. Onlar yazırlar ki, Göyçay Su-Kanal İdarəsinin müdirinin əməlləri rayon məhkəməsinin qərarı ilə də sübut olunub: «İlqar Mütəllibov «Azəraqrartikinti» ASC-nin Göyçay şəhəri Bəhəddin Mirzəyev küçəsindəki 6,2087 ha torpaq sahəsini özbaşına zəbt edib. Həmin yeri hasara aldırıb, bağ salaraq, tikinti işləri aparıb. Bununla əlaqədar, Göyçay Məhkəməsi 03 may 2016-cı il tarixli qərarı ilə təmir-tikinti-bərpa işərinin aparılmasına cavabdeh İlqar Mütəllibovun əraziyə daxil olmasına qadağa qoyub. Buna baxmayaraq, İlqar Mütəllibov məhkəmə qərarını qəsdən icra etməyərək, həmin əraziyə gedib tikinti işlərini davam etdirir. Göyçay Məhkəməsinin icraçıları isə ondan qorxduqları üçün yaxın düşə bilmirlər və qətnaməni icra etməyə gücləri çatmır». Məsələ ilə bağlı əldə etdiyimiz digər informasiyada isə qeyd olunur ki, Göyçay Su-Kanal İdarəsinin müdiri İlqar Mütəllibov bu yaxınlarda qumarda külli miqdar pul uduzub. Bu barədə Gundelik-Baku.com-u məlumatlandarın mənbə iddia edir ki, İlqar Mütəllibov qumarda uduzduğu üçün ödəməli olduğu məbləği vaxtında çatdırmaq məqsədilə Qələbə rayonundakı 150 hektarlıq torpaq sahəsini satışa çıxarıb: «Deyilənlərə görə, Göyçay Su-Kanal İdarəsinin müdiri İlqar Mütəllibov qumarda uduzduğu məbləği ödəmək üçün ölkənin ən səfalı guşələrindən biri olan Qələbədəki 150 hektarlıq torpağını təcili satır. Maraqlıdır, görəsən o, bu boyda torpaq sahəsini necə, hansı yollarla əldə edib?..» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE