Əziz Əzizovun Cəlilabad “xaqanlığının” sonu
Gundem / Bolge
Oxunub: 6 501
16 noy 2016 | 17:42
Əziz Əzizovun Cəlilabad “xaqanlığının” sonu










İcra başçısı rayon sahibkarlarını müflis edir

Əziz Əzizov- Kərəm Həsənov işbirliyi Cəlilabadı çətin duruma salıb

Cəlilabad rayonunda hökm sürən dözülməz vəziyyət, özbaşnalıqlar pik həddə çatıb. Artıq rayon ziyalıları, sahibkarlar, sadə vətəndaşlar baş verənlərlə barışmaq istəmirlər. Redaksiyamıza daxil olan informasiyaya görə artıq vəziyyət o qədər kritikdir ki, rayonda rəhbər vəzifələrdə çalışan məmurlar belə etiraz səslərini ucaldırlar. Cəlilabaddan Prezident Administrasiyasına daxil olan şikayətlər o qədər artıb ki, icra başçısı Əziz Əzizovun fəaliyyəti ciddi təftiş olunub. Bu yoxlamalar zamanı isə çox dəhşətli korrupsiya faktları ortaya çıxıb. Artıq Əziz Əzizov haqqında ciddi tədbir görülməsi gözlənilir.

Əziz Əzizovun icra başçısı kimi fəaliyyəti o qədər də uğurlu olmasa da biznesmen kimi öz işinin ustasıdır. Təbii ki, bu zaman onun tutduğu vəzifə də ona öz biznes şəbəkəsini genişləndirməyə yardımçı olur. Əziz Əzizov son illər rayonun sosial iqtisadi inkşafı üçün həyata keçirilən lahiyyələrdən istifadə edərək öz şəxsi biznesini gücləndirir. İcra başçısı rayonun təmiri, abadlaşdırılmasında istifadə edilən mal matrealalrın alınması üçün Cəlilabad şəhərinin girəcəyində bir neçə tikinti materialları topdansatış mərkəzini açdırıb. Verilən məlumatlarda vurğulanır ki, Əziz Əzizov icra başçısı vəzifəsinə təyinat almamışdan öncə biznes fəaliyəti ilə məşğul olub. Məlumata əsasən dövlət başçısının rayonların sosial iqtisadı inkşafı üçün ayırdığı milyonlarla vəsaitdən daha effektli bəhrələnmək üçün icra başçısı tikinti maeriallarını öz dükanından alır. Təbii ki, bu zaman qiymətlər də bir neçə dəfə şişirdilir. Belə ki, Rublika.az-a daxil olan məlumata görə rayon mərkəzinin abadlaşdırılması üçün istifadə olunan üzlük və mərmər daşları icra başçsının ticarət obyektlərindən alınır. Daxil olan məlumatda bildirilir ki, Əziz Əzizov bu işləri görən şirkətlərə göstəriş verib ki, bütün tikinti mallarını ona məxsus obyektlərdən alsınlar. Bundan başqa kənd məktəblərinin təmiri üçün istifadə olunan taxta və qapı-pəncərələrin alınması da icra başçısının biznesinə daxildir. Bildirilir ki, Əziz Əzizov həm şəxsi biznesindən, həm də alınan malların qiymətini bir neçə dəfə şişirtməklə külli miqdarda gəlir əldə edir. Bundan başqa icra başçısı iş görən şirkətlərdən "faiz” də alır. Belə ki, iddiaya əsasən Əziz Əzizov rayon ərazisində abadlaşdırma, təmi işi ilə məşğul olan bütün müəsissələrə "öz haqqını” qoyub. Qeyd olunur ki, Bakı-Cəlilabad yolunun üstündə fəaliyyət göstərən bir neçə iri topdansatış tikinti materialları dükanı və başqa obyektlərdə icra başçısına məxsusdur və bu obyektləri Cəbrayıl rayonundan olan bir nəfər idarə edir.

Rublika.az-a daxil olan məlumata görə, Cəlilabad sahibkarlarının böyük əksəriyyəti Əziz Əzizovun abadlıq "siyasət”inə qurban gedərək böyük məbləğlərdə banklardan kredit götürüblər. İndi kreditlərini ödəyə bilməyən sahibkarlar sürətlə müflisləşirlər. Bildirilir ki, sahibkarlar Əziz Əzizovun zülmündən xilas olmaq üçün ölkə rəhbərliyinə müraciət ediblər.

Rublika.az-a daxil olan digər ilginc məlumata görə, Cəlilabad RİH-nin başçısı Əziz Əzizov paytaxt Başı şəhərində də tikinti biznesi ilə məşğul olur. Belə ki, iddiaya görə Əziz Əzizov tikinti sektoruna sərmayəni yaxın qohumu (bibisi oğlu) Pərvin Əliyevin əli ilə yatırıb. Adıçəkilən kompleksdə Pərvin Əliyevlə Əziz Əzizovun xeyli şərikli daşınmaz əmlakları var. Bunların içərisində ən qiymətli olanı isə "AAAF Park”ın girişində fəaliyyət göstərən "makromart” univermağıdır.

Ə.Əzizovun Kərəm Həsənovla ciddi biznes əlaqələrində olduğu da daxil olan xəbərlər arasındadır. Belə ki, Cəlilabadda üzüm sahələri, restoranlardan tutmuş Bakıdakı bir çox iri obyektlər bu iki şəxsin ortaq biznesinə daxildir. Bu siyahıda xüsusi seçilən biznes məkanlarından biri də «Baku Mall»dır. İddia edilir ki, bir neçə on milyon dollara başa gəlmiş həmin ticarət obyktinin aylıq gəliri də kiçik rəqəmlərlə ifadə olunmur. Mənbənin sözlərinə görə, Kərəm Həsənov dövlət məmuru olduğundan özünün birbaşa mərkəzə nəzarət etməsi mümkünsüzdür. Və bu səbəbdən də maliyyə işlərini qardaşı, deputat Malik Həsənova həvalə edib. «Baku Mall»ın ikinci şəriki isə Cəlilabadın icra başçısı Əziz Əzizovdur. Qeyd edilir ki, Qələbə Meydanında yerləşən «Baku Mall»ın tikintisini Kərəm Həsənova məxsus olan «Azinko» şirkəti həyata keçirsə də, onun bütün maliyyəsini sözügedən icra başçısı verib. Elə buna görə də, Əziz Əzizova ticarət mərkəzindən önəmli pay ayrılıb. Onu da bildirək ki, bu yaxınlarda Kərəm Həsənovun «çirkli pulları»nı «təmizləmək» üçün yararlandıqları bank da üzə çıxmışdı. Məlum olmuşdu ki, Beynəlxalq Bankın Cəlilabad filialı komitə sədrinin yaxın qohumu olan Xalis Abbasova həvalə olunub. Bütün maliyyə əməliyyatları da bu filial vasitəsi ilə həyata keçirilir. Həmin bank filialının həmçinin Cəlilabadın icra başçısı Əziz Əzizovun da pullarını ölkə xaricinə çıxarmağa yardımçı olduğu vurğulanır. Çox maraqlıdır ki, «Baku Mall»dan əldə olunan gəlirlərin də məhz sözügedən bankın filialı vasitəsi ilə reallaşdırıldığı iddia edilir.

Rublika.az-a daxil olan məlumata görə, icra başçısının fəaliyyəti prezident administrasiyasında ciddi narazılıq yaradıb. Hətta biznes ortağı və hamisi hesab olunan Kərəm Həsənovun belə vəziyyətə müdaxilə imkanları sıfıra bərabərtdir. Başçının narahatlığı o həddə çatıb ki, rayondan paytaxta ünvanlanan şikayətlərin qarşısını almaq üçün total üsullara əl atdığı bildirilir. Məlumat verilir ki, artıq onun atdığı heç bir addım xilası üçün yetərli deyil.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ