Nazirin diqqətinə! Nəsimi rayonu 3 saylı TSEK-də əlillik dərəcəsi üçün külli miqdarda RÜŞVƏT tələb edilir
Gundem / Sosial
Oxunub: 1 591
21 noy 2016 | 11:36
Nazirin diqqətinə! Nəsimi rayonu 3 saylı TSEK-də əlillik dərəcəsi üçün külli miqdarda RÜŞVƏT tələb edilir










Əli Həsənovun sədr olduğu bu qurumun fəaliyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ciddi şəkildə təftiş olunmalıdır

Saytımızda şəhər və bölgələrimizdə fəaliyyət göstərən Tibbi Sosial-Ekspert Komissiyalarının (TSEK) fəaliyyətinə dair aldığımız şikayət ərizələri əsasında hazırlanmış bir neçə tənqidi material dərc olunub. Məlum olduğu kimi, bu gün əsaslı islahatlara böyük ehtiyac duyulan sahələrdən biri də məhz əhalinin sosial müdafiəsi ilə bağlıdır. Xüsusilə son vaxtlar bölgələrdə fəaliyyət göstərən bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti və bu qurumların xidmətlərindən istifadə edən əlil və xəstə vətəndaşların narazılıqları ictimaiyyətin, o cümlədən kütləvi informasiya vasitələrinin diqqətini getdikcə daha çox cəlb edir. Bu mövzuda vətəndaşların aidiyyatı olan qurumlara ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlara və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur. Həqiqətən də bu gün bir çox TSEK-lərin fəaliyyətində kifayət qədər nöqsanlı məqamlar mövcuddur. O cümlədən, redaksiyamıza daxil olan məlumatlarda Nəsimi rayonu 3 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyətində müşahidə olunan nöqsanlar barədə açıqlama verilir. İddia olunur ki, 3 saylı TSEK fəaliyyətində daha çox neqativ halların müşahidə olunduğu müəssisələrdən biridir. Buna baxmayaraq nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi, nə də digər aidiyyalı qurumlar tərəfindən bu müəssisənin rəhbəri Əli Həsənovun əməllərinə son qoyulması istiqamətində indiyədək heç bir tədbir görülməmişdir. Bu vəziyyətdən yararlanan TSEK sədri isə, rayonun sosial müdafiə sistemini nüfuzdan salmaqda hələ də davam edir. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda tibbi-sosial ekspert komissiyasının fəaliyyəti barədə bir sıra maraqlı məqamlar öz əksini tapır. Bildirilir ki, Nəsimi TSEK-də əlillik dərəcələrinin müəyyənləşdirilməsi işində çox ciddi nöqsanlar var və elə bunun nəticəsidir ki, saxta əlillik dərəcəsi alan vətəndaşların sayı durmadan artır. Həmçinin 3 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən vətəndaşlara əsassız olaraq əlillik dərəcələrinin verilməsinə dair konkret faktlar mövcuddur. Ümumiyyətlə isə, Nəsimi TSEK-in yarıtmaz fəaliyyəti mütəmadi olaraq rayon sakinlərinin narazılıqlarını doğurmaqdadır. Aldığımız məlumatlarda da qeyd olunur ki, bu TSEK-in əməkdaşları bir çox hallarda əmək qabiliyyətini itirən şəxslər barəsində əlillik dərəcəsinin təyin edilməsində süründürməçiliyə yol verirlər. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Bunun müqabillində isə, məlumatlarda 3 saylı TSEK-də vətəndaşlardan əlillik dərəcələrinin verilməsi üçün külli miqdarda rüşvət istənildiyi bildirilir. Belə ki, I qrup əlillik dərəcəsi almaq üçün minimum 1500 manat, II qrup üçün 800-1000 manat, III qrup üçün isə 500 manat rüşvət verməlisən. Pulu olmayan fiziki qüsurlu şəxslərin əlillik dərəcəsinin verilməsi prosesi isə, süni şəkildə əngəllənir. Bütün bunları nəzərə alaraq, sakinlər redaksiyamıza ünvanlanan müraciətlərində Əli Həsənovun sədr olduğu 3 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ciddi şəkildə təftiş olunması tələbini irəli sürürlər. Ümid etmək olar ki, nazirliyin təftiş komissiyası yuxarıda qeyd edilən faktları aşkarlamaqda heç bir çətinlik çəkməyəcəkdir
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"