Qazax Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədov qanunları qulaqardına vurur
Gundem / Bolge
Oxunub: 1 184
22 noy 2016 | 10:19
Qazax Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədov qanunları qulaqardına vurur










Nizaməddin Məmmədov üzərinə düşən işi layiqincə yerinə yetirə bilmədiyindən rayonun rabitəsi arzuolunan səviyyədə deyil Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin «Aztelekom» İstehsalat Birliyinin Qazax Telekommunikasiya Qovşağında problemlər azalmaq əvəzinə, cünbəgün artmaqdadır.

Bu barədə saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, bunun səbəbi qovşaq rəisi Nizaməddin Məmmədovun şəxsi mənafeyini hər şeydən üstün tutmasıdır. Məlumatlı şəxs qeyd edir ki, vaxtilə Qazaxın icra başçısı olmuş Əsəd Orucovun dövründə Gəncədən Qazaxa "velosiped”lə gələn Nizaməddin Məmmədov hazırda sayagəlməz varidat sahibidir: «Deyilənlərə görə, bu da onun aidiyyəti insanları aldatmaq, onları min cür yollarla özündən razı salmaq bacarığından irəli gəlir. Bildirilir ki, Nizaməddin Məmmədov telekommunikasiya qovşağına rəis gələrkən, təxminən 12-13 il bundan əvvəl 35 min manata bina evindən mənzil alanda onun məhz şəxsi maraqlarından çıxış etdiyi artıq çoxlarına bəlli oldu. Bir qədər sonra isə o, xidmətində olan dövlət maşınlarını şəxsi işləri üçün ayırdı. Evinə içməli suyu, ailə üzvlərini lazımı yerlərə aparıb-gətirilməsi, şəxsi təsərrüfatına "canlı və cansız” texnikalardan istifadə etməsi Qazax Telekommunikasiya Qovşağının rəisinin üzünə gün doğdurdu. Deyilənlərə görə, strateji əhəmiyyətli binaların özəlləşdirilməsi qadağan olduğu halda, telekommunikasiya qovşağına bitişik ikimərtəbəli binanın özəlləşdirilməsi və onun kirayəsindən gələn gəlirdən səmərəli istifadə edilməsi Nizaməddin Məmmədovun qanunlara məhəl qoymamasından xəbər verir». Qazax Telekommunikasiya Qovşağının rəisinin bir müddət əvvəl adıçəkilən rayonun Çaylı kəndi ərazisindən əkin sahəsi üçün hektarlarla torpaq aldığını iddia edən mənbə Gundelik-Baku.com-a bildirir ki, Nizaməddin Məmmədov həmin ərazini üzüm bağına çevirib:(gundelik-baku)«Deyilənlərə görə, o, sahəni muzdlu fəhlələrin köməyi ilə beçərtdirir. Onu da nəzərinizə çatdırım ki, Nizaməddin Məmmədovla üzüm sahəsində çalışan işçilər arasında heç bir əmək müqaviləsi bağlanmayıb. Hələ bu, harasıdır. Deyilənlərə görə, Qazax Telekommunikasiya Qovşağının rəisi istər yaşadığı evin təmirində, istərsə də şəxsi təsərrüfatında tabeçiliyində olan işçilərin əməyindən istifadə edir. Bundan başqa, o da qeyd olunur ki, Nizaməddin Məmmədov 2012-ci ildə qovşağın inzibati binasının dam örtüyünə ayrılmış 500 min manat vəsaitin böyük bir hissəsinin təyinatdankənar istiqamətlərə sərf olunmasına rəvac verib». Bu arada, rayonun əksər kəndlərində evlərin telefonlaşdırılmasının ürəkaçan səviyyədə olmadığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, nədənsə bu istiqamətdə heç bir irəliləyişlərə nail olunmayıb: «Deyilənlərə görə, Qazaxda rabitə və informasiya sahəsi inkişafdan geri qalıb.Çünki rayonun rabitə sisteminin inkişafı məqsədilə ayrılan büdcə vəsatləri düzgün şəkildə xərclənmir. Məsələn, elektron ATS-lərin və HDSL tipli transmissiya avadanlığının alınması üçün nəzərdə tutulan büdcə vəsaitlərinin bir hissəsi təyinatdankənar xərclərə sərf olunub. Beləliklə, 18 ildir ki, Nizaməddin Məmmədov Qazax Telekommunikasiya Qovşağının rəisi vəzifəsində çalışır. Lakin o, üzərinə düşən işi layiqincə yerinə yetirə bilmədiyindən Qazax sakinləri, eləcə də müvafiq qurumlar onun fəaliyyətindən narazıdırlar. Ancaq buna baxmayaraq, hələ də Nizaməddin Məmmədovun barəsində ölçü götürülməyib, yol verdiyi nöqsanlara görə cavadehlik daşıması təmin olunmayıb. Görünür, Qazax Telekommunikasiya Qovşağının rəisinin arxasında hansısa səlahiyyətli şəxs dayandığından o, özünü çox rahat hiss edir və yaxın zamanda tutduğu vəzifəsindən uzaqlaşdırılacağını ağlının ucundan belə keçirmir».
Dünən, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Dünən, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Dünən, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Dünən, 14:34
Akademik Zərifə Əliyeva
Dünən, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Dünən, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Dünən, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Dünən, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Dünən, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Dünən, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Dünən, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Dünən, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Dünən, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Dünən, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Dünən, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Dünən, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Dünən, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Dünən, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Dünən, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Dünən, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Dünən, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Dünən, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
15-04-2024, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
15-04-2024, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
15-04-2024, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
15-04-2024, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR