Xaçmaz Suvarma Sistemləri İdarəsinin müdiri görün necə dövlətə qarşə çıxdı - Ona görə millət bu gündədire
Gundem / Bolge
Oxunub: 2 986
30 noy 2016 | 18:48
Xaçmaz Suvarma Sistemləri İdarəsinin müdiri görün necə dövlətə qarşə çıxdı - Ona görə millət bu gündədire










Əhmədzadənin Xaçmazdakı adamı “yerlə-göylə əlləşir”

Onu vəzifədə saxlayan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin və Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin işinə yaramağıdır

Xaçmaz Suvarma Sistemləri İdarəsinin müdiri Vaqif Səlimov dövlətdən mənimsədiyi yüz min manatlar hesabına özünə böyük sərvət toplayıb və artıq özünü qeyri-rəsmi milyoner kimi təqdim etməkdən belə çəkinmir.
Azərbaycanda korrupsiya və dövlət vəsaitini mənimsəmə halları artıq o səviyyəyə çatıb ki, rayonlarda idarə müdirləri belə dövlət vəsaitlərini mənimsəmələri hesabına özlərini milyoner adlandırırlar. Diqqətə alınmalıdır ki, bu gün Azərbaycan kəndlərində əhali çox ağır sosial şəraitdə yaşamaqdadırlar. Kənd əhalisinin böyük hissəsi Bakıda tikintilərdə və Qaradağda daş karxanalarında günəmuzd olaraq çalışırlar. Yəni faktiki olaraq bu insanların heç bir sosial təminatları və sabaha olan güvəncləri yoxdur. Bunun müqabilində isə rayonlarda bir ovuc məmur sürətlə varlanır…
Məlumata görə, Xaçmaz rayonunun qeyri rəsmi məmur milyonerlərinin başında Xaçmaz Suvarma Sistemləri İdarəsinin müdiri Vaqif Səlimov gəlir. Bildirilir ki, o, artıq yaxın ətrafının yanında milyoner olduğunu belə gizlətmir və Xaçmazda çoxları Vaqif Səlimovu elə belə də qəbul edir.
Qeyd olunur ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin inandığı bu mini-oliqarx hər il dövlətin yüz minlərlə manat vəsaitini mənimsəyərək öz şəxsi biznesini, var dövlətini çiçəkləndirir. Bunun üçün isə o, hər vasitə ilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin və Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin işinə yaramağa çalışır.

Azerinfo.az-a daxil olan məlumata əsasən, Xaçmazın yeganə su idarəsi olan Suvarma Sistemləri İdarəsinin 300-ə yaxın işçisi, çoxlu sayda texnikası var və bu idarənin üzərinə Xaçmazda doğrudan çox iş düşür. Amma idarə müdiri Vaqif Səlimov işçilərinə qarşı kobud davranmaqla yanaşı, həmçinin böyük maliyyə maxinasiyaları həyata keçirərək hər il dövlətin yüz min manatlarla vəsaitini mənimsəyir. Xaçmazın su və meliorasiya ilə bağlı problemləri isə həll olunmamış qalır. Həll olunması isə imkansızdır. Çünki, idarə müdiri hər yerdə kosmetik və dekorativ işlər görərək ayrılan vəsaitlərin 70-80 faizini mənimsəyir.
Bu barədə məlumatda göstərilir ki, Əhməd Əhmədzadəyə və icra başçısı Şəmsəddin Xanbabayevə “yaxşı qulluq” etdiyindən idarə müdirinə gözün üstündə qaşın deyən yoxdur. İdarə müdirinin maliyyə maxinasiyaları və dövlətdən mənimsədiyi yüz min manatlarla vəsaitlər isə dövlətin və Xaçmazın inkişafına deyil, məhz Vaqif Səlimovun qanunsuz biznesinin həyat şəraitinin çiçəklənməsinə sərf olunur.

Azerinfo.az-a daxil olan məlumatda bildirilir ki, son 2 ildə Xaçmaz Vaqif Səlimovun idarəsinə 2 milyon manata yaxın vəsait ayrılıb. Ayrılan vəsaitlər maşın avadanlıqlarının, tikinti materiallarının alınmasına və müxtəlif işlərin görülməsi adı altında xərclənib. Əslində, ortada nə alınan, nə də görülən dəyərli heç nə yoxdur.
Xaçmaz sakinlərinin kənd təsərrüfatında və həyətyanı sahələrində istifadə etdikləri suyun pulunu da məhz Vaqif Abdullayev yığır. İdarə müdirinin adamları heç bir sənəd, qəbz vermədən bütün Xaçmaz sakinlərindən il boyu pul yığmaqla məşğul olur. İl ərzində su pulu yığımından Suvarma Sistemləri idarəsinin büdcəsinə yarım milyon manata yaxın qazanc daxil olduğu bildirilir. Belə ki, əkin sahələrinin suvarılması üçün 1 ha sahəyə görə hər dəfə suvarılma üçün 8 manat, həyətyanı sahələr üçün isə ayda 4 manat vəsait yığılır. Xaçmaz rayonunda ümumilikdə 50 min hektara yaxın əkilən sahələr olduğu da bildirilir. Həmin vəsaitin böyük hissəsi sənədləşdirilmədən mənimsənilir, ancaq cüzi bir hissəsi isə gözdən pərdə asmaq naminə idarəninin büdcəsinə köçürülür.

Vaqif Səlimov hər il yüz min manatlarla vəsaiti kanallarda, çay yataqlarında, artezan quyularında və müxtəlif yerlərdə cari təmir işlərinin görülməsi adı altında silərək mənimsəyir. Artezian quyularının və bəzi kanalların cari təmiri istifadəçi sakinlərin pulu ilə həyata keçirilir.

Məlumatda o da qeyd olunur ki, mini-oliqarx Vaqif Səlimovun Xaçmazda bir neçə obyekti, Xudatda, qonşu Quba rayonunda dəbdəbəli imarətləri, Bakı şəhərində 4 mənzili və qiyməti 60 mindən başlayan bir neçə xarici avtomobili, Bakının gur yerlərində bir neçə biznez strukturu var. Bu hələ idarə müdirinin bilinən mal valığıdır. Yəni aysberqin görünən üzüdür. Əslində, Vaqif Səlimovun mal varlığının bilindiyindən qat-qat artıq olduğu bildirilir. Həmçinin idarə müdirinin tam bir oliqax kimi hər il xarici ölkələrə müalicə adı ilə aylarla istirahətə getdiyi də qeyd olunur.

Mövzunu davam etdirəcəyik.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi