Bərdə səhiyyəsini Rəna xanım məhv edir
Gundem / Bolge
Oxunub: 3 818
9 dek 2016 | 14:46
Bərdə səhiyyəsini Rəna xanım məhv edir








Axı, bu gün Azərbaycan səhiyyəsində çox möcüzələr baş verir, ola bilər ki, Rəna xanımım baş həkimliyi də, həmin möcüzələrdən biridir

Bu gün respublikamızın əksər səhiyyə ocaqlarında yaşanan xoşagəlməz durum, zaman-zaman əksəriyyəti düşündürmüş və belə bir səbəblər üzündən də, əmələ gələn problemlərin varlığı, hal-hazırda da müzakirə olunan mövzulardan birinə çevrilməkdədir. Son vaxtlar apardığımız araşdırmalar, əldə olunan nəticələr, ümumi müşahidələrimiz və s, bizi belə bir qənaətə gəlməyə vadar edib ki, bu gün Azərbaycan səhiyyəsində yeni islahat proqramlarının həyata keçirilməsınə zərurət yaranıb. Çünki, əksər səhiyyə ocaqlarında olduqca səriştəsiz, bacarıqsız həkimlər fəaliyyət göstərir, rüşvətxorluq amilləri tüğyan edir, xəstələrin başına minbir oyunlar açılır, hətta onlar dövlətin rəsmi açıqlamalarında göstərilən təminolunmalardan da kənarda qalırlar.

Bu da bir həqiqətdir ki, bugünkü ictimai həyatımızın göstəriciləri, müasir dövrün tələbləri və s, səhiyyə ocaqlarında yaşanan problemləri sanki aradan qaldırmağı zəruri edir. Düzdür, hökümət səviyyəsində bu yöndə müəyyən addımlar atılsa da, qəti qərarlar qəbul olunsa da, hələ də əksər səhiyyə ocaqlarında anarxiya, soyğunçuluq, rüsvayçılıq, biabırçılıq, xəstələrə ögey yanaşma amilləri tüğyan etməkdədir. Belə səhiyyə ocaqlarından biri də, Bərdə Mərkəzi rayon Xəstəxanasıdır. Adı çəkilən səhiyyə ocağına qarşı belə bir yanaşmamızın varlığını, məhz ona görə bu cür ifadə edirik ki, hələ bir neçə il bundan əvvəl İftixar həkim adı çəkilən səhiyyə müəssisəsinin baş həkimliyindən azad olunub, onun yerinə müalicə müəssisəsinə rəhbərlik etməsi qanunla qadağan olunan Rəna xanım təyin olunsa da, adı hallanan səhiyyə ocağında yenə də anarxiya baş alıb getməkdədir. İlk öncə onu vurğulayaq ki, Bərdənin MRX-da baş həkim vəzifəsini daşıyan Rəna xanım ixtisasca sanitar-gigiyena üzrə mütəxəssisdir. O, belə bir ixtisasa sahib olduğundan, heç bir halda baş həkim vəzifəsini daşıya bilməz. Amma, nə etmək olar? Axı, bu gün Azərbaycan səhiyyəsində çox möcüzələr baş verir, ola bilər ki, Rəna xanımım baş həkimliyi də, həmin möcüzələrdən biridir.

Onu da vurğulayaq ki, Bərdə MRX-da baş alıb gedən haqsızlığın, qanunsuzluğun, minbir hoqqaların və s-rin kökündə, İftixar həkimin vaxtilə atdığı addımlar durur. Baş verənlər haqda məlumatları Azerinfo.az xəbər portalına çatdıran mənbə bildirir ki, “İftixar həkim baş həkim “post”una “əlvida” dedikdən sonra, o, MRX-nın balansına aid olan ərazidə qeyri-qanuni olaraq “Ömürdən pay” adlı klinika açır. Sabiq baş həkim belə bir addımını atmaqla kimlərinsə ömrünə pay vermir, əslində adı çəkilən xəstəxananın balansında olan ərazinin ömür payına qənim kəsilir. Hələ bu azmış kmi, onun mərkəzi xəstaxanaya aid bir çox avadanlıqları, xüsusilə də müəyyən gücə malik generatoru mənimsəməsi də, analoqu olmayan qanunsuzluq əməllərindəndir”. Bu haqda məlumatları Azerinfo.az-a çatdıran mənbə onu da bildirir ki, “İftixar həkim MRX-dan oğurluq yolu ilə ələ keçirdiyi bir çox avadanlıqları, generatoru birbaşa insanların ömrünə qənim kəsilən “ÖMÜRDƏN PAY” klinikasında istifadə etdirir. Baş həkim vəzifəsini daşıyan Rəna xanım isə, hələ də olub-keçənlərə susmaqda davam edir. Onun susduğu məqamlardan biri də, Elnur adlı həkimin həm MRX-da, həm də “Ömürdən pay” klinikasında çalışmasıdır”. Bu haqda da əldə etdiyimiz məlumatlara görə, Elnur həkim adı çəkilən klinikaya rəhbərlik etməklə bərabər, mərkəzi xəstəxanada həkim də “işləyir” və hər iki iş yerindən aylıq maaş alır. Əksəriyyət isə bildirir ki, o, heç bir halda Bərdə MRX-da işə getmir. Belə bir halların varlığı, ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. Bir məqamı da xüsusi vurğulayaq ki, ölkə rəhbəri cənab İlham Əliyev Bərdə rayonuna səfər edərkən, rayonun səhiyyəsində başbilənlik edənlər “Ömürdən pay” klinikasının ətraf ərazisini örtürlər ki, görünməz olsun. Buna səbəb, yuxarıda qeyd etdiyimiz kimi adı çəkilən klinikanın qeyri-qanuni olaraq Bərdə MRX-nın balansına olan ərazidə tikilməsidir.

Mərkəzi xəstəxanaya rəhbərlik etməsi qanunla qadağan olunan, amma bu gün müəyyən səbəblər üzündən baş həkim vəzifəsini daşıyan Rəna xanımın qol qoyduğu qanunsuzluqlardan biri də, onun Tural və Hafiz həkimlə bərabər, Elnarə həkimə də yaratdığ şəraitin varlığıdır. Çünki, ixtisasca cərrah, rentgenoloq və uzi həkimi olan hər üç şəxs, əldə etdiyimiz məlumatlara görə, bu gün də sakinlərə divan tutmaqdadırlar. Hələ bu harasıdır. Rəna xanımın rəhbərlik etdiyi Bərdə MRX-da çalışan həkimlərdən bir neçəsinin, o cümlədən Ramil həkimin Ağdam MRX-da çalışması, heç bir halda iş üzü tanımaması, məhz Azerinfo.az-a çatdırılan ilginc məlumatlardandır. Onun həkimlərdən əmlaklarının və sağlamlıqlarının sığortası ilə topladığı aylıq 10 manatların taleyini, hələ ki, dilimizə gətirmirik. Amma, gətirəcəyik.

Ümumiyyətə, adı çəkilən səhiyyə ocağında baş verən həngamələr haqda saatlarla yox, günlərlə həm yazmaq, həm də danışmaq olar. Çünki, Rəna xanımın rəhbərlik etdiyi səhiyyə müəssisəsində bu gün elə hoqqalar baş verir ki, eşidib bilən hər kəs ya lal, ya da ki, kor olur.

P.S. Hörmətli oxucular! Yaxın günlərdə sizləri Bərdə MRX-da yaşanan biabırçılıqlarla, o cümlədən iki ştatda çalışan, amma mərkəzi xəstəxanada iş üzü tanımayan həkimlərin siyahısı və digər olaylarla məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Araşdırmamız davam edəcək.

Azerinfo.az
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?