Qan üzərində qurulan "demokratiya"
Gundem
Oxunub: 1 449
5 noy 2014 | 23:27
Bu gün dünyada "demokratiya" pərdəsi altında inkişaf edən ölkələr qarşısında maneələr yaratmaq, onlara qara yaxmaq kimi ənənələrin başında özünü dünyanın super gücü elan etmiş ABŞ dayanır, desək yanılmarıq. Bunun dəfələrlə şahidi olmuşuq. Əlbəttə ABŞ tarixinə nəzər salanda bu cür addımların atılmasını anlaşılan hesab etmək olar. Tarix sübut edir ki, hətta faşist Almaniyasının rəhbəri Adolf Hitler soyqırımı və konslagerlərin yaradılması ideyasını hinduların məhv edildiyi və rezervasiyalara yerləşdirilmiş ABŞ tarixindən götürmüşdür. Müasirləri və silahdaşları bildirmişlər ki, Hitler güclərin qeyri-mütanasibliyində aclıq və mübarizə şəraiti yaratmaqla fiziki məhv etmənin ABŞ variantını tərifləyir və bu texnikanın tətbiqini məqsadəuyğun sayırdı.

Quldarlıq və zəncilərin amansız istismarı üzərində qurulan dövlət

Bir dövlət kimi ABŞ quldarlıq və zəncilərin amansız istismarı üzərində təşəkkül tapıb. ABŞ bu ölkənin həqiqi sahibləri olan 100 milyondan artıq hindunun canı, qanı, torpaqları və əmlakı üzərində bərqərardır. Bu gün ABŞ dünyaya təlqin etməyə çalışır ki, guya Amerika ağ kolonistlər tərəfindən mənimsənilib. Əslində isə torpaqların böyük əksəriyyəti onlardan çox əvvəl hinduların özləri tərəfindən becərilirdi. Ağlar isə öz rifahlarını on milyonlarla hindu və zəncilərin qanı və iztirabları üzərində quran işğalçılar, qarətçilər və quldarlar kimi çıxış edirdilər.

ABŞ ərazisində qul alveri mərkəzi cənubi karolinadakı Çarlstoun oldu. İş adamları burada da çoxlu spirt zavodları inşa etdilər. Həmin zavodların məhsulu Afrikaya göndərilir və orada qullarla dəyişdirilirdi. Bu mübadilə nəticəsində əldə edilən qullar təkcə ABŞ-dakı plantasiyalarına da göndərilirdi Afrikalılar vəhşi heyvanlar, yaxud qara mal kimi bir şey idi. Məsələn, 18-ci əsrdə qul alveri sistemi aşağıdakı şəkildə idi:

1. Afrika ərazisində qul alverçilərinin birliyi yaradılır və bunlar zənciləri istənilən yolla (zor gücünə, aldatmaqla, sərxoş etməklə) ələ keçirərək, buxova və ya qandala salırdılar.

2. ABŞ-dan spirtlə dolu gələn gəmilərdəki odlu su boşaldıqdan sonra biçarə zənciləri gəmi anbarlarına doldururlar, yeməyi və suyu isə adam keçə bilməyən kiçik dəliklərdən ötürürdülər. Amerikaya yollanmazdan əvvəl kapitanlar qul alverçiləri ilə hesablaşırdılar hər bir zənci üçün su qatılmış 40 l spirt (əsasən, rom şəklində), yaxud 40 kq barıt, ya ad 18-20 dollar pul verilirdi.

3. Qul daşıyan gəmilər ABŞ-a gəlir və burada zəncilər pərakəndə satış şəbəkəsi vasitəsilə bütün ölkə ərazisində satılırdı. Bir qulun qiyməti 2000 dollara qədər çatırdı. Artıq 18-ci əsrin axırlarında ABŞ-ın şərq ştatlarının hər səkkizinci sakini qul-zəncidən ibarət idi. Qul alverçiləri zəncilərin o dövr üçün çox yüksək olan qiymətini onların Afrikadan ABŞ-a gəlib çatanadək çox qırılmaları ilə əsaslandırırdılar. Həqiqətən də, tarixi mənbələrin məlumatlarına görə, hər on zəncidən ABŞ sahillərinə yalnız bir nəfər sağ gəlib çıxırdı. Yalnız 1381-1774-cü illər ərzində Afrikadan ABŞ-a 1 milyona yaxın zənci göndərilmiş, 9 milyondan artıq zənci isə yolda ölmüşdü.
ABŞ-da hindu soyqırımına dair faktlar məşhur alim M. Stinqlin Tomoqavksız hindular əsərində yer alan faktlara nəzər saldıqda bir sıra mətləblər hasil olur. Avropalı kolonistlərin şimalı Amerikanı mənimsəməyə başladıqları 17-ci əsrdə bu ərazilərdə çoxsaylı hindu tayfaları yaşayırdı. İşğalçılar hinduların sahiblik hüquqları və tayfa mənafeləri ilə tamamilə hesablaşmırdılar və demək olar ki, ilk gündən onlarla ucdantutma qırğınlara yönəldilmiş müharibələrə başlamışdılar. Əlbəttə, ox-yayla silahlanmış hindular işğalçılara layiqli müqavimət göstərə bilmirdilər. Silahlı toqquşmalarda öldürülən hər işğalçının əvəzinə onlarla hindu öldürülürdü. Bu yolla kişiləri qıran işğalçılar qocalar, qadınlar və uşaqların qaldığı hindu düşərgələrinə basqın edir və onları amansızcasına qırırdılar. Silah gücünə məhv edə bilmədikləri hindu tayfalarını hiylə və məkr vasitəsilə qırırdılar. Bu yolda ən geniş yayılmış üsullar hindulara qara çiçək, yaxud başqa dəhşətli xəstəliklər yoluxdurulmuş yorğançaların, həmçinin zəhərli arağın satılması idi. 1871-ci ildə ABŞ konqresi hindu rezervasiyaları haqqında qanunu ratifikasiya etdi. Xalqları vətənlərdən köçürdən Misir fironlarının cinayətlərindən də dəhşətli olan bu qanun hinduların kütləvi qarətini rəsmiləşdirdi, ölkənin həqiqi sahiblərini xırda federal məmurların istibdadına tabe edilmiş hüquqsuz qullara çevirdi. Qanunun qəbulundan bir il sonra hinduların işləri üzrə federal vəkil ABŞ-ın hindulara yönəlmiş dövlət siyasətini aşağıdakı kimi səciyyələndirirdi:

Düzgün dərk etmək lazımdır ki, sivil dövlətin vəhşilərlə münasibətlərində millətlərin şərəfi məsələsi ortalığa çıxa bilməz. Vəhşi adamlarla vəhşi heyvanlarla davranıldığı kimi davranmaq lazımdır. Bu o deməkdir ki, onlarla vəziyyətin tələb etdiyi şəkildə davranmaq zəruridir: vuruşmaq, məğlub etmək, yaxud da əksinə qaçaraq əllərindən qurtarmaq. Hindunu özünü rezervasiyada nə dərəcədə yaxşı və onun hindulardan kənara isə nə dərəcədə pis idarə etməsini hökumət müəyyənləşdirməlidir. Özlərini pis aparanları isə dərhal cəzalandırmaq, yaxud məhv etmək lazımdır

Hinduların torpaqlarına və əmlaklarına sahibsiz, yiyəsiz əmlak kimi yanaşılırdı. 1899-cu ildə ABŞ-da yaxın keçmişlərdə əbədi olaraq hindulara bəxş edilmiş torpaqların yenidən qarət olunmasına qərar verdi , Amerika hökuməti hinduların torpaqlarını təkrar müsadirə etmək qərarına gəldi. Qaçış adlandırılan ümumiamerika tədbiri həyata keçirildi.

ABŞ hökumətinin müraciətində deyilirdi: Pulsuz torpaq almaq istəyən istənilən ağdərili amerika vətəndaşı 1899-cu il aprelin 22-də qabaqcadan müəyyənləşdirilən xəttin yanına gəlməlidir. Həmin gün səhər saat 8-dən start siqnalı veriləcək. Qaçışın hər bir iştirakçısı digər iştirakçılardan əvvəl çatdığı torpaq sahəsini pulsuz alacaq. Ən sürətlilər hamıdan çox qazanacaqlar! Hinduların hesabına varlanmaq arzusunda olan minlərlə ağdərili bu qaçışlarda iştirak etdi. Hər iştirakçı əlində bir parça ağ kətan tutmuşdu. Hələ tutulmayan hindu torpağına öz kətan parçasını birinci sancan şəxs onun sahibi olurdu.

ABŞ-a öz iqtisadiyyatını uğurla inkişaf etdirmək imkanı verən ilkin kapital yığımı qul alveri, qulların istismarı, hinduların əmlaklarının və ərazilərinin talanı sayəsində həyata keçirildi. Öz zəhməti sayəsində torpaqlara sahib olan Amerika kolonistləri haqqında hekayələr əfsanədən başqa bir şey deyil. Torpaqların böyük hissəsi ağdərililər deyil, hinduların özləri tərəfindən məskunlaşdırılmışdı. Ağdərili müstəmləkəçilərin sıfırdan başladıqları ərazilərdə isə əsas işi qullar görürdülər.

Tarix sübut edir ki, ABŞ-da yerli hindulara məxsus torpaqları ələ keçirən işğalçılar yerli əhalinin özünü əcnəbi elan etdi. ABŞ qanunlarına görə (1924-cü ilədək qüvvədə olub), hindular bu ölkənin vətəndaşları sayılmırdılar və heç bir hüquqa malik deyildilər. Faktlara nəzər salaq. Çoxsaylı hindu tayfalarından biri çiroki tayfası 17-ci əsrin sonunadək indiki Vircinya, hər iki Karolina, Alabama, Corciya ştatlarının ərazisində yaşayaraq, dağlarla dəniz arasında geniş bir zolağı tuturdu. 1721-ci ildən sonra işğalçılar bu xalqı tədricən sıxışdırmağa başladılar, onun torpaqlarını ələ keçirdilər və bu tayfa üçün kiçik bir ərazi saxladılar. 1791-ci ildə ABŞ hökuməti bu xalqa soyğunçu bir müqavilə sırımaqla onu öz tarixi ərazisinin böyük bir hissəsindən məhrum etdi. Çirokilərin qalan əraziləri guya ki, toxunulmaz elan edildi. Lakin 35 ildən sonra işğalçı siyasətə yenidən və daha sərt şəkildə rəvac verildi. ABŞ hərbi nazirliyi nəzdində hinduların işləri üzrə idarə yaradıldı. Hinduların hərb nazirinə tabe olmaları federal hökumətin hindularla mübarizələri davam etdirmək planlarını gizlətmək fikrində olmadığından xəbər verirdi. ABŞ hökuməti hindu tayfalarını zor gücünə uzaq qərbin o zamanlar boş çöllüklərdən ibarət olan ərazilərinə köçürtdürürdü. Zorla köçürtdürməyə ABŞ-ın cənub şərqində beş böyük tayfa, o cümlədən Çirokilər də məruz qaldı. Köçürdülmə ABŞ silahlı qüvvələrinin qoşun əməliyyatı şəklində həyata keçirilir və dəhşətli zorakılıq, kütləvi qırğınlar və özbaşınalıqlarla müşayiət edilirdi. Hərbi soyğunçular hinduların əmlakını qarət edir, mal-qaranı ələ keçirirdilər. ABŞ hökuməti hindu rəhbərlərini ölümlə hədələyərək tayfalarının nümayəndələrini zorla bir yerə yığıb, onlarla torpağın satılması barədə könüllü müqavilə imzalayırdı. Belə ki, 17000 çirokidən 400 nəfərini zor gücünə ümumtayfa toplantısına cəlb edən işğalçılar onları müqavilə imzalamağa məcbur etdilər və bu müqavilə tezliklə ABŞ konqresi tərəfindən ratifikasiya olundu. Bu yolla çirokinlərin əlindən 7 milyon akr əkin üçün yararlı torpaq alındı. Bütün çirokiləri bir yerə yığan qoşunlar onları Missisipidəki yeni ayrılmış hindu ərazilərinə köçürtdülər. Bu əməliyyat zamanı yola çıxan 17000 çirokidən 4000-i qırıldı. Bir qədər sonra isə bu ərazilər də çirokilərin əlindən alındı. Ümumiyyətlə, çirokiləri 81,2 mln. hektar torpaqdan məhrum etdilər. ABŞ-ın cənub şərqində yaşayan çikasava, çoktava, krik, seminal tayfaları da Missisipidən o tərəfə sürgün edildilər. Hindulara qarşı dəhşətli dərəcədə amansız əməliyyatları ilə məşhurlaşan Amerika generalı Cekson 1818-ci ildə Florida da seminolların, ən azı, üçdə bir hissəsini qırmışdı. ABŞ silahlı qüvvələri hinduların kütləvi qırğınları əsasında inkişaf edir və püxtələşirdi. Müstəmləkəçilər imkan tapan kimi hindulara hücum edir onları vəhşicəsinə qırırdılar. Bu soyqırımın qeyri-rəsmi şüarı belə səslənirdi: Amerikanı hindulardan tamamilə təmizləmək!. 1864-cü ildə mayor Çayvintonun dəstəsi Çeyən adlı hindu tayfasının qəsəbəsinə basqın etdi və ordakıların hamısını qırdı. Amerika əsgərləri hətta qadınlarla uşaqların da skalplarını (başın dərisi) çıxarırdılar. Bir neçə ildən sonra Uoşit çayı vadisində general C. Kasterin təşəbbüsü ilə həyata keçirilən başqa bir hücumda Çeyenlərin məhvi başa çatdırıldı. 1862-ci ildə ABŞ hökuməti qərbin, yəni hindu torpaqlarının məskunlaşdırılması barədə qanun qəbul etdi. Yeni gələn avropalıları hindularla müharibəyə sövq etmək üçün hər bir müstəmləkəçiyə 160 akr yaxşı torpaq payının daimi mülkiyyətə veriləcəyi vəd edildi. Bu torpaqların sahibləri olan hindular isə qanundan kənar elan edildilər. 1860-cı illərin axırına qədər bütün ölkədə hinduların kütləvi təqib və qırğınları baş alıb gedirdi. Kaliforniyada məskunlaşan ilk kolonistlərdən birinin məktubunda deyilir: Mən Qudla hindular haqqında tez-tez mübahisə edirdim. Qud belə hesab edirdi ki, qadınlarla kişiləri öldürmək, gənc hindu qızlarını isə saxlamaq lazımdır. Mənə isə aydın idi ki, biz qızları da öldürməliyik.

ABŞ-ın bir çox ştatlarının hakimiyyət orqanları öldürülmüş hinduların skalpları üçün pul ödəyirdilər. Bu yolla Amerika əsgərləri rəislərinə hesabat verirdilər. İndiyədək də Amerika muzeylərində külli miqdarda skalp saxlanmaqdadır.

Başqa ölkələri istismar etmək hüququnu təsdiqləmək və qoruyub saxlamaq üçün Amerika vaxtaşırı olaraq zorakılığın ən ifrat formalarına, ilk növbədə hərbi zorakılığa əl atır. İkinci dünya müharibəsindən sonrakı onilliklər ərzində ABŞ bəşəriyyətə qarşı o qədər cinayət törədib ki, bu yalnız hitlerçilərlə müqayisə oluna bilər. Faktlara nəzər salaq. 1948-1953-cü illər Filippində hərbi əməliyyatlar. Filippin xalqına qarşı cəza əməllərində həlledici iştirak. Minlərlə filippinlinin qətli. 1951-1953-cü illər 1 milyona yaxın Amerika əsgərinin Koreyaya silahlı müdaxiləsi. 100 minlərlə koreyalının həlak olması. 1964-1973-cü illər Vyetanama qarşı hərbi təcavüz. Yarım milyondan artıq vyetnamlının məhv edilməsi. Bütöv kəndlər məhv edilir, sakinləri ilə birlikdə rayonlar napalmla külə döndərilir. Qadınların və uşaqların kütləvi qırğını baş verdi. 1964-cü il Panama kanalı bölgəsində Panamanın hüquqlarının bərpasını tələb edən milli qüvvələrin qanına qəltan edilməsi. 1964-1973-cü illər 50000 ABŞ əsgərinin Laos Respublikasına qarşı cəza əməliyyatlarında iştrakı. Yenə minlərlə qurban. 1982-1983-cü il 800 ABŞ dəniz piyadasının Livana hərbi təcavüzü. Yenə çoxsaylı qurbanlar. 1986-cı il Liviyaya hücum. Tripoli və Benqazinin bombardman edilməsi. Çoxsaylı qurbanlar. 1989-cu il Panamaya silahlı basqın. Minlərlə panamalı həlak oldu. 1991-ci il İraqa qarşı genişmiqyaslı hərbi əməliyyat. 450000 hərbi qulluqçu və minlərlə müxtəlif müasir hərbi texnikadan istifadə. 150 minədək dinc sakinin öldürülməsi. İraq əhalisini qorxutmaq məqsədilə dinc obyektlərin bombardman edilməsi. 1992-1993-cü illər Somalinin silahlı işğalı. Dinc əhali üzərində silahlı zorakılıq, mülki şəxslərin qətli. Nəhayət Əfqanıstan, İraq

Bu cür tarixi keçmişini unudan ABŞ deyəsən indi dünyada "demokratiya" qurmaq istəyir?!
www.islamazeri.az
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası