Anar Məmmədov bu milyarder qiza otel tikdirir
Gundem
Oxunub: 1 927
7 noy 2014 | 18:05
Anar Məmmədov bu milyarder qiza otel tikdirirZiya Məmmədovun oğlu ilə bağlı ingilis qəzeti ilginc məlumatlar açıqlayıb

"The Daily Mail" qəzeti Azərbaycanla bağlı məqalə təqdim edib. Yazıda Bakida tikiləcək 33 mərtəbəli hoteldən söhbət açılır. İlk baxışda adi görünən bu yazıda xeyli maraqlı məqam var. Birinci məqam ondan ibarətdir ki, bu hoteli ABŞ-ın ən nüfuzlu biznes xanımlarından biri inşa etdirir. İkinci diqqət çəkən məqam odur ki, 72 ultra-lüks nömrədən və 189 qonaq otağından ibarət olacaq hotel Dubaydakı kimi yelkənli qayıq formasındadır. Üçüncü diqqət çəkən məqam isə odur ki, bu hotelin səhmdarlarından biri Anar Məmmədovdur və tikilini də onun şirkəti həyata keçirir. Əlbəttə, bu ad daha çox Ziya Məmmədovun oğlu ilə assosiasiya olunur. Bu ehtimalı gücləndirən digər amil isə odur ki, Anar Məmmədovun ABŞ-ın siyasi və biznes elitası ilə müəyyən əlaqələri var. Həm də yazıda qeyd olunan şirkətin onla məxsus olması şübhə doğurmur.

2MILDonald Trump bu gün elan edib ki, yeni tikilən hotel 2015-ci ilin iyun ayında istifadəyə veriləcək. Nəsimi rayonu ərazisində tikilən hoteldən Xəzər dənizinin və Bakının ecazkar mənzərələri aydın görünür.
Daha sonra "The Daily Mail" maqnat qızı olan və "The Trump Organization"in vitse-prezidenti İvanka Trumpun iki həftə əvvəl Bakıda olduğunu və tikinti meydançasına şəxsən baş çəkdiyini qeyd edir.
Anar Məmmədov bu milyarder qiza otel tikdirir
Bu mötəbər xanım isə hotel haqqında belə deyib: "Bu ağlasığmaz bina dəbdəbənin ən yüksək səviyyəsini təqdim edəcək, zəriflik qeyri-adi arxitektura ilə qarışacaq. Sanki Xəzərdən ilham alacaq binanın daxili axıcı şəkildə müasir stillə uzlaşacaq və tikili əbədi olaraq cazibədarlığını qoruyub saxlayacaq. Biz can atırıq ki, bizim anoloqu olmayan Trump xidmətini və lətafəti Azərbaycana gətirək".

Qəzet qeyd edir ki, Bakıda Şərqi Avropa ilə Qərbi Asiya bir-birinə qovuşur.

0 MILBu binanı Londonda fəaliyyət göstərən "Mixity Design" şirkəti həyata keçirib. Bina "Ərəblərin Qülləsi" anlamını verən "Bürc əl-Ərəb"ı xatırladır. Həmin hotel isə dünyanın ən lüks otellərindən biri sayılır.
Tikilini yerli şirkət olan "Garant Holding" həyata keçirir.(Yeri gəlmişkən bu şirkətin Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olması bəlli faktdır. E.H) Səhimdar Anar Məmmədov qəzetə deyib: "Biz "The Trump Organization"lə bir yerdə çalışmaqdan güclü həyəcan hissi keçiririk. Dəbdəbəli hotelləri ilə dünyada məşhur olan bu təşkilatın köməyi ilə Bakının sakinləri və qonaqları dünya səviyyəsində xidmət görəcəklər. Yeni nəslin stilini, eksklüziv rahatlığını və predtijini duyacaqlar""
Qəzet qeyd edir ki, Bakıda açılacaq bu hotel "Trump Hotel Collection"a məxsus hotellər zəncirinə 2016-cı ildən qoşilacaq. Vaşinqton və Vankoverdə, eyni zamanda Rio de Janerio-da bu zəncirdən olan hotellərdə hazırda tikinti işləri gedir.

Britaniya media orqanı yazır ki, Azərbaycan dünyanın qədim ölkələrindən biridir. Bakının qədim hissəsi (İçəri şəhər) YUNESKO-nun qoruması altındadır. Yeni tikiləcək hotel isə müasir Bakının göydələnlərinə qoşulacaq.
3MILƏgər vikir verdinizsə, İvanka Trump Bakıda tikiləcək hotel haqqında son dərəcə poetik ifadələr işlətmişdi. Bir qədər araşdırdıqdan sonra onu da öyrəndik ki, bu təsadüfi deyilmiş. Belə ki, 1981-inci ildə doğulmuş bu amerikalı xanım biznesmen olmaqla yanaşı yazıçıdır, böyük bir var-dövlətin varisidir, üstəlik, keçmiş modeldir.

Bu mötəbər xanım 2009-cu ildə xristianlıqdan imtina edərək musəvi dinini qəbul edib. İndi onun əsl adı Yealdır. Həmin ilin oktyabrında o, iş adamı Cared Kuşnerlə evlənib. Bu evlilikdən onun bir qızı və bir oğlu var. 2012-ci ildə iş adamı kimi nüfuzlu "Top Choice Awards" mükafatına layiq görülüb.

musavat.com
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO