“Dağlar” əxlaqsızlıq ünvanına sahiblik edən, xəbər portalının rəhbərini hədələdi:-ŞOK FAKTLAR
Gundem / Sosial
Oxunub: 3 460
16 dek 2016 | 07:29
“Dağlar” əxlaqsızlıq ünvanına sahiblik edən, xəbər portalının rəhbərini hədələdi:-ŞOK FAKTLAR












Təəssüf doğuran hal odur ki, son günlər bir neçə “reket jurnalist”in həbs olunması, çirkaba bulaşan şəxslərə, bir çox vəzifə sahiblərinə və digər şəxslərə sanki stimul verib

İctimai həyatımızda baş verən sosial-iqtisadi, siyasi yönümlü problem və məsələlərin KİV nümayəndələri tərəfindən daim ictimailəşdirməsi, bir daha onu söyləməyə əsas verir ki, dördüncü hakimiyyət olraq media təmsilçilərinin rolu, hər zaman əhəmiyyətli olub. Digər tərəfdən onu da vurğulamaq yerinə düşər ki, hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olarkən o, media nümayəndələrinin məsuliyyətli yükün daşıyıcısı olmalarını dönə-dönə vurğulamışdı. Hətta, mərhum prezidentimiz etdiyi çıxışların birində “mənim bilmədiyim həqiqətləri üzə çıxaran hər bir jurnalistə minnətdaram” da demişdi. Ölkə rəhbəri cənab İlham Əliyev də, KİV nümayəndələrinə qarşı sərgilədiyi münasibətində həmişə jurnalistlərin əməyini dəyərləndirmiş və ortaya qoyduğu yanaşması ilə, hər kəsə yol da göstərmişdi. Hakimiyyətin yüksək çinli vəzifə sahibləri tərəfindən nümunəvi addımların atılması isə, bir daha KİV nümayəndələrinə bəslənilən diqqət və qayğının varlığını sübuta yetirir.

Bütün bunlara baxmayaraq, Bakı şəhəri, Binəqədi rayonunun “Baksol” yolu adlanan ərazisində fəaliyyət göstərən və yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradılan “Dağlar” əxlaqsızlıq ünvanı haqda, Azerinfo.az saytında tənqidi açıqlamanın dərc olunması, dünən adı çəkilən xəbər portalı rəhbərinin hədələnməsi ilə nəticələndi. Belə ki, 15 dekabr günü “Binəqədidəki “Dağlar” əxlaqsızlıq ünvanı, hansı polis rəisinə məxsusdur?” başlıqlı tənqidi açıqlamanın işıq üzü görməsindən bir neçə saat sonra, obyektə sahiblik edən İlqar adlı şəxsin atdığı addım nə yerə, nə də ki, göyə sığası məsələdir. Çünki, o, qol qoyduğu əməllərin, atdığı addımların mahiyyətinə varmadan hədə-qorxu yolunu tutur. Azerinfo.az saytının rəhbərinə “bilirsən başına nə kimi oyunlar açdıraram?” deməsi isə, artıq xəbər portalı rəhbərinin həyatına olan təhlükələrin varlığından xəbər verir. O halda sual oluna bilər ki, xəbər portalı rəhbərinin günahı nədir ki, o, “Dağlar” əxlaqsızlıq ünvanına sahiblik edən İlqar adlı şəxs tərəfindən hədələndi?.

Axı, sadəcə olaraq işıq üzü görən açıqlamada vurğulanır ki, Azerinfo.az saytına daxil olan məlumatlara görə “Dağlar” əxlaqsızlıq ünvanının əsl sahibi, respublikamızın şimal zonasında yerləşən rayonların birində polis şöbəsinə rəhbərlik edir. Eyni zamanda həmin şəxs, adı hallanan əxlaqsızlıq ünvanına himayədarlıq da edir. Araşdırmamız yekunlaşmadığından, hələlik etika naminə həmin vəzifə sahibinin adını hallandırmırıq. Amma, yaxın günlərdə onun adını, soyadını, hansı rayonun polis şöbəsinə rəhbərlik etməsini, eyni zamanda Bərdə rayonunda hansı obyektlərə sahiblik etdiyini və digər əməllərini, çoxsaylı oxucularımızın diqqətinə çatdırmağa da çalışacağıq.

Təəssüf doğuran hal odur ki, son günlər bir neçə “reket jurnalist”in həbs olunması, çirkaba bulaşan şəxslərə, bir çox vəzifə sahiblərinə və digər şəxslərə sanki stimul verib. “Sizinkiləri bir-bir tuturlar” deməklə, həyata keçirilən həbs motivindən yararlanan İlqar adlı şəxs, hətta xəbər portalının rəhbərini şantaj etmək də istəyib. O halda sual oluna bilər ki, “reket jurnalist”lər əməllərinə görə cavab verəcəklər, bəs siz? Axı, siz gündəlik qadınların cinsi istismarına şərait yaradırsınız, milli-mənəvi dəyərlərimizi tapdaqlar altına atırsınız, gənc nəslin və digər yaş həddində olanların əxlaq tərbiyəsini pozursunuz? Bu kimi addımlar cinayət əməlləri deyilmi ki, hələ hədə-qorxu da gəlirsiniz?

Amma biz düşünürük ki, İlqar adlı şəxsin hədələri heç bir nəticə verməyəcək. Çünki, bu gün müstəqil dövlətimiz, sivil qanunlarımız və peşəkar hüquq-mühafizə orqanı əməkdaşlarımız var. Belə olan halda nə təhdid, nə hədə-qorxu işə keçməyəcək. İşə keçən yalnız qanunlarımızın aliliyi, günahkarların cəzalandırılması olacaq. O halda hər kəs biləcək ki, hər cür hoqqalara qol qoyanların əməllərini ifşa edən media nümayəndələrinə hədə-qorxu gəlmək olmaz. Çünki KİV nümayəndələrinin qanunla tənzimlənən peşə fəaliyyətləri, çoxsaylı qanunsuzluqları, həmçinin “Dağlar” əxlaqsızlıq ünvanında baş verənləri aşkara çıxartmağa, onların ictimailəşdirilməsinə ixtiyar verir. İlqar adlı şəxsin “vorzakon” dilində danışması isə, artıq başqa mətləblərdən xəbər verir.

Hörmətli oxucular! Bu yöndə araşdırmamız davam edəcək və yaxın günlərdə sizləri daha müfəssəl məlumatlarla xəbərdar edəcəyik. Odur ki, bizi izləməyi unutmayın. Qarşı tərəfi də dinləyə bilərik.

Azerinfo.az
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ
Dünən, 12:01
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu
Dünən, 11:12
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Dünən, 11:08
Dollar bahalaşır - SƏBƏB
Dünən, 10:56
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Dünən, 10:38
May ayında 10 gün iş olmayacaq
Dünən, 10:31
Azərbaycanlı aparıcı həmcinsi ilə nişanlandı - FOTO
Dünən, 10:28
Türkiyədə bələdiyyə sədri həbs olundu - FOTO
Dünən, 10:00
Zelenskidən çoxmənalı paylaşım: Dünyada istənilən raketləri dayandırmaq üçün...
Dünən, 09:43
İranın hücumundan sonra neft qiymətləri düşür
Dünən, 09:39
Azərbaycanda zəlzələ olub
Dünən, 09:35
“Danışılmış savaş” iddiası – Aradakı sekundantların Vaşinqton və Ankara olduğu deyilir
Dünən, 09:19
ABŞ Rusiya və Çinin ortaq qatılacağı savaşdan çəkinir: Ağ Ev Yaxın Şərqdə yeni "qırmızı cizgiləri" təyin etdi
Dünən, 09:00
Hərbi müxbir İran-ABŞ razılaşması barədə: “Üçüncü dünya müharibəsi ləğv edilir”
13-04-2024, 11:44
Narkotiklə tutulan şəxs axund imiş - Foto
13-04-2024, 11:39
İrana casusluqda ittiham edilən şəxslər saxlanıldı