Öldürülən zabitin hansı cinayətdən xəbəri olub?-MÜƏMMA
Gundem
Oxunub: 1 732
9 noy 2014 | 22:35
Öldürülən zabitin hansı cinayətdən xəbəri olub?-MÜƏMMAMüdafiə Nazirliyi zabitin ölümüylə bağlı niyə susur?; Xalid Şirəliyevin qətlə yetirilməsi faktı üzrə hələ də cinayət işi açılmayıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun zabiti Xalid Şirəliyev noyabrın 3-də müəmmalı şəkildə qətlə yetirilib. Hərbi Polisin əməkdaşları tərəfindən oktyabrın 31-də evindən aparılan mərhum zabitin nəşi "Semaşko"dakı morqdan tapılıb.

Qohumlarının JAM.AZ-a dediyinə görə, Müdafiə Nazirliyi də baş verən olayla bağlı nə açıqlama verib, nə də hər hansı bir münasibət bildirib. "Belə çıxır ki, əsgər və zabitlərimizin ermənilər tərəfindən öldürülməsinə gərək yoxdur. Elə özümüzkülər özümüzün qəniminə çevrilmişik. Müdafiə Nazirliyi qətldən 3 gün keçməsinə baxmayaraq, hələ də heç bir açıqlama yaymayıb. Hadisənin necə baş verdiyi, kimlər tərəfindən törədildiyi barədə bircə kəlmə də danışmırlar. Nazirlik susur. Niyə? Məgər, Xalid Şirəliyev Azərbaycan Ordusunun zabiti deyildimi? Onun müəmmalı ölümü, daha doğrusu, öldürülməsi nazirlik üçün əhəmiyyətli hadisə sayılmırmı?".

Qohumlarının dediyinə görə, Xalid Şirəliyevin qətlə yetirilməsində onun bəzi cinayət xarakterli işlərdən məlumatlı olmasının rolu olub. Onların sözlərinə görə, hətta sonuncu dəfə Biləcəridəki Hərbi Polisdə onunla zabitlər arasında ilginc dialoq da olub. Həmin dialoq hansısa əsgərin qətli ilə bağlı olub ki, bunun da kimlərinsə xoşuna gəlməməsi mümkündür. "Həmin dialoqun canlı şahidi Xalidin anası olub. Baş verən hadisədən şok vəziyyətində olan mərhumun anası danışa bilmir. Özünə gəldikdən sonra bununla bağlı geniş açıqlama verəcək".

Digər bir maraqlı məqam odur ki, Şirəliyevin qətli ilə bağlı cinayət işi qaldırılmayıb. Bunun səbəbinin nə olduğu isə müəmma olaraq qalır.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Xatırladaq ki, Xalid Şirəliyev 7gun.az saytının rəhbəri Cavid Şirəliyevin qardaşıdır.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO