Mübariz Əhmədzadənin viran qoyduğu Zaqatala...
Gundem / Bolge
Oxunub: 3 670
19 yan 2017 | 09:24
Mübariz Əhmədzadənin viran qoyduğu Zaqatala...




















ZAQATALADA İCRA BAŞÇISININ XANƏDANI

Zaqatalada cərəyan edən hadisələr əslində rayonun icra başçısı Mübariz Əhmədzadənin yarıtmaz fəaliyyətinin nəticəsidir. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda deyilir. Artıq neçə müddətdir ki, bu rayonun bir sıra dövlət strukturlarına aid olan idarə və təşkilatlarının fəaliyyəti tənqid obyekti olaraq ölkə mətbuatında işıqlandırılan mövzulardan birinə çevrilmişdir.
Belə ki, Zaqatalanın təhsil şöbəsinin, səhiyyə şöbəsinin, maliyyə idarəsinin və digər qurumların fəaliyyəti sakinlərin ciddi etirazlarına səbəb olur. Son vaxtlar bizə müraciət edən mənbələr isə bütün nöqsanların əsasında məhz Mübariz Əhmədzadənin bu qurumlar qarşısında qoyduğu qeyri-qanuni tələblərin, idarəetmədə yol verilən kobud səhvlərin durduğunu iddia edirlər. Digər tərəfdən isə rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılması və zəbt olunması, sakinlərin məişət problemlərinin həllinə biganəlik, yaşıllıqların məhv edilməsi və bir çox digər ciddi qanun pozuntularına dair ittihamlar da məlumatlarda öz əksini tapmaqdadır.
Qeyd olunur ki, icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verərək sanki əli çatan bütün torpaqları, zirzəmiləri və obyektləri ən qısa müddətdə satıb qurtarmağz calışır. Buna görə də nə sakinlərin haqlı şikayətləri, nə də ölkədə həyata keçirilən antikorrupsiya tədbirləri M.Əhmədzadənin fəaliyyətinə təsir edə bləcək gücə malik deyil. Aldığımız məlumatlarda iddia olunur ki, bu gün Zaqatalada hər hansı bir ərazini almaq üçün vəya artıq alınmış sahədə hər hansısa bir tikintini həyata keçirmək üçün sadəcə başçı ilə “anlaşmaq” kifayət edir. Bu məhsuldar fəaliyyətin nəticəsində isə M.Əhmədzadənin xüsusilə xaricdə qurduğu biznes şəbəkəsi sürətlə inkişaf edir.

Etibarlı mənbənin qaynarxett.az-a iddiasına görə az müddət əvvəl Zaqatalanın icra başçısı Kiprdə yerləşən özəl ali təhsil müəssisələrindən birini satın almışdır. Maraqlıdır ki, bu universitetin əvvəlki sahibinin E.Abdullayevlə bağlı qalmaqallarda, korrupsiya əməllərində iştirakına görə həbs olunmuş Vaqif Hüseyn olduğu bildirilir. Eyni zamanda da mənbə seçimin məhz Kiprə yönəldiyinin də təsadüfi olmadığını qeyd edir. Vurğulanır ki, həm M.Əhmədzadənin, həm də onun qardaşı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin artıq neçə müddətdir ki, bu ölkədə şəxsi evləri, villaları vardır. Təbii ki, Zaqatalanın icra başçısı bütün bu mülk və obyektləri heç də tutduğu vəzifəyə görə dövlətdən aldığı məvacib hesabına əldə etməyib. Bax elə bu məqamda da mənbələrin M.Əhmədzadənin rayondakı qurumlar qarşısında müəyyən qeyri-qanuni tələblər irəli sürməsinə dair iddiaları artıq özünəməxsus çalarlarla yenidən diqqət mərkəzinə gəlir...
[/b]
[b]Zaqatalada Fikrət Şərifovun hökümranlığı

Bəzi mətbu orqanlarda Zaqatala rayon Suvarma Sistemləri idarəsinin rəisi Fikrət Şərifovun qol qoyduğu qanunsuzluqlardan, etdiyi özbaşınalıqlardan, həyata keçirdiyi maxinasiyalardan və.s tənqidi məqalələr dərc olunanda, kimlərsə sadalanan problemlərin varlığına şübhə ilə yanaşırdılar. Amma, indi əsl həqiqətlər aşkar olunanda bir kimsədə nə şübhə yeri qalır, nə də ki, başqa bir əmma. Çünki, bu günədək maxinasiyalar müəllifi adını qazanan Fikrət müəllimin qol qoyduğu əməlləri eşitdikcə, sanki dəhşətə gəlmişik.
Adicə bir məqama diqqət yetirək ki, o, səhər-səhər iş otağına daxil olan kimi giriş qapısını arxadan bağlayır və idarəçiliyini daxili telefon vasitəsilə həyata keçirir. Elə ki, katibə xanımdan Fikrət müəllimin işdə olub-olmamasını soruşursan, bu zaman katibə xanım da bildirir ki, “cənab rəis işdə deyil”. Belə bir idarəçilik forması yəqin ki, az sayda vəzifə sahibləri tərəfindən həyata keçirilir. Bu zaman sual oluna bilər ki, cənab rəisin “gizlənməsi”ni zəruri edən səbəblər nədir? İndi isə həmin səbəblərdən bir neçəsini, hər kəsin diqqətinə çatdırmağa çalışaq. Məsələn, yerli mənbə tərəfindən informasiya mərkəzimizə belə bir məlumat verildi ki, Fikrət müəllimin tapşırığı əsasında, idarənin balansında olan traktor (buldozerli) Zaqatalanın Car meşə zolağına göndərilir. Meşə zolağında iritutumlu nəqliyyat vasitələri üçün yol açan traktor, iki gündən sonra idarəyə qaytarılır. Düzdür, yol açmağın müqabilində traktoristə 400 manat pul verilsə də, həmin pulun 300 manatını Fikrət müəllim ələ keçirir.
İndi isə başqa bir məqamın açıqlamasına diqqət yetirək. Meşə zolaqlarında nəqliyyat vasitələri üçün yol açmağın yalnız bir səbəbi var ki, o da iritutumlu nəqliyyat vasitələri ilə odun parçaları daşımaqdan ibarətdir. Bu yolla iştahasını cilovlamağı bacarmayan cənab Fikrət müəllim, çox keçmir ki, başqa bir maxinasiyaya da imza atır. Yəni, o, Car meşə zolağında həyata keçirdiyi əməliyyatdan sonra, həmin traktoru (buldozerli) “Dayman”la Meşkeş meşə zolağına göndərir. Həmin meşə zolağında sahə rəisi İlqar bəy olsa da, onun Fikrət müəllimlə qurmaq istədiyi işbirliyi, sonda acı bir sonluqla nəticələnir. Belə ki, traktoru “Dayman”dan düşürərkən, traktor yanıüstə aşır və çox hissələri sınıq-salxaq olur. Hətta, verilən məlumatda o da bildirilir ki, traktor iki yerə də bölünür.

Bu dəfə ümumi məqsədini həyata keçirə bilməyən cənab Fikrət müəllim, məcbur olur ki, sınıq-salxaq olmuş traktoru idarənin həyətinə gətizdirsin. Bu belə də olur. Bax bu zaman ortaya bir neçə suallar çıxır ki, bu sualların da cavabını möhtərəm idarə rəisi verməyə birbaşa borcludur.

Əvvəla onu qeyd edək ki, həmin traktor idarənin balansında olduğu halda niyə meşə zolaqlarında yol açmaq məqsədilə göndərilir? Sınıq-salxaq olmuş traktor hansı vəsait hesabına təmir olunacaq? Fikrət müəllim bu kimi addımlarını atmaqla, cənab Əhməd Əhmədzadənin ona olan etibarını heçə endirmirmi? Ən əsası, ölkə rəhbəri möhtərəm prezidentimiz cənab İlham Əliyevin, hələ bir müddət bundan əvvəl ekoloji problemlərlə bağlı verdiyi tapşırığa Fikrət müəllim niyə əməl etmir? Onun belə bir addımı verilmiş tapşırığı saya salmamaq deyilmi?

Hörmətli oxucular! Bu kimi suallar Fikrət müəllimi düşündürməsə də, bizi olduqca düşündürməkdədir. Çünki, şəxsi məqsədlərini həyata keçirməyin müqabilində idarəyə verilmiş yanacağın, sürtkü yağlarının, nəqliyyat vasitələrinə aid ayrı-ayrı hissələrin və.s altından girib üstündən çıxan idarə rəisi, bu yolla büdcədən ayrılan vəsaiti “xırıd” etməkdədir. Belə olan halda KİV nümayəndələrinin sadaladığı problemlərin mahiyyəti haqda, az-çox məlumatlı olan cənab Əhməd Əhmədzadə, görəsən Fikrət Şərifovla bağlı “yek” qərarını nə vaxt verəcək?

Fikrət Şərifov bəlkə də bu gün ölkəmizin su təsərrüfatı sahəsində ən böyük rüşvətxor, ən böyük maxinator, özünəməxsus formada idarəçiliyini həyata keçirən vəzifə sahibidir. Onun qol qoyduğu maxinasiyalar haqda nə qədər yazsaq da qurtarmaz ki, qurtarmaz.
Diqqəti cəlb edən hal odur ki, onun iş fəaliyyəti ilə bağlı jurnalist araşdırması aparan, qol qoyduğu qanunsuzluqların mahiyyətini üzə çıxarıb ictimailəşdirən yaradıcı insanlara qarşı, çox zaman o, ali təhsili olmayan, ad-familiyasını yazmağı bacarmayan, sadə bir suala cavab vermək qabiliyyəti olmayan, mən hər bir problemi həll etmək iqtidarındayam deyən “jurnalist”lərdən də yararlanmağı unutmur. Elə bu səbəbdən də, ali təhsili olmayan və cənab Fikrət müəllimin müdafiəçisi rolunu oynayan jurnalistlərə üz tutub deyirik. -Gedin ilk növbədə ad-familyanızı yazmağı öyrənin, sonra da kiminsə müdafiəçi rolunu oynayın!

Nəzir Muradovun sevimli MMC-ləri

Zaqatala Rayon Icra Hakimiyyəti Nəzir Muradova məxsus şirkətlərə yalnız ərzaq təminatı üzrə keçirilən tenderlərdə yaşıl işıq yandırmaqla kifayətlənməyib. Muradovun şirkətləri icra hakimiyyətinin tikinti-abadlıq işləri, dəftərxana ləvazimatlarının, avadanlıqların alınması üzrə keçirilən tenderlərin də “qalibi”dir. Satınlamalar üzrə Dövlət Agentliyinin rəsmi internet saytındakı məlumatlara əsasən, ərzaq təminatı üçün keçirilən tenderlərin qalibi olan “Ticarət-MS” MMC və “Istehsal -S” MMC eyni zamanda rayondakı uşaq bağçalarının, xəstəxanaların təmir işlərinin və digər müsabiqələrin də qalibi olub.
“Ticarət-MS” MMC
Zaqatala şəhər 10 saylı uşaq bağçasının təmiri – 12004,94 manat.
Zaqatala şəhər 4 saylı uşaq bağçasının təmiri – 9856,76 manat.
Zaqatala şəhər 7 saylı uşaq bağçasının təmiri – 18667,26 manat.
Mazıx kənd uşaq bağçasının təmiri – 10283,76 manat.
Kəpənəkci kənd icra nümayəndəliyinin və bələdiyyənin yerləşdiyi binanın təmiri – 62855,9 manat.
Zaqatala RIH-nin inventarın satın alınması – 8090 manat.
Zaqatala RIH digər maşın və avadanlıqlarının satın alınması – 7896 manat.
Zaqatala RIH avtomobil ehtiyat hissələrinin satın alınması – 5485 manat.
Zaqatala şəhər icra nümayəndəliyi dəftərxana ləvazimatlarının satın alınması – 19100 manat.
Göyəm kənd həkim məntəqəsinin təmiri – 15407.01 manat.
Vərəm xəstəlikləri xəstəxanasının təmiri – 1051.84 manat.
Zilban kənd məntəqəsinin bərpası və yenidən tikilməsi – 23266.94 manat.
Göyəm kənd həkim məntəqəsinin əsaslı təmir işlərinin satın alınması – 26730.4 manat.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cari təmir işlərinin satın alınması – 21981.61 manat.
“Ticarət-MS” MMC ayrılan satınalma və təmir vəsaitinin ümumi məbləği – 242680,42 manat.
Zaqatala şəhər 10 saylı uşaq bağçasının və Göyəm kənd həkim məntəqəsinin təmiri üçün bir ildə 2 dəfə maliyyə vəsaiti ayrılıb. Eyni müəssisələr üçün keçirilən müsabiqədə eyni şirkətin qalib olması da diqqət çəkən məqamlardan biridir.
“Ticarət-MS” həmcinin Zaqatala rayon Təhsil şöbəsinin keçirdiyi dəyəri 55412.2 manat olan cari təmir işlərinin satınalınması üzrə keçirilən müsabiqənin qalibi olub.
Ərzaq təminatı, avadanlıqların satın alınması, təmir tikinti işlərini həyata keçirən “Ticarət-MS” MMC eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin tədbirlərinin satınalınması üzrə müsabiqəsinin də qalibidir.
Zaqatalada ərzaq tədarükü və təmir-tikinti işlərini həyata keçirən “Istehsal-S” MMC həm də Gənclər və Idman Nazirliyinin Zaqatala Gənclər və Idman Idarəsinin tədbirlərini təşkil edib.
Nəzir Muradova məxsus digər müəssisə “Istehsal-S” MMC Zaqatala şəhər 9 və 10 saylı uşaq bağçalarının təmiri üçün 25219,76 manat dəyərində olan tenderin də qalibidir.


Qışda qeydə alınan şirkətlər

Zaqatalada 2012 və 2013-cü ilərdə keçirilən tenderlərin reyestr siyahısında araşdırma apararkən maraqlı faktla qarşılaşdıq. 2013-cü ildə Zaqatalada keçirilən tenderlərin qalibi olan şirkətlərin sahibləri 2012-ci ildə keçirilən tenderlərin də qalibi olublar. Sahibkarlar eyni olsa da şirkətlər başqa ad altında tenderlərdə iştirak edib.
2012-ci ildə Zaqatalada keçirilən tenderlərin əksəriyyətinin qalibi, “Uğur-MS” MMC, “Şəms-MS” MMC və “Şəhər Istehsal” MMC olub. Bu MMC-lər Zaqatalada keçirilən ərzaq təminatı, dəftərxana ləvazimatlarının alınması, təmir-tikinti və s. dövlət sifarişlərini icra ediblər. Vergilər Nazirliyinin rəsmi internet səhifəsində apardığımız araşdırmalar zamanı “Uğur-MS” MMC-nin və “Şəms-MS” MMC-nin eyni gündə – 30 dekabr 2011-ci ildə yaradıldığı və Zaqatala şəhəri A.Həmidov küçəsi, ev 74, mənzil 6 ünvanında qeydə alındığı məlum oldu.
Xatırladaq ki, həmin ünvanda ümumilikdə 4 MMC qeydiyyatdan keçib. Zaqatalada 2012-ci ildə keçirilən coxsaylı tenderlərin digər qalibi isə 2012-ci ilin yanvarın 11-də qeydiyyatdan keçən “Şəhər Istehsal” MMC-dir.
Bu müəssisənin təsisçisi Zaqatala Kooperativ Cəmiyyətidir. Cəmiyyətin sədri isə Nəzir Muradovdur. Ümumiyyətlə, N.Muradova birbaşa bağlı olan azı 7 şirkət (sxem-3) Zaqatalada tenderlərin daimi qalibi olub. Qalib şirkətlərin bir qismi tenderlər keçirilməzdən az əvvəl – dekabr və yanvar aylarında təsis edilib. Xatırladaq ki, satınalmalar haqqında qanunvericilik tenderlərdə müvafiq sahədə təcrübəsi olan şirkətlərə üstünlük verilməsi öhdəliyini nəzərdə tutur.
Qeyd edək ki, sorğumuza cavab verən N.Muradov yuxarıda adı çəkilən MMC-lərin sahibi olduğunu təsdiqləyib.

Müəmmalı MMC

2013-cü il avqust ayının 22-də qeydə alınan “Təmir Tikinti Abadlıq” MMC həmin ildə Zaqatala Icra Hakimiyyəti tərəfindən keçirilən bir sıra tender müsabiqələrinin qalibi olub.
1.H.Əliyev prospekti, Ü.Sadıqov və Qarabağ küçələrinin əsaslı təmir və bərpa işlərinin satın alınması – 320000 manat.
2.Əsaslı təmir və bərpa işlərinin satın alınması – 150000 manat.
3. Şəhər küçələrində cari təmir işlərinin satın alınması – 420000 manat.
4.Abadlıq işlərinin satın alınması – 14200 manat.
5.Əsaslı təmir və bərpa işlərinin satınalınması – 150000 manat.
Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “Təmir Tikinti Abadlıq” MMC 22 avqust 2013-cü ildə təsis edilib. Ağcabədi şəhəri Taxta Körpü ünvanında yerləşən MMC-nin qanuni təmsilçisi Zeynalov Elşən Telman oğludur. “Təmir Tikinti” MMC təsis olunduqdan dərhal sonra Zaqatalada keçirilən tenderlərin qalibi olub. Tender komissiyası əvvələr hər hansı bir layihəni həyata keçirməyən, iş təcrübəsi olmayan və tikinti üçün tələb edilən lisenziyası olmayan MMC-ni hansı əsaslarla tenderlərin qalibi elan etdiyi aydın deyil.
Elə bu qaranlıq məqama aydınlıq gətirmək üçün Zaqatala Rayon Icra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etdik. IH-də bu suallara cavab verəcək şəxsin icra başçısının 1-ci müavini Elman Ramazanov olduğunu dedilər. O isə telefonlara cavab vermir.
Iqtisadçı ekspert Natiq Cəfərlinin bildirdiyinə görə, tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq icazə (lisenziya) alınmalıdır: “Əsaslı təmir, tikinti, elektrik xətlərinin çəkilməsi və s. işlər üçün lisenziya almaq lazımdır. Lisenziyaların alınması üçün müəyyən zaman tələb olunur. Lisenziya almaq istəyən müəssisə yoxlanılır. Kadrlar barədə məlumatlar, eləcə də texniki avadanlıqlar hərtərəfli araşdırıldıqdan sonra lisenziya verilir. Yeni qeydiyyatdan keçən MMC-nin dərhal lisenziya alması mümkün deyil. Bu baxımdan Zaqatalada keçirilən tenderlərdə iştirak edən bir sıra şirkətlərin dövlət satınalmalarda iştirakı qanunun tələblərinə ziddir”.
Məsələ ilə bağlı sorğumuza cavab verən N.Muradov əsaslı təmir, bərpa işlərini həyata kecirdiklərini inkar etdi: “Biz cari təmir işlərini həyata keçirmişik. Bunun üçün lisenziya tələb olunmur”.


Zaqatala Icra Hakimiyyətindən tender müəmmaları ilə bağlı suallarımıza cavab verən tapılarsa, aşağıdakı sualları ünvanlamaq niyyətindəyik:

Suallar

1.Zaqatalada 2012-2103-cü il və sonrakı ıllər ərzində keçirilən tenderlərdə (ayrı-ayrılıqda) iştirak edən bütün tərəflər (uduzan) barədə məlumat vermənizi xahiş edirik.
2.Hansı səbəblərə görə Zaqatalada keçirilən tenderlərin böyük əksəriyyətində Nəzir Muradova bağlı MMC-lər qalib olur?
3.2013-cü ilin avqustunda yaradılan “Təmir Tikinti Abadlıq” MMC hansı keyfiyyətlərinə görə yarandıqdan dərhal sonra Zaqatalada iri məbləğli tenderlərin qalibi olub? Əvvələr heç bir iş görməyən, təcrübəsi olmayan MMC hansı əsaslarla tender müsabiqəsinə buraxılıb?
4.Eyni MMC-lərin Zaqatala Icra Hakimiyyətinin dəftərxana ləvazimatının alınmasından tutmuş, xəstəxanaların tikintisinə qədər bütün işləri həyata keçirməsində, həmin MMC-lərin həqiqi sahibi olan Nəzir Muradovla Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə arasında olan münasibətlər rol oynayıbmı?
Cavablarınızı gözləyirik


ARDI DAVAM EDƏCƏK.

Azerinfo.az
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...