LENİN TERROR HAQQINDA...
Gundem
Oxunub: 3 372
19 noy 2014 | 19:36
LENİN TERROR HAQQINDA...Bir necə il bundan öncə bir tədbirə qatılmışdım. Mövzu şəhərsalma və memarlıqla bağlı olsada söhbət dolaşıb dolaşıb siyasətə, daha doğrusu sovet dövrü abidələrinin və tikililərinin məhvinə gəlib cıxdı. Debat layihəsində iştirak edən memarlardan biri qürurla Düdənginiskinin nəvəsi olduğunu bildirdikdən sonra həyasızcasına iddia etməyə başladıki, bəs deməzsənmi sovet abidələrinin dağıdılması guya sosial sifarişdir, yəni xalqın cəmiyyətin istəyi imiş. Bilənlər bilir bilməyənlərdə bilsinki Düdənginski məşhur satqın olub və müharibə dövründə ( 1941- 45 ) illərdə faşistlərin tərəfinə kecərək öz xalqına qarşı vuruşub. Mənim ücün son dərəcə acı həqiqətiydiki bu gün Bakı şəhərində kommunist abidələrinə və məzarlarına qarşı aparılan vandalist siyasətin icrasına satqın Düdənginskinin nəvəsi rəhbərlik edir. Bir növ nəvə faşist babasının yarımcıq qalmış işini davam etdirir. Acınacaqlı faktdırki bu şəxs bir vətən xaininin törəməsi olduğu halda Sovet hökuməti onu pulsuz, dövlət hesabına oxutmuş, ali təhsilli memar etmiş, işlə və mənzillə təmin etmişdir, amma bu alicənablığın qarşılığını nankorlar babalarına xas xəyanətlə cavablandırırdılar. Sovetin qurub yaratmaq ücün yetişdirdiyi mütəxəssis indi sovetin izlərini silib yox etmək ücün bütün vicdan və heysiyyət hislərindən imtinaedərcəsinə calışırlar. Düdənginskinin nəvəsi mənim etirazıma cavab olaraq bildirdiki Sovet hökuməti hec nədən günahsız insanları məhv edirdi. Mənim əmilərim, dayılarım hərbi məktəbdə oxuyarkən Əlheydər Qarayev hərbi məktəbə gəlibmiş və kursantları cərgədən cıxartdırıb güllələdirmiş, səbəbini soruşanda "hec nəyə görə" dedi. Bu gün cəmiyyətimizdə hələdə sadəlöhüvcəsinə inananlar varki guya kommunistlər insanları hec nədən, səbəbsiz yerə cəzalandırırmışlar və bu yanlış təsəvvürdən sonra "qırmızı terror" haqqında əfsanələr, nağıllar uydurulub danışılır.

Bəs əslində Sovet hakimiyyətinin tətbiq etdiyi zorakılıq və güllələmələrin gercək səbəbi nə olmuşdur, doğurdanmı bolşeviklər "hec nədən" insanları güllələyirmişlər ?

Leninin belə bir sözü var, təqribən belə səslənir "terror bütün dövürlərdə və bütün dövlətlərdə olub. Amma əsas məsələ bu terrorun kimlərə qarşı tətbiq olunmasıdır". İstər dünən, istərsədə bu gün kommunistləri terrorda ittiham edənlər özləri insanlığa qarşı ən qəddar terror hadisələri törətmiş və törətməkdədirlər, amma nədənsə belələri öz terrorlarına "demokratiya uğrunda müharibə" dedikləri halda kommunistlərin onların bu terroruna qarşı eyni sərtliklə cavab verməsini ictimaiyyətə böyük hərflə TERROR kimi təqdim edirlər. 1919- cu il iyulun 20- də Lenin ABŞ jurnalistinə müsahibəsində deyirdi : "1917-ci il 25 oktyabr ( 7 noyabr ) inqilabından sonra biz hətta burjua qəzetlərinidə bağlamadıq və terror haqqında hec danışıqda yox idi. Biz nəinki Kerenskinin nazirlərindən bir coxunu, hətta bizə qarşı vuruşmuş Krasnovu da azad etdik. Yalnız o zaman ki, istismarcılar, yəni kapitalistlər öz müqavimətini genişləndirməyə əl atdılar, biz bu müqaviməti müntəzəm surətdə qırmağa, hətta terror tətbiq etməyə başladıq. Bu, Rusyada istismarcıların hakimiyyətini bərpa etmək ücün burjuaziyanın Almanya, İngiltərə, Yaponya, Amerika və Fransa kapitalistləri ilə birlikdə qəsd düzəltmək , ingilis- fransız pulu ilə cexoslovakları, alman və fransız pulu ilə Mannerheymi, Denikini ələ almaq və.s. bu kimi hərəkətlərinə proletariatın CAVABI idi. "Dəyşikliyə" məhz Petroqradda burjaziya əlehinə terrorun gücləndirilməsinə səbəb olan son qəsdlərdən biri eserlər və menşeviklərlə birlikdə burjaziyanın Petroqradı təslim etmək qəsdi ( Kornilov qiyamı- red. ), Krasnaya Qorkanın qəsdci zabitlər tərəfindən tutulması idi."

Leninin bu müsahibəsini bəlkədə, haradasa öz hərəkətlərinə bəraət qazandırmaq istəyən birisinin qeyri- obyektiv yanaşması kimi qəbul etmək olardı, amma qarşı tərəfin, sovetlərə düşmən münasibətin təşkilatcısı və avanqardı olmuş İngilislərin həmən dövürdə Petroqraddakı nümayəndələri Lokkartın sonralar nəşr olunmuş xatirələri olmasaydı. İngilislərin Petroqaddakı nümayəndəsi Lokkart yazırdı ki "inqilabdan sonra terror barədə söhbət belə yox idi. Müxalifət qəzetləri sərbəst şəkildə cıxır, Sovet hökuməti əlehinə coxlu tənqidi materiallar yazılırdı. Sonralar bolşeviklərin nümaiş etdirdikləri sərtlik başlanan vətəndaş müharibəsinin sərt xarakterindən doğurdu".

Fikir verin bir birinə düşmən cəbhələrdə yer almış iki müxtəlif şəxsin "qırmızı terrorla" bağlı mövqeləri eynidir və bu fikirlər arasında bənzərlik hətta heyranedicidir. Bu hər şeydən əvvəl o deməkdir ki Leninin bolşeviklərin tətbiq etdiyi terror və güllələmələrin daxili və xarici əksinqilabın terror və qəsd müharibəsinə qarşı cavab reaksiyası olması faktını hətta ingilislər özləridə etiraf edirdilər. Sonra Lenin eyni müsahibəsini bu sözlərlə davam etdirir : "Birləşmiş Ştatlar və Yaponya haqqında bizim izlədiyimiz siyasi məqsəd hər şeydən əvvəl, onların Rusiya üzərinə etdikləri azğın , cinayətkar, soyğuncu basqını, yalnız onların kapitalistlərinin varlanmasına xidmət edən bu basqını dəff etməkdən ibarətdir. Bu dövlətlərdən hər ikisinə biz dəfələrlə və təntənəli surətdə sülh təklif etmişik, onlar isə bizə hətta cavab da verməmişlər və bizə qarşı müharibəni davam etdirərək Denikinə və Kolcaka yardım göstərirlər, Murmanı və Arxangelski qarət edir, xüsusi ilə də Yaponyanın və ABŞ- ın quldur kapitalistlərinə qəhramanlqla müqavimət göstərdikləri Şərqi Sibiri dağıdıb viran edirlər".

Sovet Rusiyasının sülh cağırışına terrorla, müharibə ilə, qəsdlərlə cavab verənlər kommunistləri terrorda ittiham edirlər. Noskecilər, Şeydemanların ölüm eskadronu Almanyada 15 min fəhləni kücələrdə güllələyəndə, Bavarya Sovet Respublikasının üzvüləri edam olunanda, fəhlə hərəkatının rəhbərləri Karl Libknext və Roza Lüksenburq kücənin ortasında dövlət terrorunun qurbanları olanda bu terror olmurdu, əksinə Rus Liberal mətbuatı yazırdıki "bizim bolşeviklərədə belə divan tutmaq lazımdır "

http://kommunist.biz
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE