TƏCİLİ! Qusar polisində rüşvətxorluq qalmaqalı böyüyür: BU DƏFƏ RƏİS MÜAVİNİ ŞİKAYƏTÇİNİ TƏHDİD ETDİ - ŞOK SƏS YAZILARI (YENİLƏNİB)
Gundem / Bolge
Oxunub: 14 380
6 mar 2017 | 20:26
TƏCİLİ! Qusar polisində rüşvətxorluq qalmaqalı böyüyür: BU DƏFƏ RƏİS MÜAVİNİ ŞİKAYƏTÇİNİ TƏHDİD ETDİ - ŞOK SƏS YAZILARI (YENİLƏNİB)












Kecən yazımızda qeyd etmişdik ki, son zamanlar Azərbaycanda qanun pozuntularına yol vermələri səbəbindən müxtəlif sahələrdən olan məmurlar barəsində müvafiq tədbirlər görülməsi, bəzilərinin işdən azad olunması barədə məlumatlara çox rast gəlinir. Bu kimi hallar da məhz dövlət başçısı, möhtərəm prezident İlham Əliyev cənablarının Respublikada korrupsiyaya qarşı barışmaz mövqe tutmasının, korrupsiya və rüşvətxorluğa qarşı hüquq-mühafizə orqanlarının müvafiq operativ işinin nəticəsidir. Lakin bütün görülən tədbirlərə, göstərilən cəhdlərə baxmayaraq yenə də məmurların rüşvət alması halları mövcuddur. Azərinfo.az-a müraciət edən Qusar rayon sakini İsmayılov Fərrux Zabur oğlunun şikayəti də polis özbaşınalıgından bəhs edirdi.

Şikayətci F.İsmayılov bildirirdi ki, həmyerlisi, uzun müddət və yaxından tanıdığı Aqaxanov Amiq Ramazan oğlu ilə aralarında pul borcu ətrafında olan söhbətlərinin anlaşılmazlıq nəticəsində şikayətə çevrilməsinə görə polis ondan müəmmalı əsasla rüşvət tələb edib. Belə ki, o, A.Aqaxanovun Dağıstan Respublikasından qayıtdığını eşidib, onunla görüşüb və köhnə borc barədə söhbət edib. Özünün də maddi vəziyyətinin yaxşı olmadığını bildirib, A.Aqaxanovdan ona olan borcu qaytarmağını xahiş edib. Sonuncu sabahı gün qaytaracağını deyib və F.İsmayılov evinə qayıdıb. Görüşərkən belə artıq içkili olan A.Aqaxanov sonrada bir qədər də alkoqollu içki qəbul etdikdən sonra Samur PB-nə gedərək, guya F.İsmayılovun əlavə kimlərləsə evinə gələrək onu hədələdiyini, ona olan borcu zor tətbiq etməklə istədiyini bildirərək şikayət edib. Ondan şikayət edildiyi barədə polisin müraciətindən sonra xəbər tutan F.İsmayılov A.Aqaxanovla görüşərək niyə belə etdiyini soruşanda, o, sadəcə içkili olduğunu və bunu düşünmədən etdiyini, həmçinin polis bölməsinə gedərək şikayətini geri götürəcəyini bildirib və belə də edib. Polis bölməsində isə təhqiqatçı şikayətin geri götürülməsinin yalnız 2500 AZN “şirinlik” istəyib və sonda 2000 AZN-ə razılaşıblar. Sonra bölməyə dəvət olunan F.İsmayılovdan da eyni məbləğ tələb olunub. Səhəri gün bölməyə gələn F.İsmayılov yalnız 1370 AZN məbləğə gücü çatdığını bildirib. Sonda – Yaxşı, gedib rəisə yalvar-yaxar edib razı salaram – deyən təhqiqatçı məbləğlə razılaşıb. Bütün bu söhbətləri isə F.İsmayılov tərəfindən qeydə alınıb.

F.İsmayılovla Xəqani adlı polis təhqiqatçısının danışığının səs yazısını təqdim edirik:



Qeyd edək ki, F.İsmayılovun müraciəti ilə əlaqədar qeyd olunan PB-nin təhqiqatçısı Xəqani adlı şəxslə telefon əlaqəsi yaratmış, müraciət barədə ona məlumat verib, münasibət bildirməyini xahiş etmişdik. Adı çəkilən şəxs F.İsmayılov və A.Aqaxanov barəsində müvafiq araşdırma aparıldığını bildirmiş, Samur PB-də onun tərəfindən F.İsmayılovdan rüşvət tələb olunması barədə sualımız isə onu özündən çıxarmiş və - Nə səs yazısı?! Mənim arxamda rəhbərliyim dayanıb. Vaxtımı almayın! – deyərək dəstəyi asmışdı.

Samur PB-nin təhqiqatçısı Xəqani adlı şəxslə telefon danışığının səs yazısını təqdim edirik:



Azərinfo.az xəbər verir ki, yazı saytda dərc olunduqdan sonra şikayətci FƏRRUX İSMAYILOV redaksiyamıza zənk acaraq onu polisə cagırıb "sənin işin cətin" olacaq deyə hədə-qorxu gələrək izahatını dəyişməyə "müvəffəq" olublar: "Gecə 11-in yarısı olardı, məni 3-cü mərtəbəyə gətirdilər, elə birinci otaqda məni rəis müavini sorgu-suala tutdu. "Sənin işin cətinləşir" dedi. Mən hadisəni necə olubsa elə də danışdım. O dedi ki, bizə köməklik elə,izahatı biz deyən kimi yaz, sənə kömək edərik hec nə olmaz. Sayitin rəhbəri İbrəhim müəllimdir, danışmışiq, hörmət edərik, məsələni yönünə qoyarıq. Dedim icazə verin İbrahim müəllimə zəng edim, dedi biz danışmışıq onunla, sən izahatı yaz get evinə. Yaz ki, şikayəti redaksiyaya mən verməmişəm, qohumlarım arasında bu barədə söhbət olub, kimsə köçürüb qoyub sayıta. Sonra da yaz ki, borcumu almağa getmişdim o da pulumu qaytardı, belə yaz biz də işi bağlayaq. Gecə saat 3-qalmış çox söhbətdən sonra mən də yazdım"

Şikayətci Fərrux İSMAYILOVUN baş redaktor İ.QUBADOGLU ilə səs yazısını təqdim edirik:






Sonda yenə də Respublikamızda korrupsiya və rüşvətxorluqla mübarizə aparıldığı, möhtərəm prezident İlham Əliyev cənablarının bu hala qarşı barışmaz mövqe tutduğunu, Azərbaycan Respublikası Daxili İşlər naziri cənab Ramil Usubovun məqsədyönlü fəaliyyətini bir daha diqqətinizə çatdırmaq istərdik. Qeyd etmək yerinə düşərdi ki, məhz korrupsiya səbəbindən bu günlərdə Bakı şəhərində polis bəlmələrindən birinin rəisi işdən azad olunmuşdur. Respublika prezidenti və Daxili İşlər Nazirinin korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli və barışmaz mübarizə apardığı bir vaxtda Qusar RPŞ Samur PB-nin rəhbərliyinin kimə arxayın olaraq bu cür açıq-aşkar qanunsuzluqlara yol verməsi təəccüb hissi doğurur. Belə ki, Azərbaycanda Prezidentdən, DİN sistemində isə Nazirdən daha yüksək vəzifəli şəxs yoxdur.
Əminik ki, qeyd olunan hal barədə ciddi ölçü götürüləcək və yerlərdə vətəndaşları dövlətdən narazı salmağa xidmət edən bu kimi hallara yol verən məmurlar layiq olduqları hüquqi cavablarını alacaqlar.

Azerinfo.az

Mövzunu diqqət mərkəzində saxlayacağıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib