"İcra hakimiyyətinin müavinləri bizə hədə-qorxu gəlməyə başladı..." - ŞİKAYƏT
Gundem / Bolge
Oxunub: 944
5 apr 2017 | 14:21
"İcra hakimiyyətinin müavinləri bizə hədə-qorxu gəlməyə başladı..." - ŞİKAYƏT
















Ağcabədi rayonunda yaşayan Cəmilə Hacıyeva redaksiyamıza gələrək şikayətlənib. Şikayətçinin sözlərinə görə, 1992-ci ildən bəri oğlu ilə birgə Ağcabədi rayonuna gəlib. Lakin bu günədək onların yaşayış yeri təmin olunmayıb: “Mən köçkün, didərgin bir insanam. Neçə ildir ki, Ağcabədi rayonunda burdan-ora, ordan-bura köçüb yaşayıram.

Son yaşayış yerim də rayondakı köhnə xəstəxananın həyətində yerləşən kiçik bir yer olub. Həmin yerdə yaşamaq mümkün deyil, üstəlik, heç bir kommunal xətləri yoxdur. Bu səbəbdən Ağcabədi Rayon İcra Hakimiyyətinə müraciət etdim. İcra başçısı mənim xahişimi nəzərə alıb əvvəllər pensiya idarəsi kimi fəaliyyət göstərən yerə köçməyimizə izn verdi. Dedi ki, ”gedin, yaşayın". Birtəhər cüzi də olsa səliqə-sahman yaradıb oğlumla orda yaşamağa başladıq". Şikayətçinin sözlərinə görə, 2-3 ay sonra ailəyə ordan köçmək əmri verilib: “Rayonda yerləşən Heydər Əliyev adına Mərkəzin xanım direktoru bizi yaşadığımız yerdən çıxardıb anasını yerləşdirdi. Halbuki onun anası yerli sakindir, biz isə məcburi köçkün. Bildirdik ki, biz icra başçısının xahişi ilə burda məskunlaşmışıq. Lakin dediklərimizi dinləyən olmadı. Beləcə, yenidən küçələrə düşmək məcburiyyətində qaldıq. Bizi yenidən xəstəxanadakı yerə köçürmək istəyirlər. Lakin biz istəmirik, çünki orda yaşamaq üçün heç bir şərait yoxdur. Qardaşım da Qarabağ əlilidir, iki dəfə ermənilərə girov düşüb. O da gedib xahiş etdi ki, bizi yerimizdən çıxartmasınlar, amma dedilər ki, mümkün deyil. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağcabədi rayonunda yerləşən şöbəsinə də müraciət etdik. Həmin qurumdan isə bildirdilər ki, bu cür məsələləri adətən icra hakimiyyəti həll edir”.

Məcburi köçkünün sözlərinə görə, icra hakimiyyətinə olan müraciətləri də bir nəticə verməyib: “Əksinə, icra hakimiyyətinin müavinləri bizə hədə-qorxu gəlməyə başladı... Biz artıq neçə illərdir ki, çöllərdəyik. Əvvəl Ağdam rayonundan köçkün düşdük, indi də Ağcabədidə didərginik. Aidiyyəti qurumlardan xahiş edirəm ki, bu məsələdə bizə köməklik etsinlər”.
Məsələ ilə bağlı yazıda adı keçən qurum və ya şəxslərin mövqeyini öyrənməyə çalışdıq. Ağcabədi Rayon İcra Hakimiyyətindən əməkdaşımıza verilən cavab bu cür oldu: “Biz bilmirik siz kimsiz. Yazılı surətdə məktub göndərin, baxarıq”.

Rayonda yerləşən Heydər Əliyev adına Mərkəzin direktoru Məhsəti Ağayeva isə anasının hara köçürülməsindən xəbərsiz olduğunu dedi: “Bilmirəm, bu haqda mənim məlumatım yoxdur. Kim yerləşibsə onun özündən soruşun. Mənim ümumiyyətlə kimisə harasa köçürməyə səlahiyyətim yoxdur. Mən sadəcə mərkəzin direktoruyam. Mən yalnız öz işlərim üçün harasa müraciət edirəm. Anamın bu yaxınlarda hara köçürülməsini bilmirəm. Məsələ ilə bağlı lazımi yerlərdən soruşun”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov isə qeyd etdi ki, məcburi köçkünün bu şəkildə yaşadığı yerdən çıxarılması yolverilməzdir: “Məcburi köçkün 1992-ci ildən Ağcabədi rayonunun müxtəlif ərazilərində yerləşib. Bu gün həmin məcburi köçkünün başqa yaşayış yeri ilə təmin etmədən çıxarılması yolverilməzdir. Yəni qanun buna izn vermir, bu tam qadağandır. Məsləhət bilərdim ki, məcburi köçkün həmin yaşayış yerindən çıxmasın. Məcburi köçkün dövlətin vətəndaşıdır və bununla bağlı rayon icra hakimiyyətinə müraciət edə bilər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin sosial problemləri ilə məşğul olan dövlət qurumudur. Biz də istəmirik ki, məcburi köçkün yaşadığı yerdən çıxıb evsiz-eşiksiz qalsın. Ona görə də məcburi köçkünün yaşayış üçün zəruri şərtlərə, normalara cavab verən mənzillə təmin etmədən yaşadığı yerdən çıxarılması yolverilməzdir”. \\musavat.com\\
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO