MUSİQİ DUYUMUNUN OLMASI HƏLƏ İNSANIN HUMANİSTLİYİNDƏN XƏBƏR VERMİR
Gundem / Sosial
Oxunub: 1 135
5 apr 2017 | 17:40
MUSİQİ DUYUMUNUN OLMASI  HƏLƏ İNSANIN HUMANİSTLİYİNDƏN XƏBƏR VERMİR












Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Səid Rüstəmov adına 13 saylı uşaq musiqi məktəbinin direktoru Tofiq Salmanovun yarıtmaz idarəçiliyi barədə kütləvi informasiya vasitələrində indiyədək çoxlu sayda tənqidi fikirlər yer alsa da, rəhbərlik onun barəsində hələ də ciddi tədbir görməmişdir. Onun 2014-cü ilin sonunda direktor sözügedən məktəbə direktor vəzifəsinə təyin olunandan sonra onunla keçmiş işçisi Könül Fərəcova arasında yaşanan qarşıdurma barədə yazılanlar hələ də internet resurslarında durur.
Xatırladaq ki, K. Fərəcova 2010-cu ildə məhz nazir Ə. Qarayevə müraciəti nəzərə alınaraq musiqi məktəbinə işə düzəlibmiş. Xəstə olduğundan bir dəfə Tofiq müəllimin tapşırığını yerinə yetirə, Filarmoniyaya konsertə gedə bilməyib. Səhhətinin buna imkan vermədiyini qabaqcadan deyib. Direktor da hirslənib: "İki yerdə 25 saylı məktəbdə işləyirsən, ərizəni yaz, çıx. Çıxmasan, səni tutduraram, həbsxanada doğarsan". Könül müəllimə bu hədədən qorxub, 2014-ün dekabrında ərizə yazıb işdən çıxıb. Sonra məhkəməyə müraciət edib. Prosesin əvvəlində rəhbərlik onu dilə tutaraq şikayəti geri götürdüb. Vəd olunub ki, yanvardan işə bərpa olunacaq. T. Salmanov onu təzə ildən işə bərpa edib, amma dərs saatını azaldıb. Bunu işə əvəzedici kimi işə götürməsi ilə əlaqələndirib. Təzə müqaviləsi iyunda başa çatanda K. Fərəcova direktoru xəbər edib ki, yeni dərs ilindən işə gələcək. Martın 13-də analıq məzuniyyətinə çıxıb. Sentyabrda Tofiq müəllim onu məktəbə buraxmayıb. Səbəbini soruşanda isə deyib ki, "Nazirliyin Əsasnaməsinə görə əvəzediciyə ehtiyac olduqda işə götürülə bilər, hələ ki, belə ehtiyac yoxdur". Buna baxmayaraq, yeni tədris ilindən başqa bir müəllimi əvəzedicilik işinə götürüb. Sonradan açıqlama verən Tofiq deyob ki guya Fərəcova öz ərizəsi ilə çıxıb.
Tofiq müəllim tarda ifa etməyi yaxşı bacarır. Amma musiqi duyumunun olması əsla onun xasiyyətinə humanist cizgilər əlavə etməyib ki, qadın həmkarının çörəyinə dəyib. Bildirilir ki, T. Salmanov xarici ölkələrə tez-tez şəxsi xarakterli qastrollara getsə də, bu səfərlərinin izi sənədlərdə görünmür. Məlumat dolaşır ki, Salmanovun direktorluq etdiyi məktəbin ştat cədvəlində "ölü canlar" var, real dərs deyən müəllimlərin məvacibindən də hər ay pul saxlanılır. Fikrimizcə, Hesablama Palatası, Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidməti, Dövlət Əmək Müfəttişliyi iş planlarında növbənin çatmasını gözləmədən Salmanovun fəaliyyətini təftiş etməli, onun rəvac verdiyi korrupsiya hallarını müəyyən etməli, qol qoyduğu maliyyə pozuntularını aşkarlamalıdırlar.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi