YARDIMLIDA İKİ HAKİMİYYƏTLİK: İcra başcısı AYAZ ƏSKƏROVDUR, yoxsa...
Gundem / Bolge
Oxunub: 3 302
12 apr 2017 | 20:07
YARDIMLIDA İKİ HAKİMİYYƏTLİK: İcra başcısı AYAZ ƏSKƏROVDUR, yoxsa...














Bundan əvvəl Qazax rayon icra başçısı vəzifəsini çalışan bu məmur hal - hazırda Yardımlı rayon icra başçısıdır. Rayona gəldiyi gündən otağından çölə çıxmayan rayon rəhbəri yerli əhali arasında narazılıqlar yaradıb. Yardımlılar cənab Əsgərovun barəsində heç də xoş olmayan söhbətləri çayxanalarda belə müzakirə edirlər. Həttda yayılan xəbərlərdə o da iddia olunur ki, icra başçısı aparatda işləyən şəxsi, dəfələrlə həcc ziyarətində olamasına baxmayaraq məcbur içki içirdib. Bu da rayonda dindar əhali arasında heçdə yaxşı qarşılanmayıb.

Qazaxı məzarlığa çevirən adam

“Qazax camaatı isə deyir ki, köhnə icra başçılarına rəhmət oxumaqdan dilləri qabar olub. Çünki hər gələn başçı daha dağıdıcı, daha talançı olur. Elə bizim söhbət edən qazaxlı ağsaqqal da ötənlərə xeyli rəhmət oxudu: "Rauf Hüseynov, "Qazaxın Pinoçeti" olan Əsəd Orucova rəhmət oxutdu, Ayaz Əsgərov Rauf Hüseynova rəhmət oxudur. Ayaz Əsgərovdan sonra kim gələcəksə- daha ona satmağa torpaq yeri qalmayacaq. Buna görə də o xam xəyallara düşən şəxsə deyirəm ki, ağlın olsun, mayanı batırma. Artıq Qazax ölü rayona çevrilib- Buraya pul qoymağa dəyməz".

Qazaxda Ayaz Əsgərova "Hacıya "vodka" içirən başçı" deyirlər. Vaxtı ilə Əsəd Orucovun dövründə ümümi şöbə müdiri işləmiş, həmin dövrdə Həccə getmiş, indi isə Quşçu Ayrım kəndində icra nümayəndəsi vəzifəsində çalışan Elman Nəsibov sabiq başçının oğlunun nişan mərasimində ona xoş gəlmək üçün "vodka" içib. Bu isə Mirzə Cəlilin məşhur "Qurbanəli bəy" əsərini xatırladır. Siz də xatırladınızmı? Qurbanəli bəy rus xanımlarını görüb özündən çıxır və nökərinə "vodka" içirdir. Burda isə məsələ fərqlidir. Yəni aradan onillər keçib və azərbaycanlı bəylərin inzibati idarəçiliyi o həddə çatıb ki, nökərə "vodka" içirtmirlər. Nökər özü xoş gəlmək üçün "vodka" içir, "həci" olsa belə.”

Ayaz Əsgərovla bağlı iddialar bununla bitmir.. Belə ki, Yardımlıda fındıqçılığın inkişafı adı altında yerli idarə çalışanlarından pul yığılması ilə bağlı göstərişin verildiyi haqda mediada informasiya dərc edilmişdir. Narazı sakinlər bildirirdilər ki, hər bir yerli idarə işçisindən icra hakimiyyəti tərəfindən 43 manatdan, idarələrdən isə 4000 manat tələb olunur.

Yardımlıdan narazı sakinlər redaksiyamızın elektron poçtuna yazır:

"Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov tapşırıb ki, yerli idarələrdə çalışan işçilər 1 aylıq vəzifə maaşlarını, ya da bayramlarda verilen "premya"larını icra hakimiyyətinə versin. Və fındıq tingləri alınmaq üçün bu addım atılıb. Yardımlıda fındıqcılıq inkişaf etdirilsin.
Axı bu gun gözunu 1 aylıq maaşına dikən yazıq vətəndaş nə etsin. Belə bir şərt də qoyublar: ya əməkhaqqının 1 ayı veriləcək, ya da ki işdən azad olunaqcaqlar.
Təhsil sahəsində çalışanların hər birindən 43 manat, Səhiyyə işçilərindən hər bir işçidən 43 manat, Mədəniyyət işçilərinin hər birindən 43 manat... İnzibati Ərazi Dairələrinə tapşırıb ki, 90 nəfər kənd sakinləriylə birlikdə 43 manat yığılmalıdır. Tapşırılıb ki, əgər pulu yığa bilməsə, ərazi nümayəndəliyi öz cibindən 4000 manat pulu verməlidir. Xahiş edirik bizə yardım edin. Heç bir rayonda belə bir şey yoxdur. Yardımlı rayonunda niyə belə bir tələb qoyulub. İnanırıq ki, bir həlli yolu tapılacaqdır".

Pənah gətirən vətəndaşlar guman edirlər ki, media vasitəsi ilə əhalinin iliyindəki qana göz dikənlərin qarşısı alınacaq.

Çox hörmətli Prezident cənab İlham Əliyev və Azərbaycan Respublikasının I-ci Vitse-prezidenti Mehriban xanım Əliyeva müraciət edib kömək istəyən yardımlılar Əsgəreov zülmünə son qoyulmağı diləyirlər.

Daxil olan məlumatları dərc etməmişdən öncə dəfələrlə Yardımlı rayon icra hakimiyyətinə məxsus nömrələrə zəng etdik. Dəfələrlə zəng etməyimizə baxmayaraq cavab verən olmadı.


Mahir Mirzəyev Ayaz Əsgərovu mediada "vurdurur"?

Son günlər ölkə mətbuatında Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovla bağlı bir çox şikayət məktubları dərc olunur. Bu məktubların əksəriyyəti mediaya bilərəkdən və məqsədli şəkildə sızdırıldığı məlum olub.

Belə ki, başçı Ayaz Əsgərovu dayanmadan mediada "vurduran" şəxsin məhz onun müavini Mahir Mirzəyevin olduğu deyilir. Bildirilir ki, M.Mirzəyevin kurasiyasında olan saytlar Ayaz Əsgərova qarşı açıq savaş elan edib.(terefdar.az) Yardımlı rayon İcra Hakimiyyətində nüfuz savaşına artıq start verilib. "Yardımlı birinciliyi” uğrunda mübarizəyə qalxan Mahir Mirzəyev, onsuz da rayonu idarə edən əsas şəxslərdən biridir. Onun çoxsaylı qohumları rayondakı bir çox vəzifələri işğal edib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Mahir Mirzəyevin əmisi oğlu Elçin Mirzəyev Yardımlı RİH başçısının digər müavinidir. Mahir Mirzəyevin digər qohumları da vəzifələrdə çalışır. Özünün yaxın çevrəsinə bildirib ki, yaxın günlərdə Yardımlının icra başçısı özüm olacam” - deyə saytı məlumatlandıran mənbə qeyd edib.

M.Mirzəyevin komandası da tam hazır vəziyyətdədir. Onu da qeyd edək ki, Mahir Mirzəyev daha öncələr başçının birinci müavini vəzifəsi uğrunda Ayaz Əsgərova sadiq bilinən birinci müavin Azər Xamiyevə qarşı savaş açıb. İndi isə Mirzəyev icra başçısı olmaq sevdasına tutulub. Bu səbəbdən də söz sahibi olduğu saytlar üzərindən Ayaz Əsgərovu "vurdurur”. Özü də bu "is"i o, əslən Yardımlıdan olan bir jurnalistin vasitəsi ilə gördürür. ARAŞDIRMAMIZ DAVAM EDİR.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ