Azerinfo.az xəbər portalının rəhbəri məhkəməyə verildi-ŞOK OLAY
Gundem / Sosial
Oxunub: 1 872
15 apr 2017 | 10:31
Azerinfo.az xəbər portalının rəhbəri məhkəməyə verildi-ŞOK OLAY



















Ölkə rəhbərinin vermiş olduğu tapşırıq Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə rəhbərlik edən hər kəsə, o cümlədən bu gün adı çəkilən qurumda direktor vəzifəsini daşıyan Vaqf Şabanova da aiddir

Qaynarxett.az xəbər verir ki, bu günlərdə ildırım sürətilə yayılan və əksər media təmsilçilərini şoka salan xəbərlərdən biri də, Azerinfo.az xəbər portalının baş direktoru İbrahim Hümbətovun məhkəməyə verilməsi oldu. Çox maraqlı və gülünc doğuran haldır ki, Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə rəhbərlik edən, hətta əldə etdiyimiz məlumatlara görə meşə təsərrüfatının incəlikləri haqda ətraflı məlumatl olmayan və vaxtilə rayonun torpaq şöbəsinə rəhbərlik edən Vaqif Şabanov, adı çəkilən xəbər portalının rəhbərini CM-nin 147.2 və 148-ci (xüsusi ittiham qaydasında) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəməyə müraciət edib. Buna da səbəb, İbrahim Hümbətovun rəhbərlik etdiyi xəbər portalında, Zaqatala meşələrində davam etdirilən “yaşıl soyqrım”larla bağlı silsilə tənqidi açıqlamaların işıq üzü görməsidir. Faciəli hal odur ki, Azerinfo.az xəbər portalında “yaşıl soyqrım”larla bağlı sadalan faktları araşdırılmaq əvəzinə, məhz meşə təsərrüfatına rəhbərlik edən Vaqif Şabanov, bu gün problemlərdən çıxış yolunu İbrahim Hümbətovu məhkəməyə verməkdə görüb. O halda sual oluna bilər ki, hansı qanun kimə hansı əsasla xalqa məxsus sərvəti talamağa ixtiyar verib?

Axı, ətraf mühitlə bağlı problemlərinin həlli hər zaman əksəriyyəti düşündürən məsələlərdən biri olub. Meşə zolaqlarının mühafizəsi ilə bərabər, dağ yamaclarında, düzənlik sahələrində, çay vadilərində və s. kimi ərazilərdə əmələ gələn problemlərin aradan qaldırılması da, daim nəzər-diqqəti cəlb edib. Onu da vurğulamaq yerinə düşər ki, hələ bir neçə il bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyev, respublikamızın bir çox şəhər və rayonlarının meşə zolaqlarında baş verən “yaşıl soyqrım”lar haqda lazımi məlumatları əldə etdikdən sonra, aidiyyətı qurumlara problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını da verdi. Yəni, ölkə rəhbərinin vermiş olduğu tapşırıq Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə rəhbərlik edən hər kəsə, o cümlədən bu gün adı çəkilən qurumda direktor vəzifəsini daşıyan Vaqf Şabanova da aiddir. Deməli, bu şəxs verilmiş tapşırıqlardan nəticə çıxarmalı və meşə təsərrüfatına “qənim” kəsilən hər kəsə qarşı qətiyyətli iradəsini də ortaya qoymalıdır. Bəs bu gün nələr baş verir, ölkə rəhbəri cənab İlham Əliyevin tapşırıqları lazımınca icra olunurmu? Əsla yox! Çünki, Zaqatalanın meşə zolaqlarından əldə olunan faktlar, lazımi foto-çəkilişlər söylədiklərimizi tam təsdiq edir.

Bütün bunlardan əlavə, möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan olunması bir daha onu söyləməyə əsas verir ki, ətraf mühitə bağlı problemləri ölkə rəhbəri daim diqqətdə saxlayır və bəlli münasibətini də ortaya qoyur. Bu belə olduğu halda, Vaqf Şabanovun atdığı addımlara görəsən hansı qiyməti vermək olar?

Digər tərəfdən, hələ məhrum prezidentimiz ulu öndər Heydər Əliyev də, hakimiyyətdə olarkən "Bir ağacın kəsilməsi bir qolumun kəsilməsidir" demişdir. Vaxtilə belə bir kəlamın işlədilməsi də bir daha onu söyləməyə əsas verir ki, Ulu Öndər ətraf mühitlə bağlı problemlərə xüsusi diqqət yetirər və bəlli münasibətini də ortaya qoyardı. Ümumiyyətlə, məhrum prezidentimiz hakimiyyət illərinin bütün dönəmlərində meşə zolaqlarının qorunmasına, yaşadılmasına xüsusi diqqət yetirmiş və bu sahənin mühafizə olunması istiqamətində ciddi tapşırıqlarını da vermişdi.

Ətraf mühitə qarşı ölkə rəhbəri səviyyəsində belə bir münasibətin varlığına baxmayaraq, hal-hazırda respublikamızın əksər meşə təsərrüfatlarına, o cümlədən Zaqatala rayon MMBM-nə rəhbərlik edən şəxslərin və bir çox vəzifə sahiblərinin “xeyr-duası” nəticəsində, meşə zolaqları bilərəkdən məhv edilməkdədir. İndi olub keçənlərə diqqət yetirək. Bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyev lazımi tapşırıqlarını verir, digər tərəfdən bir çox vəzifə sahibləri verilmiş tapşırıqlardan irəli gələn addımlarını atmaq əvəzinə, düşünüb-daşındıqları addımlarını atırlar. Deməli, bu məmləkətdə hər kəsin Vətən sevgisi olmalıdır ki, vətənini, xalqını sevə sevsin, onun sərvətlərini qorumağı bacarsıns.

Diqqəti başqa bir məqama da yönəldək ki, ölkə rəhbəri ilə bərabər, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyeva və onların ailə üzvləri, çox zaman “hərəyə bir ağac əkək” adlı marafon tədbirləri həyata keçirirlər. Atılan addımlar zamanı onminlərlə ağac əkilir, yeni-yeni yaşıllıqlar salınır, bir sözlə ekologiyamızın qorunması və ətraf mühitdə əmələ gələn problemlərin aradan qaldırılması daim öndə tutulur. Bu belə olduğu halda, görəsən ekologiyamızın varlığına “qənim kəsilənlər”, o cümlədən Zaqatala rayon MMBM-nə rəhbərlik edən şəxslər atılan addımlardan niyə ibrət dərsi götürmürlər?. Yoxsa zamanı çatmayıb. Odur ki, gələn həm düşünək, həm də bir qədər götür-qoy edək. Çünki...

Mövzunu diqqətdə saxlayacağıq.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...