SABUNÇUDA ADIL VƏLIYEVIN MƏHV ETDIRDIYI YAŞILLIQLARA HÜSEYINQULU BAĞIROV NIYƏ GÖZ YUMUR?
Gundem / Bolge
Oxunub: 929
20 apr 2017 | 11:27
SABUNÇUDA ADIL VƏLIYEVIN MƏHV ETDIRDIYI YAŞILLIQLARA HÜSEYINQULU BAĞIROV NIYƏ GÖZ YUMUR?













Bəylər Əyyubovun adından istifadə edib yüzlərlə ağacı məhv edənlər kimlərdir?

İcra başçısı Zabrat qəbristanlığının ərazisini satıb qurtardı,indi də Bakıxanov qəbristanlığının ətrafını satır.

Məlumat aldıq ki, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Habil Balakişiyev küçəsində hektardan artıq yaşıllıq ərazini hasarlayıb 200 ədəddən çox çoxillik ağacları kök üstündən kəsərək məhv ediblər və yerini hamarlayıb sot-ba-sot satırlar. Əraziyə baxış keçirib informasiyanın həqiqəti əks etdirdiyinin şahidi olduq: Ərazidə artıq tikilmiş və tikilməkdə olan fərdi evlər, hüdudlanmış və hətta darvaza qoyulmuş satlıq sotlar da vardı. Ən təəccüb doğuran bu idi ki, torpaq satışı ilə məşğul olan şəxs heç nədən çəkinməyərək öz telefon nömrəsini ərazidə gözəçarpan yerə elan kimi asmışdı. Həmin nömrəyə zəng vurub müştəri olduğumuzu dedik. Əziz adlı həmin şəxslə aramızda təxminən belə dialoq oldu:

- Torpağı alandan sonra sənədləşmə ilə problem olmayacaq ki?

- Yox, hər şeyə mən cavabdehəm.

- Yəni demək istəyirik ki, icra hakimiyyətindən, ya başqa yerdən gəlib narahat etməyəcəklər ki?

- Narahat olmayın, hər şeyi düzüb-qoşacam. Orda olmusunuzsa, özünüz görmüsünüz ki, hazırda tikinti gedir. Dəyib-dolaşan olsaydı, dayandırardılar. Əgər fikriniz ciddidirsə, gəlin ərazidə görüşüb danışaq.

- Qiymətini desəydiz, işimizi bəri başdan bilərdik. Sotu 11 minə eşitmişik. Aşağı yeri yoxdu?

- Yoxdu, vallah, 9 min öz mayasıdı.

Qanunsuzluğun bunca aşkar şəraitdə tüğyan etməsində doğan suallarımıza cavab tapmaq üçün yollandığımız birinci ünvanda — RİH-nin qəsəbə nümayəndəliyində sədri yerində tapa bilmədik. Sonra Bakıxanov bələdiyyəsinə yolumuzu salıb sədr müavini Nadir Həsənovla söhbət etdik. Sədr müavini bildirdi ki, torpaq satışı qanunsuzdu, dayandırılmalıdı. Bildirdi ki, Bakı ŞİH-də keçirilmiş toplantıda paytaxtın bütün rayonlarının icra hakimiyyətlərinə və yerli özünüidarə qurumlarına sərt formada xatırladılıb ki, torpaqların satışına və fərdi evlərin tikintisinə icazə yoxdur. Çünki infrastrukturun nəzərə alınmır və sonradan problem yaranır. müəllim ağacların çoxdan kəsildiyini dedi. Hərçənd, biz özümüz şahid olmuşduq ki, onların çoxu yenicə çıxarılıb, yerləri də təzəcə hamarlanıb.

Sabunçu RİH-nin başçısı Adil Vəliyev öz maklerlərinin — Əziz kimi «əzizlərinin» əli ilə rayonun başqa qəsəbələrində də belə qanunsuz onlarla, yüzlərlə hektar torpaq sahələrini qarış-qarış satıb. Satanda da yaşıllıqlara qənim olub, Ulu Öndərin «kim harda bir ağac kəsir, elə bil mənim qollarımı kəsir» sözlərini vecinə almayıb. Hətta yüksək gərginlikli elektrik xətlərinin altındakı, iri diametrli su və qaz kəmərlərinin üstündəki əraziləri də «xırıd» eləyib, möhtərəm Prezidentimizin xəbərdarlıqlarına məhəl qoymayıb.



P.S. Qarşı tərəfin mövqeyini öyrənmək üçün Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin qəbul otağına zəng etdik. Katibə xanım başçının köməkçisi Müslüm müəllimlə əlaqə yaratdı. Müslüm müəllim də bizi dinlədikdən sonra bu işlə onların məşğul olmadıqlarını və Bakıxanov qəsəbə İcra Nümayəndəsinə zəng etməyimizi məsləhət bilərək telefonu yarımçıq qapatdı.Şöbə müdiri Rafael müəllim suallarımıza cavab vermək üçün görüşməyimizi bildirsə də nədənsə sonradan fikrini dəyişib əsl Qurbanəlibəylik etdi.

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə və Prezident Aparatına ünvanladığımız sorğular da cavabsız qaldı.Görünür balıq başdan iylənib

Gələn sayımızda Sabunçu rayon İcra Hakimiyyətində baş verən qanunsuzluqlar və özbaşınalıqlar barədə geniş məlumat verəcəyik.

Bunlara baxmayaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO