Məscidi yandıran Milli Qəhrəmanın anası: Onu güllələyin!
Gundem
Oxunub: 1 586
3 dek 2014 | 14:40
Məscidi yandıran Milli Qəhrəmanın anası: Onu güllələyin!


















“O da atası kimi şəhid olaydı, bilərdim ki, evimdə iki şəhid şəkli var”.

Bütün nəslimiz ondan imtina edib. İstərdim ona güllələnmə versinlər.

Azerinfo.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Qaraçuxur məscidini yandıran PKK üzvü Namiq Nəsibovun anası Nailə Nəsibova deyib.

N.Nəsibovanın sözlərinə görə, oğlu içki aludəçisi olub:

“Onun vəkilinə də demişəm ki, bu adam xəstədir. Bakı şəhərinin bir neçə ərazisində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışıb. Hər yerdən içki içdiyi üçün qovulub. O da atası kimi şəhid olaydı, bilərdim ki, evimdə iki şəhid şəkli var. Həmişə deyirdi ki, kürdəm. Bizim ata-babadan pasportumuzda kürd sözü yoxdur, biz Azərbaycan vətəndaşıyıq. O, içki aludəçisi olub. Psixoloji vəziyyəti də normal səviyyədə olmayıb. Dispanser həkiminin reseptini vəkilə təqdim etmişəm. Psixi dərmanlar atırdı. Bu il ona şəxsi həkim tutmuşdum. Onun daxilinə cərrahi yolla arağa qarşı kapsul qoydurmuşam”.

N.Nəsibova bildirib ki, oğlunu bir il öncə polisə müraciət edərək tutdurub. Onun sözlərinə görə, polis oğlunu bir həftə saxlayandan sonra sərbəst buraxıb:

“İki dəfə şikayət edib onu tutdurmuşam. Bildirmişəm ki, bu harasa qoşulubsa, araşdırılsın, onunla bağlı iş qaldırılsın. Kürdüstan bayrağı ilə İraqa kimin vasitəsilə və niyə getdiyindən xəbərim olmayıb. Bir il bundan qabaq ondan imtina etmişəm. Övladımın törədə biləcəyi əməllərini qabaqcadan bilərək polisə məlumat vermişəm. Polis orqanları isə ona qarşı vaxtdında sərt tədbir görməyib. İndi məscid yandırıb. Yaxşı ki, daha böyük terror törətməyib”.

Qeyd edək ki, Namiq Nəsibov Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ