İlham Əliyevdən vacib açıqlama: Bir ilə görməyi planlaşdırdığımız işləri iki ilə görəcəyik
Gundem
Oxunub: 2 026
3 dek 2014 | 14:53
İlham Əliyevdən vacib açıqlama: Bir ilə görməyi planlaşdırdığımız işləri iki ilə görəcəyik


















“Büdcə xərclərini azaldacağıq”.

Bu il bizdə üçfaizlik artım gözlənilir. Lakin biz ümumi daxili məhsulu hesablayarkən, əsasən qeyri-neft sektoruna diqqət yetiririk və orada vəziyyət daha yaxşıdır. Biz bu il orada 6-7 faiz artım gözləyirik.

Ötən il artım 10 faiz olub. Gələn il də iqtisadiyyatın qeyri-neft sektorunda 6 faizdən 10 faizədək artım gözləyirik. Bu, məhz şaxələndirmə siyasətinin, həm də əvvəlki illərdə Azərbaycanın iqtisadiyyatını şaxələndirmək üçün çoxlu investisiya yatırmağımızın və səylər göstərməyimizin nəticəsidir.

Bu gün ümumi daxili məhsulda neft sektorunun payı təqribən 45 faiz, yəni, yarıdan az təşkil edir. Dünyada neftin qiymətinin düşməsi, şübhəsiz, planlarımıza mənfi təsir göstərəcək. Lakin biz müxtəlif ssenarilər işləyib hazırlamışıq. Neftin qiymətinin 60 dollar olacağı təqdirdə, iqtisadiyyat sabit inkişaf edəcək. Büdcədə neftin qiyməti 90 dollar nəzərdə tutulub. Ötən il isə 100 olub.

Azerinfo.az xəbər verir ki, bunu Rusiyanın “Rossiya-24” telekanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

İlham Əliyev həmçinin qeyd edib ki, prioritet olmayan istiqamətlər, infrastruktur layihələri üzrə büdcə xərcləri azaldılacaq:

“Biz 90 dollar nəzərdə tutanda və büdcəni qəbul edəndə neftin qiyməti 90 dollar olub. Yeganə mənfi hal budur ki, biz il ərzində görməyi planlaşdırdığımız işləri iki ilə görəcəyik. Sadəcə prioritet olmayan istiqamətlər, infrastruktur layihələri üzrə büdcə xərclərini azaldacağıq. Yaxşı ki, əvvəlki illərdə biz artıq həmin layihələri əsasən həyata keçirmişik. İqtisadiyyatı hətta builki səviyyəyə qədər inkişaf etdirmək üçün sahibkarlığın stimullaşdırılması, güzəştli kreditlərin verilməsi, fermerlərə subsidiyaların ayrılması üzrə ciddi tədbirlər görülüb. Bizdə fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azad olunub. Dövlət kənddə istehsalın inkişafına fəal şəkildə subsidiya ayırır”.

Dövlət başçısı ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin sabit inkişaf etdiyini vurğulayıb:

“Azərbaycan artıq kosmik sənayesi olan ölkədir. Artıq birinci peyk buraxılıb, tezliklə ikincisi buraxılacaq. Yəni, bu sahə, kənd təsərrüfatı fəal inkişaf edir. Turizmə böyük ümidlər var. Hazırda bütün ölkə ərazisində çoxlu müasir mehmanxana yaradılır. Biz Bakıya istirahət yeri kimi üstünlük verən turistlərin sayının artdığını görürük. Bax, bu əsas istiqamətlər və üstəgəl artıq neçə ildir həyata keçirdiyimiz sənayeləşdirmə siyasəti, şübhəsiz, öz bəhrəsini verir. Biz özümüzü təkcə ərzaq məhsulları ilə deyil, tikinti materialları ilə də tam təmin etməyə çalışırıq və bu istiqamətdə hələ çox iş görülməlidir”.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb