Azərbaycan şirkəti türk-erməni sərhədlərini minalardan təmizləyəcək

Azərbaycan şirkəti türk-erməni sərhədlərini minalardan təmizləyəcək


















Tender elan olundu.

Türkiyənin Ermənistan, İran və Azərbaycanla sərhəddə 225 minalı ərazinin təmizlənməsi üçün tender elan edilib.

Azerinfo.az APA-ya istinadən xəbər verir ki, tenderə sənədlərin qəbulu bu gün yekunlaşır.

BMT İnkişaf Proqramının dəstəyi ilə gerçəkləşəcək, ümumi dəyəri 80 milyon dollar təşkil edən layihədə Türkiyənin yerli firmaları nə müstəqil, nə də konsorsium şəklində qatılacaq. Türkiyə firmaları tenderə qatılmaq üçün BMT İP tərəfindən təşkil olunan qiymətləndirmə ballarını toplaya bilməyiblər.

Layihəyə nəzarəti Türkiyənin Daxili İşlər Nazirliyi həyata keçirəcək.

Türkiyənin Ermənistan, İran və Azərbaycanla sərhədində layihə üzrə milyon kvadratmetr ərazinin (225 minalı sahə) təmizlənməsi nəzərdə tutulur. Minatəmizləmə işləri Ərdahan, Qars, İğdır, Ağrı və Van vilayətlərində həyata keçiriləcək.

Minatəmizləmə əməliyyatlarında iştirakla bağlı tenderə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) də dəvət olunub. ANAMA tenderdə İngiltərə, ABŞ və Bosniya və Herseqovina şirkətləri ilə mübarizə aparacaq.

Qeyd edək ki, bundan əvvəl ANAMA Türkiyə-Suriya sərhədində Karkamış antik şəhərinin ərazisində, Diyarbəkirdə Hərbi Hava Qüvvələrinə məxsus poliqonun və Konyada ROKETSAN şirkətinə aid atış sahəsinin təmizlənməsi layihəsində iştirak edib.

ANAMA həmçinin Türkiyənin MKE təşkilatının və bir özəl şirkətinin nümayəndələrinə mina/PHS təmizlənməsi mövzusunda təlimlər keçib.
XƏBƏR LENTİ
Bütün xəbərlər
Maraqlı
Azərbaycanda qeyri-adi bayram adəti: kişilər arvad paltarı geyib nəmər yığdı (VİDEO)
Sarkisyanın qızının ƏXLAQSIZ görüntüləri erməni tərəfində yenidən yayıldı - VİDEO
7 yaşlı azərbaycanlı "Brüs Li" - Bacarığı ilə görənləri heyrətləndirir - VİDEO
Buzovnalı babanın “Papito” rəqsi interneti “partlatdı” – VİDEO
Bəh-bəhlə yediyimiz aşın ziyanları
Həftənin çox oxunanları
Video
Azərbaycanda qeyri-adi bayram adəti: kişilər arvad paltarı geyib nəmər yığdı (VİDEO)
Rusiya ara qarışdı: Ölkəni mitinqlər bürüdü (VİDEO)
Sarkisyanın qızının ƏXLAQSIZ görüntüləri erməni tərəfində yenidən yayıldı - VİDEO
7 yaşlı azərbaycanlı "Brüs Li" - Bacarığı ilə görənləri heyrətləndirir - VİDEO
Azərbaycanda , canlı efirdə baş vermiş qalmaqallar və davalar