Bakıda sürücülərə həyəcan yaşadan tanınmış “avtoş” tutuldu – VİDEO
Gundem
Oxunub: 1 760
8 dek 2014 | 13:45
Bakıda sürücülərə həyəcan yaşadan tanınmış “avtoş” tutuldu – VİDEO


















“Kefim belə istədi”.

Dekabrın 6-dan 7-nə keçən gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı daha bir avtoxuliqan saxlanılıb. “Lada Priora” markalı, 90 ED 092 dövlət nömrə nişanlı avtomobili idarə edən Bəxtiyar Arzu oğlu Məmmədov Səməd Vurğun küçəsində yaxalanıb.

Azerinfo.az xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, “avtoş”u saxlayan 10 YP 420 dövlət nömrə nişanlı yol patrul maşınında xidmət aparan yol polisi əməkdaşının bildirdiyinə görə, həmin avtomobillə “Avtoş dönəri” satılan yerdə qarşı-qarşı gəlib.

Sürücü DYP maşınını vurmağa çalışsa da, sonradan istiqaməti dəyişərək qaçmağa çalışıb. Səməd Vurğun küçəsində yolun əksinə hərəkət etməyə çalışan sürücü burada sıxışdırılıb və saxlanılıb. Maşını səkidəki yol nişanına vurub aşıran sürücü bardürlərə də zərər yetirib.

Video və fotolardan da göründüyü kimi, sürücü avtomobilin dövlət nömrə nişanının üzərindəki “çip”lərin hər ikisini söküb. Bununla o, hər hansı qanun pozuntusu törədərkən məsuliyyətdən yayınmaq niyyətində olub. Bundan əlavə, Bəxtiyar Məmmədovun idarə etdiyi avtomaşında konstruksiya dəyişikliyi və pərdə aşkarlanıb. Sürücü saxlanıldıqdan sonra məhkəməyə aparılıb və barəsində həbs qərarı çıxarılıb.

Hadisə yerində olan və özünü Bəxtiyar Məmmədovun dayısı oğlu kimi təqdim edən şəxs bildirib ki, həmin sürücü imkanlı bir şəxsin oğludur: “Kimsə zəng edəcək, onda görəcəksiniz Bəxtiyar kimdir. Onun atası imkanlı adamdır. Sadəcə, Bəxtiyar o qədər belə hadisələr törədib ki, daha atası heç kimə zəng etmir. Bu maşın onun 9-cu maşınıdır və indiyə qədər “avtoş”luğa görə 9 dəfə tutulub”.

Özünü sürücünün yaxını kimi təqdim edən şəxsin dediklərinə baxmayaraq Bəxtiyar Məmmədov bildirdi ki, o, “avtoş” deyil: “Mən “avtoş”luq etməmişəm. Sadəcə, kefim belə istədi, belə sürdüm. “Avtoş” deyiləm”.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"