Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyevdən Cənab prezident, hörmətli Mehriban xanıma Şikayət
Gundem / Bolge
Oxunub: 1 314
10 may 2017 | 15:33
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi  Ramiz Quliyevdən Cənab prezident, hörmətli Mehriban xanıma Şikayət











Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə

Azərbaycan Respullikasının Birinci Vitse prezidenti

Mehriban xanım Əliyevaya

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi

Ramiz Quliyevdən


Şikayət ərizəsi

Cənab prezident, hörmətli Mehriban xanım!


Mən iyirmi ildən artıqdır ki, mədəniyyət sahəsində çalışıram. İşimə həmişə məsuliyyətlə yanaşmışam, müdriyyətin verdiyi tapşırıqları tələb olunan səviyyədən də artıq yerinə yetirmişəm. Biləndə ki, mədəniyyət şöbəsi Reqional Mədəniyyət və Turizm İdarəsi kimi fəaliyyət göstərəcək mən də həmkarlarım kimi bu xəbərə sevindim. Cünki biz mədəniyyət işçiəri yenilikləri cox sevirik. Rayonda mədəni- kütləvi tədbirlər, bayram konsertlərinin, sərgilərin keçirilməsi, ekskursiyaların, səyahətlərin təşkil olunması, teatr və tamaşaların nümayiş etdirilməsi bizim üzərimizə düşür.

Cənab prezident, hörmətli Mehriban xanım!


Reqional Mədəniyyət və Turizm İdarəsinin rayonumuzda yaradılması bizim isimizi daha maraqlı edəçəyi və ona daha gözəl bir rəng qatacagı ümidi ilə gözləyirdik. Lakin Ağstafa Reqional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev kecirtdiyi ilk içlasda bizim əlimizi – ayağımızı yerdən – göydən üzdü, bütün ümidlərimizi puç etdi. Belə ki, Ramiz Quliyevin ilk sözü bu oldu ki, rayonlarda mədəniyyət şöbələrinin ləğv olunması və Reqional İdarənin yaranmasının əsas səbəbi odur ki, Dövlət çöküb, iqtisadiyyat zəifləyib, büdcədə pul yoxdu. Bütün sahələrdə ixtisar getdiyi kimi mədəniyyət şöbələrində də xeyli ixtisar gedəcək. Yəni beş nəfərdən üç nəfəri işdən azad ediləcək. Bizi narahatlıq bürüdü, axı kim isdəyər isindən –güçündən olsun. Hamı ailə, ev- eşik sahibidir.

Cənab prezident, hörmətli Mehriban xanım!


İclasdan bir neçə gün sonra müdriyyət tərəfindən bizə tapşırıldı ki, idarənin adının dəyişdirilməsi ilə əlaqədar bütün işçilər yenidən işə qəbul olunmaları üçün Regionun rəisi Ramiz Quliyevə rəsmi olaraq ərizə yazmalıdırlar. Bu bizim

həyəcanimizi bir qədər də artırdı. Lakin verilən tapşırığı yerinə yetirmək məçburiyyətindəydik. Hamı bir nəfər kimi ərizə yazdıq. Elə özümüz də beləcə öz quyumuzu öz əlimizlə qazdıq. Ramiz Quliyev vəzifəsindən asılı olmayaraq bəzi işçiləri təqaüdə göndərdi, bir qrup işcini isə işdən azad etdi. Bu işçilrdən biri bə mənəm.

Cənab prezident, hörmətli Mehriban xanım!


Biz bu başımıza gələnlərə görə məyus olsaq da, sarsılsaq da dərdimizi ürəyimizdə cəkdik. Elnən gələn toy bayramdir deyə oturduq evimizdə. Düşündük ki, Ramiz Quliyev dövlət adamıdı, özbaşına böyük bir iclas keçirdib deməz ki, Dövlətin sizi saxlamağa pulu yoxdu. Demək bu sözləri deməkdə asası var. O, da yəqin nazirliyin müvafiq tapşırığını yerinə yetirir. Buna görə də isdən çıxarılmağımız barədə nə Sizə cənab Prezident, nə Mehriban xanıma, nə də ki, Əbülfəz Qarayevə müraciət etmədik. Lakin heç bir ay keçməmiş esitdik ki, Ramiz Quliyev işdən azad etdiklərinin yerinə yeni işçilər götürür. Bu işdə də ona müavini Gülgün Kərimov kömək edir. Çünki Gülgün müəllim uzun müddət mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışıb Ağstafada hamı onu tanıyır. Bu işdə də Ramiz Quliyevə ondan əlverişli köməkçi ola bilməz. Mən biləndə ki, mənim də yerimə işçi götürüblər öz narazılığımı bildirdim. İşlədiyim kitabxananın müdiri söylədi ki, sənin ştatın nazirliyin əmri ilə ləqv olunub. Mən Ramiz Quliyevdən həmin ştatı min manat verib yenidən almışam. İndi kimi istəsəm onu da isə götürəcəm. Mən bu sözləri eşidəndə dəhşətə gəldim. Hələ iyirmi illik iş müddətində mən belə halla üzləşməmişdim. Regional Mədəniyyət və Turizm İdarəsi Ramiz Quliyevin şəxsi şirkəti və ya idarəsidirmi ki, bura da ştat alveri edir.

Cənab Prezident, hörmətli Mehriban xanım!


Ağstafa şairlər,yazıçılar diyarı, mədəniyyət ocağıdır. Burada Ramiz Quliyev bazarı acib kadr alveri edir. Bu nə Mədəniyyət və Turizm Nazirliyinin adına nə də Ağstafa rayonunun ünvanına yaraşan iş deyil. Biz cənab Prezident Sizə Dövlət başçımıza və Azəbaycanın birinçi Bitse Prezidenti Mehriban xanima inanırıq. Siz Azərbaycanın rifahı naminə çalışdığınız bir vaxtda Ramiz Quliyev Dövlət çöküb deyə bizi ruhdan salır, dövlətimizin adını ləkələyir. Dövləti çökdürən isə Ramiz Quliyev kimi dövlət məmurlarıdır.

Gövhər Hacıyeva
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...