Tovuzda İlqar “abi”nin “firon”luğu
Gundem / Bolge
Oxunub: 1 740
9 dek 2014 | 11:43
Tovuzda İlqar “abi”nin “firon”luğu












İlqar “abi”nin qol qoyduğu əməllər, atdığı addımlar, xalqımıza məxsus milli-mənəvi əxlaqımızla ziddiyyət təşkil etməklə bərabər, tarixi keçmişi olan adət-ənənələrimizin də unudulmasına xidmət edir

Bir müddət bundan əvvəl informasiya mərkəzimizi məlumatlandıran mənbə bildirirdi ki, Tovuz rayonu ərazisində yeni-yeni “firon”lar peyda olub ki, bunlardan biri də, əslən rayonun Xatınlı kəndindən olan İlqar “abi”dir. O, əslən yerli sakin olduğundan və yerli şəraiti də gözəl bildiyindən, əhalinin xarakterik xüsusiyyətlərinə də az-çox bələddir.
Əldə etdiyimiz məlumatlara görə, belə bir göstəricilərə qabil olduğundan, o, Tovuz rayonunda “firon”luq etmək haqda mütləqi-qərarını verir. Və belə bir qərara da gəlir ki, “başqaları kimi mən də asan yolla daha çox pul qazanım”. Amma, İlqar “abi” qazanmaq istədiyi pulu zəhmət çəkib halalıqla deyil, haramçılıqla qazanmağa üstünlük verir. Yəni, o, bu yolla Tovuz çayının kənarında birmərtəbəli kafeyə sahib olur və həmin ünvanı da ən “xod” gedən əxlasızlıq ünvanlarından birinə çevirir.
İnformasiya mərkəzimizə məlumatı verən mənbə daha sonra bildirir ki, İlqar “abi” hal-hazırda iki nəfər gözəgəlimli “xanım”ı “işlədir”, amma necə? Elə bu necəlikdir ki, bir müddət bundan əvvəl, daxil olan informasiyalar əsasında müəyyən araşdırmalar aparmağa qərar verdik. Əməkdaşımızın apardığı araşdırmalar zamanı o da bəlli oldu ki, İlqar “abi” yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaratmaqla bərabər, həm də minbir hoqqalara da qol qoyur. Həmin ünvandan çəkilmiş çəklişlər və əldə olunan görüntülər, sadalanan faktların həqiqət olduğunu bir daha sübut edir.
Maraqlı haldır ki, həmin ünvanda baş verən həngamələr haqda, hələ bir müddət bundan əvvəl müəyyən açıqlamalarla çıxış edib, aiddiyyəti qurumları da məlumatlandırmışdıq. Yazıb bildirmişdik ki, İlqar “abi”nin qol qoyduğu əməllər, atdığı addımlar, xalqımıza məxsus milli-mənəvi əxlaqımızla ziddiyyət təşkil etməklə bərabər, tarixi keçmişi olan adət-ənənələrimizin də unudulmasına xidmət edir. Bəs bu belə olduğu halda, səbəb nədir ki, ona qaşın üstə qara var deyilmir, bir kimsə onun xətrinə dəymir.
Əldə etdiyimiz başqa bir məlumatlarda o da bildirilir ki, İlqar “abi”nin belə bir əməllərə qol qoymasının pərdəarxası məqamları da var. Yəni, o, hər ay müəyyən qurum sahiblərinin hüzuruna “təşrif” buyurur və onların “bığı”nın altından həm “sağa”, həm də “sola” keçir. Bu zaman “bəxtini açan” İlqar “abi”, çox keçmir ki, səlahiyyət sahibi olanlardan “dobro” alır və qorxusuz, ülküsüz fəaliyyətini də davam etdirir.
Bəli, bu gün İlqar “abi”nin adı dillər əzbəridir. Məhz, ona görə ki, o, hal-hazırda sahibi olduğu ünvanda qadınları həm cinsi istismara, həm də cinsi zoraklığa məruz qoydurur. Və belə bir halların baş verməsi üçün, müəyyən mənada şərait də yaradıb. Amma, onu da başa düşmək gərəkdir ki, həmin kafedə lazımınca şərait olmadığından, ora üz tutan gənclərin çoxu minbir xəstəliyin daşıyıcısına da çevrilirlər. Bu isə gələcəyimiz hesab etdiyimiz nəslin, genefonduna vurulan ən böyük zərbələrdən biri olur.
Bəs bu belə olduğu halda, görəsən səbəb nədir ki, İlqar “abi”nin “məhsuldar” fəaliyyətinə son qoyulmur? Bax, bu haqda düşünmək, bir qədər də götür-qoy etmək lazımdır ki, olub-keçənlərdən az-çox xəbər tutmaq mümkün olsun.
Hörmətli oxucular! Növbəti açıqlamamızı bir-iki gün oxuya biləcəksiniz. Odur ki, diqqətiniz biz də, həm də yazacaqlarımız da olsun ki, müəyyən mətləblərdən xəbər tuta biləsiniz.
Bizi izləməyi unutmayın!

Elmar Nuruoğlu



Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"