Zaqatala təhsilinin uğurları günü-gündən artmaqdadır
Gundem / Bolge
Oxunub: 1 979
11 dek 2014 | 12:40
Zaqatala təhsilinin uğurları günü-gündən artmaqdadır










Hər olduğu kimi, bu il də ölkə rəhbəri möhtərəm prezidentimiz İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə rayonun 2 müəlliməsi, Humanitar Fənlər Gimnaziyasının ibtidai sinif müəlliməsi Qazıyeva Məhsəti Sabir qızı “Tərəqqi”medalına, Ş.Qurbanov adına şəhər 3 saylı tam orta məktəbinin biologiya müəlliməsi Baqqayeva Səadət Bilal qızı isə “Əməkdar” müəllim adına layiq görülmüşlər

Onu da qeyd edək ki, hər iki müəllimə rayonun ümumtəhsil məktəbləri adından bir neçə dəfə respublika müsabiqələrində iştirak etmişlər və müəyyən uğurlar da qazanmışlar. Belə ki, ”Cəsurlar” və ”Şahin” oyunlarının rayon birinciliyi başa çatmış Balakən rayonunda keçirilən “Cəsurlar” idman oyunlarının zona birinciliyində, Humanitar Fənlər Gimnaziyasının komandası 1-ci yeri tutmuşdur. Sərhəd Qoşunları tərəfindən keçirilən gənc sərhədçi yarışında, Danaçı 2 saylı tam orta məktəbinin komandası 1-ci yerə, respublika yarışında isə 4-cü yerə sahib olmuşlar. Təhsil Nazirliyi tərəfindən keçirilən “nə harada və nə zaman” intektual oyununun zona mərhələsində, Zaqatala komandası 1-ci yerə layiq görülməklə bərabər, fəxri fərman və qızıl medalla da təltif olunmuşlar. Ümumdünya poçt itifaqının dəstəyi ilə keçirilən inşa müsabiqəsində, rayonun Çökəkoba kənd tam orta məktəbinin IX sinif şagirdi Yoldaşova Gülnar Kamil qızı 3-cü yeri tutmuş, fəxri fərman və pul mükafatına da layiq görülmüşdür. Gənc Meşəçilərin 3-cü Respublika müsabiqəsində isə, rayonun Ekoloji Mərkəzinin şagirdi Heydərov Emin Fərrux oğli 3-cü yeri tutduğuna görə, fəxri fərmana da layiq görülmüşdür.
Ağcabədi rayonunda keçirilən və Xocalı soyqırımına həsr olunmuş respublika şahmat yarışında, rayonun şahmat məktəbinin şagirdi Mirzəyev Fərid Mais oğlu 2-ci yeri tutmuşdur. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə ələqədar keçirilən respublika şahmat festivalında, Muradova Zərifə Natiq qızı isə 3-cü yerə çıxmışdır. Eyni zamanda ümumilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə ələqədar, Təhsil Nazirliyi tərəfindən keçirilən inşa müsbiqəsində, Ş.Qurbanov adına şəhər 3 saylı tam orta məktəbinin X sinif şagirdi Quliyev Nicat Elgiz oğlu 3-cü yeri tutduğundan, o, diplomla da təltif olunmuşdur.
Digər tərəfdən, rayonun müxtəlif təhsil ocaqlarında tədbirlər planına uyğun olaraq bilik yarışları, rəsm müsabiqələri, inşa yazı müsabiqələri, disputlar, dəyirmi masalar və idman yarışları da keçirilmişdir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıdaq” layihəsində, təhsildə fərqlənən 40 nəfər IX-XI sinif şagirdləri Quba-Xaçmaz rayonlarına səfər etmişlər və xoş təəssüratlarla da geri dönmüşlər. Bu il rayonun ümumitəhsil məktəblərinin IX-XI siniflərində, Tələbə Qəbulu Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları da keçrilmişdir. Buraxılış imtahanlarında IX siniflər üzrə 1496 şagird, XI siniflər üzrə 1212 şagird iştirak etmişdir. IX siniflərin müvəfəqiyyət fazi 70%, XI siniflərdə isə 72 % olmuşdur. Bundan əlavə onu da qeyd edək ki, illik qiymətlər əsasında bütün şagirdlərə, attestat və şəhadətnamələr də verilmişdir.
Bu il rayonun orta məktəblərinin azərbaycan və rus bölmələrini başa vurmuş 1214 nəfər şagirddən, 475 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş və onlardan 341 nəfəri tələbə adını qazanmışdır. Rayon üzrə 18 nəfər şagird 600-dən yuxarı, 37 nəfəri isə 500-dən yuxarı bal toplamşılar.
Şagirdlərdən 301 nəfəri Azərbaycandakı ali təhsil ocaqlarına, 40 nəfər tələbə isə xaricdəki təhsil ocaqlarına daxil olmuşlar. Eyni zamanda, ötən il orta təhsilini başa vuran şagirdlərdən bəziləri də, bu il tələbə adını qazanmışlar. Məlumat üçün onu da qeyd edək ki, bu il orta təhsilini başa vuran şagirdlərdən 4 nəfərinin sənədləri qızıl medala layiq görülmək üçün Təhsil Nazirliyinə təqdim olunmuş, 4 nəfər şagird isə qızıl medala layiq görülmüşlər. Təhsil Nazirliyinin Türk Əməkdaşlıq Kordinasiya Agentliyi ilə birlikdə, “hər mövsüm bir işıq” devizi altında keçirilən inşa müsabiqəsində, rayonun Humanitar Fənlər Gimnziyasının IX sinif şagirdi Kekolov Məhəmməd 1-ci yerə layiq görülərək, xaricə səyahət və planşet də qazanmağa müvəffəq olmuşdur.
Bir faktı da qeyd edək ki, Zaqatala rayon Təhsil şöbəsi iş fəaliyyətini, “Təhsil İslahatı Proqramı”na, “Təhsil Qanunu”na və “Təhsil Nazirliyinin əmr və təlimatları”na uyğun olaraq davam etdirir və şagirdlərin təlim-tərbiyyəsinin müasir tələblər səviyyəsində qurulması üçün, lazım olan imkanlardan da maksimum dərəcədə istifadə edir. Bu gün Zaqatala təhsilinin inkişaf etməsində, təhsil naziri cənab Mkayıl Cabbarovla bərabər, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadənin də müstəsna xidməti olur. Məlumat üçün onu da qeyd edək ki, təkcə son 2 il ərzində Zaqatalada 30 yaxın məktəb müasir tələblər səviyyəsində tikilmiş və məktəb kollektivlərinin də istifadəsinə verilmişdir.

Mirzə
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO