Həbsxanadan və əskərlikdən yayınmaq üçün arayış, yaxud 1 saylı Psixiatriya Xəstəxanasında nə baş verir
Gundem / Sosial
Oxunub: 2 832
14 in 2017 | 16:23
Həbsxanadan və əskərlikdən yayınmaq üçün arayış, yaxud 1 saylı Psixiatriya Xəstəxanasında nə baş verir










Bu gün səhiyyə sahəsində o qədər problem yaşanır ki, adam bilmir hansı problemi qabartsın. Bu gün problemlər içərisində çabalayan Maştağada yerləşən 1 saylı Psixiatriya Xəstəxanasından söhbət açacıq. Bu xəstəxanada vəziyyət qənaətbəxş hesab olunmur.

Qalmaqallar[b][/b]

Xəstəxananın adı son on ildə bir neçə hadisədə hallanıb.

Məsələn, 2013-cü ildə 1 saylı Psixiatriya Xəstəxanasında baş vermiş hadisə böyük səs-küy yaratmışdı. Sözügedən tibb ocağı nəzarətsiz buraxılıb. Xatırlayırsınızsa bu yaxınlarda dörd xəstə gecə qapını sındıraraq 1 saylı Psixiatriya Xəstəxanasından qaçmışdı. Xəstəxanadan 4 xəstənin gecə qaçması buradakı vəziyyətin ürəkaçan olmadığını göstərirdi. Bunu 1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun özü də etiraf etmişdi. Baş həkim iddia etdi ki, həmin xəstələr gecə qapını sındıraraq xəstəxanadan qaçıblar. Baş həkimin sözlərinə görə, həmin xəstələr xeyli müddətdir ki, xəstəxanada müalicə olunurlar. Onlardan biri 3,5 il, biri 1,5 il, biri yarım ildir ki, xəstəxanada müalicə edilirdilər. Ruhi əsəb dispanserindən qaçmış və müxtəlif cinayətlərdə ittiham olunan şəxslərin axtarışı uzun müddət sonra nəticə verdi. Onların xəstəxanadan qaçma şəraitləri barədə qəzetimizə müxtəlif versiyalar daxil olmuşdu. Xəstəxanadan qaçmağa müvəffəq olan şəxslərdən biri Tural Abbasov Binəqədi rayonunun köhnə Pişəvəri, indiki Cavadxan küçəsindəki 4 saylı binada yaşayırmış. Qonşuların sözlərinə görə, oğlunun narkotik istifadəçisi olduğunu bilən Gülhüseyn Abbasovun səhhətində ciddi problemlər yaranır və o dünyasını dəyişib. Ailə bundan sonra binada onlara məxsus olan 2 mənzildən birini satıb, digərini isə kirayə verərək ərazidən köçür. Narkotik asılılığı isə Turalın sonrakı həyat yolunu bir sıra cinayətlərə qədər aparıb çıxarıb. Elə bu səbəbdən idi ki, o Cinayət Məcəlləsinin 4 maddəsi 177 – oğurluq, 178 – dələduzluq , 181 -quldurluq və 310 – vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə təqsirli bilindi. Ruhi əsəb dispanserindən qaçan digər şəxslər Razim Hacıyev və Yusif Məhərrəmov Cinayət Məcəlləsinin 181-ci quldurluq maddəsi ilə, Elvin Nəsrullayev oğurluq maddəsi ilə ittiham olunublar. Daha bir maraqlı məqam isə bu şəxslərin məhkəmə qərarı ilə təcridxanaya deyil, psixoloji dispanserə göndərilməsi idi.

Bi çox media orqanları qeyd edirdi ki, digər ruhi əsəb dispanserlərindən fərqli olaraq, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında ətraf mühit üçün təhlükə törədə bilən ruhi xəstələr eləcə də barəsində məhkəmə hökmü olmayan müqəssirlər və məhkəmə hökmü olan islah əmək müəssisələrində cəza çəkən cinayətkarlar müalicə olunurlar. Həmin cinayətkarların isə təcridxanadan dispanserə yerləşdirilməsi həkim-ekspertlər tərəfindən verilən rəy əsasında həyata keçirilir.(mənbə-İdeologiya.az 08 Avqust 2014. Link-http://ideologiya.az/2014/08/1-sayli-psixiatriya-x%C9%99st%C9%99xanasinda-dozulm%C9%99z-s%C9%99rait-hokm-surur/)

Əskərlikdən yayınmaya görə arayış?

Arayışlar əskərlikdən yayınmaq istəyənərə də verilir. Bu haqda Yeni Musavat qazeti yazırdı :

“Adını demək istəməyən həkim baş həkimi tərifləyərək dedi ki, xəstəxananın baş həkimi Ağahəsən Rəsulovun bu kimi işlərdə kifayət qədər təcrübəsi var: “Ağahəsən həkim hərbi xidmətdən yayınmaq niyyətində olan gənclərin qısa bir müddətdə xəstəxanada qalmaları üçün lazımi şərait yaradır. Bundan sonra isə həmin şəxslər ruhi xəstə olmaları haqda müvafiq arayış alaraq hərbi xidmətdən azad edilirlər. Bu da 2-3 min manata başa gəlir. Saxta dəlilik kağızı aldıqdan sonra 5 il müddətinə hərbi hissədən onu çağırıb yoxlayırlar. 5 il ərzində bir əmma çıxmazsa ondan sonra ona təqaüd də düzəltmək mümkündür”. Həkim onu da bildirdi ki, baş həkim hətta cinayət törətmiş vətəndaşların məsuliyyətdən yaxa qurtarmaları üçün də saxta dəlilik kağızı verib onları da məsuliyyətdən azad edir: “Cinayətkarlar üçün nə qədər pul alındığını dəqiq bilmirəm. Ancaq belə bir şey də var”. Bax belə. Kimisi özünə “dəli” adı yazdırır, kimisi bir yerini sındırıb həkimdən sağlam olmadığı haqda sənəd hazırladır, kimisi də ağıla gəlinməyən bir üsulla canını əsgərlik xofundan qurtarır...” (28 июн. 2011, Link- http://musavat.com/news/olke/bakida-3-min-manata-delilik-kagizi-satilir_103182.htmlnda gedən məlumata görə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında pasiyentin ayağı sınıb. Xəstənin yaxınları onun ayağının həkim tərəfindən sındırıldığını iddia edirlər. Xəstəxanadan isə bildirilib ki, xəstə özü yıxılaraq ayağını sındırıb.

Psixiatriya xəstəxanasında pasiyentin ayağının sındırıldığı iddia edilir. Qəbələnin Daşca kənd sakini Ramin Musayev deyir ki, qardaşı, 35 yaşlı Namiq Musayev 1 Nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə alır. Fevralın 21-də axşam ona zəng edərək qardaşının vəziyyətinin ağır olduğu deyilib. Səhəri gün xəstəxanaya yollanan Ramin Musayev qardaşının ayağının sındığını görüb. Onun sözlərinə görə, özü xəstəxanaya gedənə kimi qardaşına heç bir tibbi yardım göstərilməyib.

Ramin Musayev deyir ki, Səhiyyə Nazirliyinə müraciət etdikdən sonra qardaşı 3 Saylı Şəhər Kliniki Xəstəxanasına göndərilib. Qardaşı iddia edir ki, Namiq Musayevin ayağını həkim sındırıb.(link- http://www.xezerxeber.az/Web%20TV/151222.html)

Şikayətçi korrupsiyadan dad edir

Azerinfo.az saytına müraciət edən, hələlik adını açıqladığımız vətəndaş deyir ki, yaxının bu xəstəxanada müalicəsi günü 30-40 manata başa gəlib:

“Sözügedən tibb müəssisəsində qayda-qanun, işçilər arasında nizam-intizam yox səviyyəsindədir.

Xəstələrə diqqət və qayğı demək olar ki, göstərilmir. Orada çalışan həkimlər xəstələrə qarşı laqeyd münasibət bəsləyirlər. Onları vaxtlı-vaxtında müayinə etmirlər. Ona görə də xəstələrin durumu günü-gündən pisləşir. Onların təmizliyinə isə nəzarət demək olar ki, yox dərəcəsindədir. Həkimlər xəstələrlə qeyri-normal rəftar edir, bəzən isə onların düşdüyü vəziyyətdən istifadə edərək etikadan kənar ifadələr işlədirlər. Xəstələr üçün nəzərdə tutulan ərzaq məhsullarına da göz dikirlər. Burda verilən yemək keyfiyyətli olmadığından ailə üzvləri hər gün xəstələrə yemək gətirirlər. Həkim məsuliyyətsizliyi ucbatından psixi problemi olan insanlar xəstəxanada çox qalmaq istəmirlər. Qeyd edək ki, xəstəxananın baş həkimi Ağahəsən Rəsulovun bütün bunlardan xəbəri olsa da, heç bir tədbir görmür.”

Mənbənn dediyinə görə 2008-ci ildən baş həkim işləyən Ağahəsən Rəsulub xəstəxananın korpuslarından birini şəxsi klinikaya çevirib. Orada xəstə qəbul edir. Əlbətdəki müalicə pulsuz olmur. Arayış biznesinə isə Sevinc adlı həkim baxır. Arayışlar nəyə, kimə və nədən ötrü verilir- bu haqda yuxarıfda qeyd etmişik. Araşdırmamız davam edəcək.

Qeyd edək ki, məsələ ilə qarşı tərəfin mövqeyini öyrəndik. Xəstəxanadan iddiaların əsasız olduğunu qeyd etdilər.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi