Adı qalmaqallarda hallanan Elxan Heydərova kim “dur” deyəcək
Gundem / Bolge
Oxunub: 2 336
21 iy 2017 | 23:52
Adı qalmaqallarda hallanan Elxan Heydərova kim “dur” deyəcək














Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbə və idarələrində hökm sürən acınacaqlı vəziyyət haqda mediada xeyli yazılar dərc olununb.

Bu qurumun yerli şöbə və idarələrində hökm sürən acınacaqlı vəziyyət göz önündədir. Xidmətə bəslənən ümidlər böyük olsa da, qarşıya qoyulan tapşırıqların əksər hissəsi icra edilməmiş qaldı.

Səfərbərlik Xidməti ilə bağlı apardığımız araşdırmalar yeni faktları üzə çıxarır. Bu dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin rəisi, polkovnik leytenant Elxan Heydərovla bağlı ilginc məlumatlar əldə etmişik.

Vəzifəyə gəlişi

Bu zabitin keçmişi ilə bağlı ilk öncə cumhuriyyet.az müəmmalı məqamları üzə çıxarıb:

“İlk olaraq onu bildirək ki, E.Heydərovun adı ölkəyə səs salan qətlin-Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətli ilə bağlı mediada hallanıb. Belə ki, Ruslanın qətlinin araşdırılmasında Şəmkir rayon polisindən əlavə, Müdafiə Nazirliyinin Şəmkir Rayon Hərbi Polis Şöbəsinin əməkdaşları də iştirak edibmiş. Səfər Əbiyevlə kirvə olan Aslan Aslanov öz qeyri-rəsmi kurasiyasında olan hərbi polisi də qətlin araşdırılması işinə cəlb edib.

Məlumata görə, hətta meyiti də ilk olaraq hərbi polis tapıb. Həmin vaxt isə rayonun hərbi polis rəisi Elxan Heydərov olub. Düzdür E.Heydərov bu faktı və bu məsələ ilə bağlı digər məlumatları təkzib edir, amma həmin vaxt cənab Heydərovun birbaşa rəhbəri olan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Rövşən Məhərrəmov fərqli fikirdədir. O bildirir ki, “O vaxt Şəmkirin hərbi polis rəisi Elxan Heydərov olub. O, məndən çox Aslan Aslanova tabeçilik göstərirdi. Ona görə də mənə heç nəyi məruzə etmirdi”.

E.Heydərovun A.Aslanova bu dərəcədə itaəti cavabsız qalmır. Demək olar ki, Ruslanın qətlinin istintaqı başa çatdıqdan sonra E.Heydərov hərbi polisdən kənarlaşdırılır və A.Aslanov onu Hərbi Komissarlıq sisteminə gətirir. Bu proses haqda da cumhuriyyet.az olaraq maraqlı məlumatlar əldə etmişik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) sabiq idarə rəisi, polkovnik-leytenant Ağa Fəttahov mediaya verdiyi açıqlamada deyir:

“Elxan Heydərov 200 min manat rüşvət müqabilində Aslan Aslanovun əli ilə hərbi polisdən komissarlıq sisteminə keçmişdi. Avqustun 3-də işdən azad olunduqdan sonra o 150 min manat müqabilində işə qayıdacağını dəfələrlə deyib. Doğurdanda qayıtdı. Əvvəl baş idarəyə sonra isə Qusar rayonuna rəis təyin olundu. Buna da etiraz edirdi. Bildirirdi ki, mən bu qədər pulu bu ucqarda işləmək üçün verməmişəm. O məqsədinə çatdı. Nə keçmiş hərbi komissarlıq sistemində, nə də Səfərbərlik Xidmətində görünməmiş hadisə baş verdi Elxan Heydərov 6 ay işlədikdən sonra Yevlax rayonuna təyin olunur. Mən rüşvətin birbaşa Arzu Rəhimova verildiyini iddia etmirəm. Amma ortada konkret faktlar var”.”

Xəstələr ön cəbhəyə

Bir neçə il bundan əvvəl hərbi komissarlıq strukturlarında həyata keçirilən islahatlara və bu islahatların bir təzahürü kimi rayon hərbi komissarlıqlarının səlahiyyətlərinin nəzərəçarpacaq dərəcədə məhdudlaşdırılmasına, daha sonra isə bu səlahiyyətlərin ümumiyyətlə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilməsinə baxmayaraq, bu qurumların fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunur. Səfərbərlik xidmətinin bir sıra rayon şöbələrinin rəislərinin fəaliyyətləri isə söylədiklərimizi dəqiqliklə təsdiq edir. Qurumun tabeçilik strukturunun və adının dəyişdirilməsi ilə xidmətin keyfiyyətində müsbətə doğru heç bir irəliləyiş olmayıb. Əksinə, əvvəllər bəzi, çox az sayda komissarlıqlarda yer alan rüşvətxorluq və korrupsiya halları bir qədər də artıb və dərinləşib.

Arzu Rəhimovun bəzi işçiləri qanunsuzluqlar törədərək keçmiş hərbi komissarlıq sisteminə necə deyərlər, «rəhmət» oxutdurur. General-leytenant öz əməkdaşlarını cəzalandırmamaqla işçilərinin qanunazidd əməllərinə göz yumur. Məsələn, Yevlaxda xəstə çağırışçıları orduya cəlb etməklə qanunsuzluqlara yol açır, bununla da orduda əsgər ölümlərinin, qeyri-döyüş itkilərinin sayının artmasına rəvac verirlər.

Elə ötən il Yaqub Quliyev adlı “sudorqalı” xəstənin əskərliyə aparılması mediada bomba kimi partladı.

Lakin Elxan Heydərov yenə öz işindədir. Xəstələr əskərliyə , sağlamlar isə ordudan yayınmağa nail olur. Ordudan yayınanların kimlikləri və şəxsiyyətləri ilə bağlı gələn sayımızda məlumat verəcəyik. Bizi izləyin.
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası