Qardaşı 48 milyon yeyinti edən başçı jurnalisti tutdurmaq istəyir
Gundem / Sosial
Oxunub: 3 667
29 avq 2017 | 18:45
Qardaşı 48 milyon yeyinti edən başçı jurnalisti tutdurmaq istəyir












Son zamanlar müstəqil qəzetlərin və saytların əməkdaşlarının yazdıqları tənqidi materiallar, araşdırmalar dövlət məmurlarında qıcıq doğurur. Bu üzdən dövlət məmurlarının jurnalistləri və mətbu orqanları məhkəməyə verməsi halları daha da intensivləşib.

“Çoxdan tətbiq olunan praktika”

Dövlət məmurlarının jurnalistlərə hədə-qorxu gəlmələrinin, onları qeyri-qanuni yolla xüsusi ittihamla cinayət məsuliyyətinə cəlb etməyə çalışmalarınin, bir sözlə məmurların mətbu orqanlara qarşı bu cür aqressiv münasibətinin səbəbini öyrənmək üçün “Yeni Nəsil” Jurnalistlər Birliyininin rəhbəri Arif Əliyevə bir müddət əvvəl münasibət bildirmişdi:”“Burada yeni bir şey yoxdur. Yəni bu, çoxdan tətbiq olunan praktikadır. Söhbət ondan gedir ki, istər məmur, istərsə də qeyri-məmurlar daha çox jurnalistlərin yazdıqları yazılardan narahat olanda müəyyən instansiyalara müraciət edirlər. Lakin sözə görə cinayət məsuliyyəti tələbi aradan qaldırılmalıdır. Bu gün də bu məsələlər araşdırılmalıdır. Bu da o problemin, mübahisənin növbəti təzahürüdür”.

Qardaşı 48 milyon yeyinti edən başçı jurnalisti tutdurmaq istəyir

Arif Əliyev jurnalistlərin qeydiyyatda olduqları rayonda yox, başqa rayon məhkəmələrində işin icraata götürülməsinin ciddi qanun pozuntusu olduğunu və gələcəkdə bunun ciddi fəsadlara yol aça biləcəyini demişdi: “Bu növ prosessual pozuntulara tez-tez rast gəlirik. Məhkəmə proseslərinin gedişində o pozuntular daha çox olur. Bu işlə hüquqşünaslar məşğul olmalıdırlar. Bütün hallarda qanun yaxşı da, pis də olsa, onun müvafiq tələblərinə əməl olunmalıdır. Amma yenə də bu xırda prossesual pozuntuların arxasında daha böyük bir problem dayanır. O problem də yazılara görə jurnalistlərə qarşı cinayət işinin qaldırılmasının tələbidir. Təcrübə göstərir ki, bu cür işlərdə qanun pozuntuları həddindən artıq çox olur. O cümlədən məhkəmə prosesi zamanı daha çox qanun pozuntularına rast gəlinir. Buna görə də illərlə davam edib, Avropa Məhkəməsindən qayıdan işlərin böyük qismi məhz məhkəmələrin yol verdiyi bu prosessual pozuntularla bağlıdır”.

Istinadla verilən yazılar və məhkəmələrin işi icraata götürməkdən imtinaları


Jurnalistlərə qarşı aqressivliyi ilə seçilən məmurlardan biri də Yardımlı icra başçısı Ayaz Əsgərovdur. Konkret olaraq icra başçısı “Azerinfo.az” saytını və onun baş redaktoru İbrahim Qubadoğlunu hədəfə alıb. Maraqlı cəhət odur ki, Ayaz Əsgərov barəsində il başlayandan müxtəlif saytlarda yüzlərlə tənqidi və ifşaedici yazı gedib. Hətta “Azerinfo.az” saytında dərc olunan məqalələr də başqa saytlarda gedən yazılardı. Sadəcə istinadla verilib.

İcra başççısı Əsgərov Ayaz Nəriman oğlu Hümbətov İbrahim Qubad oğlundan əvvəlcə xüsusi ittiham qaydasında Ağdam Rayon Məhkəməsinə şikayət verib.

Qardaşı 48 milyon yeyinti edən başçı jurnalisti tutdurmaq istəyir

17 iyul , 2017-ci il tarixdə Ağdam rayon məhkəməsinin hakimi Seyfəli Seyfullayevin sədrliyi ilə keçən məhkəmə iclasında qərara alınıb ki, şikayət rədd olsun. Və baxılması üçün aidiyyatı üzrə Yasamal Rayon Məhkəməsinə göndərilsin.

Bundan sonra Ayaz Əsgərov baş redaktoru xüsusi ittiham qaydasında Yasamal rayon məhkəməsinə verir.

Şikayət ərizəsində göstərilən “ Yardımlıda fındıqpulu qalmaqalı böyüyür” və “Ayaz Əsgərov tapşırıb ki..” məqalələri əslində DİA.az (Dünya İnformasi Agentliyi) saytında dərc olunub. “Azerinfo.az” bu məqalələri DİA.az-a istinadla dərc edib.

“Yardımlıda hakimiyyətə qarşı təxribat” məqaləsi isə “Qaynarxett.az” saytında çıxıb . O da istinadla “Azerinfo.az”-da dərc olunub. Ümumiyyətlə isə bütün yazılarda istinadlar var. Həm də qeyd etdiyimiz kimi, Ayaz Əsgərov barəsində yüzlərlə tənqidi məqalə dərc olunub. Çoxu da son aylarda.

03.avqust.2017-ci ildə Hakim Azər Tağıyevin sədrliyi ilə keçən məhkəmə iclasında Hümbətov İbrahim Qubad oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Əsgərov Ayaz Nəriman oğlunun xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edildi.

Başçı niyə aqressivdir

“Azerinfo.az” saytına qarşı başçının qərəzli münasibəti anlaşılan deyil. “Başçının mürəbbə davası” kimi təhqiramiz və rişxənd dolu yazı bizim saytda getməyib. İnternetdə “mürəbbə məsələsi” ilə bağlı onlarla yazı var.

Hələ Qazaxda işlədiyi zaman “əmək fəaliyyəti” ilə bağlı “gözoxşayan” rəqəmləri demirik.

Bu həmin Ayaz Əsgərovdur ki, qardaşının hesabına başçı vəzifəsinə yiyələnib.Qardaşı -2004-2015-ci illərdə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun həbs olunmaq ehtimalı barədə bütün media yazır. "Yeni Müsavat” yazıb ki, QSC-yə rəhbərlik etdiyi vaxt böyük maliyyə qalmaqalı üzündən 2013-cü ildə onun həbs ediləcəyi də gözlənilirdi. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı.

Qardaşı 48 milyon yeyinti edən başçı jurnalisti tutdurmaq istəyir

Həmin vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O bu yolla oğlu, "Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. Məsələ mətbuatda hallanmağa başlayan kimi A.Əsgərov oğlunu xaricə göndərdi. Beləliklə, əsas fiqur hadisələrdən kənarda qala bildi. Əvəzində Rahib Hüseynov və qardaşı etmədikləri qanunsuzluqlara görə həbsdə qaldılar.

Hazırda isə məhz həmin korrupsiya məsələsi yenidən Britaniyada araşdırılmağa başlayıb. Hələ də hadilərin Əsgərovlar klanı üçün necə bitəcəyi məlum deyil.



Qardaşı 48 milyon yeyinti edən başçı jurnalisti tutdurmaq istəyir
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...