Azərbaycan Qol Güləşi Federasiyasından Rəsmi Açıqlama.
Gundem
Oxunub: 721
29 avq 2017 | 18:04
Azərbaycan Qol Güləşi Federasiyasından Rəsmi Açıqlama.


Azərbaycan Qol Güləşi Federasiyasından Rəsmi Açıqlama.

Bütün Kütləvi İnformasiya Vasitələrinin Nəzərinə!

Hörmətli Media Nümayəndələri!

Nəzərinizə çatdırırq ki, bəzi elektron saytların səhfələrində “Azərbaycan Qol Güləşi Federasiyasının rəhbərliyi ilə bağlı yoxlanılmamış, həqiqətə uyğun olmayan məlumatlar dərc olunmuşdu.

Bu gün Fedrasiyanın mətbuat xidməti həmin saytların redaksiyalarına müvafiq məktubla müraciət ünvanlamışdır. Həmin müraciətin mətnini bütün Kütləbi İnformasiya Vasitələrinin və oxucların diqqətinə olduğu kimi təqdim edirik.

Hörmətli redaksiya!

Sizin saytınızın 03 mart 2017-ci il tarixli buraxılışında “Azərbaycan Qol Güləşi Federasiyasının prezidentinə şok ittiham: “Səlim Müslümov, Fazil Məmmədov mənim adamlarımdır. Mən vergiyə hesabat vermirəm” sərlövhəli yazı dərc olunmuşdur. İlk növbədə deməliyəm ki, nə oxucu diqqətini cəlb etmək məqsədilə başlığa çıxardığınız ifadələrin, nə də mətndə Azərbaycan Qol Güləşi Federasiyasının rəhbərliyinə qarşı irəli sürülən gülünc ittihamların heç bir əsası yoxdur.

Əlbəttə, siz materialı konkret oxucu məktubu əsasında hazırladığınızı və orada səslənən ittihamlara görə məsuliyyət daşımadığınızı dəlil gətirə bilərsiz. Amma ən azından, guya ki, vergidən boyun qaçıran bir vətəndaşın özünü hansısa nazirin “adamı” deyil, əksinə nazirin (hətta iki nazirin) onun “adamı” olduğunu söylədiyi barədə cəfəng iddianın məntiqsizliyi artıq sizdə müəyyən şübhələr yaratmalı idi.

Hələ mart ayında, yazı ilə tanış olduqdan sonra mən müəyyən müddət gözlədim ki, sizin əməkdaşlarınız bu mövzunu araşdırmaq, yaxud da hadisələrin sonrakı inkişafını izləyə bilmək üçün bizə, yəni Azərbaycan Qol Güləşi Federasiyasına müraciət edəcəklər. Amma, siz elə bir yazının dərci ilə kifayətləndiniz.

Bu gün isə, artıq həmin mövzu ilə bağlı bütün proseslər nəhayət ki, yekunlaşmışdır və artıq müəyyən məlumatların mətbuata təqdim edilməsində bizim üçün heç bir sıxıntı yoxdur. Hüquq-mühafizə, məhkəmə orqanları tərəfindən bu müddət ərzində aparılan araşdırma və tədqiqatlar tam olaraq sübuta yetirdi ki, həqiqətən də bizim federasiyanın əməkdaşı omuş Türkan Məhərrəmova işlədiyi müddət ərzində müəyyən ciddi nöqsanlara, ona göstərilən etimaddan sui-istifadəyə, daha dəqiq desək, ona həvalə olunmuş kassadan bəzi mənimsəmələrə yol vermişdir. Xüsusi olaraq qeyd edim ki, Türkan Məhərrəmovanın özü də, ailə üzvləri və yaxın qohumları da bu faktı təsdiq edirlər. Ən əsası isə budur ki, bu gün artıq Türkan xanımın federasiyamıza vurduğu maddi ziyan tam olaraq ödənilmişdir.

Siz də bilirsiniz ki, federasiyamıza maddi ziyan dəyməsi barədə iddianın öz təsdiqini tapması, xüsusən də qarşı tərəfin həmin ziyanı bir qədər gec də olsa, hər halda tam könüllü olaraq ödəməsi bütün baş verənlərdə məhz bizim haqlı tərəf olduğumuzu isbatlayır. Həm də bu ödəmə tam qanuni formada, məhkəmə və hüquq-mühafizə orqanlarının nəzarəti altında, notarial qaydada təsdiq olunmaqla həyata keçirilmişdir. Bundan sonra isə, tərəflər arasında tam barışıq bərpa olunmuşdur. Belə ki, Türkan Məhərrəmova bu gün də federasiyamızla müəyyən sahələrdə əməkdaşlıq edir.

Hörmətli redaksiya!

Bütün yuxarıda deyilənləri nəzərə alaraq, sizdən artıq dərəcədə xahiş edirəm ki, saytınızın səhifəsindən sözü gedən yazının çıxarılmasını təmin edəsiniz. Yəqin ki, mənimlə razılaşarsınız, yoxlanılmamış, bəzən səhv, bəzən isə açıq-aşkar yalan məlumatlar dərc etməklə dürüst, vətənpərvər, dövlətinə və xalqına sədaqətlə xidmət edən insanların nüfuzuna xələl gətirmək cəhdləri heç zaman, heç bir kütləvi informasiya vasitəsinə baş ucalığı gətirməyib.

Odur ki, gələcəkdə də bu kimi xoşagəlməz insidentlərin yaşanmaması üçün təklif edirəm ki, Azərbaycan Qol Güləşi Federasiyasının fəaliyyəti və ya rəhbərliyi barədə istənilən bir informasiyanın dəqiqləşdirilməsi, dolğun və obyektiv məlumatların əldə olunması üçün ilk növbədə federasiyanın mətbuat xidmətinə müraciət edəsiniz.

AQGF mətbuat xidməti. Əlaqə telefonumuz: (012) 374-86-84.

XəbərlərTV.com
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE