Mahir Quliyevin gizli macərası…., ev hədiyyəsi... - Faktlar
Gundem / Bolge
Oxunub: 2 114
3 okt 2017 | 10:52
Mahir Quliyevin gizli macərası…., ev hədiyyəsi... - Faktlar
















Növbəti yazımızda isə aşağıdakı ANONSa cavab tapmağa çalışacağıq:

İcra başçısının gizli macərası…., ev hədiyyəsi...


Kimdir Mahir Quliyev?

Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. Onun haqqında maraqlı faktlardan biri də odur ki, Mahir Quliyevin heç bir ali təhsili olmayıb. Əmək fəaliyyətinə 1975-ci ildə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə kimi başlayan Mahir Quliyev haqda dosye.orgun media mənbələrindən əldə etdiyi məlumata görə yalnız 38 yaşına çatanda təhsil haqda düşünməyə vaxt tapıb. Bu isə ona vəzifə tutması üçün lazım olub, əks halda onun təhsil heç yadına da düşməzdi. Beləliklə yalnız 2000-ci ildə Bakı şəhərində heç kəs tərəfindən tanınmayan “Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirən hazırkı icra başçısının keçdiyi həyat yoluna nəzər salmaqda davam edək.

O, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub.1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 2006-2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Mahir Quliyevi Bulvardakı “Sahil” restoranı ilə nə bağlayır?

Şüurlu fəaliyyətinin böyük bir hissəsini ictimai iaşə sektorunda çalışan Mahir Quliyev bir zamanlar Bakı Bulvarında yerləşən məşhur “Sahil» restoranından işləyib. İlk olaraq ofisant kimi işə götürülən Quliyev qısa müddətdən sonra bacarığına görə irəli çəkilir. Daha sonra isə o, «Sahil» restoranının admnistratoru olur. Məlumatda qeyd olunur ki, Heydər Əliyevin hakimiyyətə yeni gəldiyi dövrlərdə Bakıda ən gözəgəlimli və pristijli restoranlar sırasında olan «Sahil»ə məmurlar davamlı olaraq gəlirmişlər. Həmin məmurlar sırasında əksər nazirlərlə yanaşı, Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev də təşrif buyururmuş. Restoranın müdiri ilə münasibətləri çox yaxşı olan Mehdiyevin davamlı olaraq «Sahilə» qədəm basması günün birində Mahir Quliyev üçün perspektivin açılmasına yardımçı olur.
Belə ki, restoranın müdiri daima onlara qulluq edən Mahir Quliyevin yaxşı bir işə keçirilməsi ilə bağlı Ramiz Mehdiyevdən xahiş edir. Elə həmin xahiş də Mahir Quliyevin gələcək karyerasının müəyyənləşməsində böyük rol oynayır. Əvvəlcə özünə Səbayel bələdiyəsində yer tapan Quliyev sonra daha böyük vəzifəyə – Astara rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat almağı bacarır. 2011-ci ildən isə Biləsuvar rayonuna rəhbərlik etməyə başlayır.

Lətifəyə çevrilən hadisə

Bu əsnada dosye.org olaraq media üzərindən apardığımız araşdırmalar zamanı çox maraqlı bir fakta rast gəldik. Həmin məlumatda deyilir ki, Mahir Quliyev Bakıdan gələn qonaqları qarşılamalı olur. Dövlət işlərində heç zaman işləməyən sözügedən şəxs gələn qonaqları qarşıladıqdan sonra müşavirə keçirir və ilk iclasda da dili topuq vurmağa başlayır. Hətta çıxışı zamanı bir neçə dəfə ciddi səhvlərə yol verdiyi halda, Prezident Admnistrasiyasından gələnlər bunu onun «molodoy»luğuna bağışlayırlar.
İş gəlib rəsmi hissədən, ziyafət bölümünə keçir. Elə gülməli hadisə də bu zaman baş verir. Belə ki, öncədən restoranlardan birinə hazırlıq görülməsi barədə göstəriş verən Mahir Quliyev rəsmi tədbir qurtaran kimi, qonaqları İcra Hakimiyyətinin binasında buraxaraq, təcili həmin restorana gedir. İcra başçısının müavini orada olduğundan başçının gəlişindən təəccüblənir. Mahir Quliyev isə ziyafət zalına daxil olan kimi, tez-bazar masanın üzərini düzəltməyə, çəngəl-bıçağı qaydasında qoymağa başlayır. Bunu görən müavini ona yaxınlaşaraq deyir: «Cənab başçı, bu işlər sizlik deyil. Onlarla məşğul olan ofisantlar var. Siz icra başçısısınız. Bura da «Sahil» restoranı deyil». Həmin bu sözlərdən sonra ayılan Mahir Quliyev Astarının icra başçısı olduğunun fərqinə varı rvə yadına düşür ki, Bakıdan gələn qonaqları İcra Hakimiyyətinin binasında buraxaraq gəlib.

Biləsuvarın idarəçilindəki problemlər

Biləsuvar kimi strateji əhəmiyyətli rayonun başçısı, keçmiş kafe-restoran işçisi M.Quliyevi gündüz əlində çıraq axtarasan tapa bilməzsən. O, ilin bütün günlərini Bakıda olur. Rayonu isə onun bölgədə “dana oğrusu” kimi ad çıxarmış köməkçiləri idarə edirlər. Bu adamlar ona görə “dana oğrusu” adını alıblar ki, bir-neçə dəfə mal-qara oğurluğuna görə həbs ediliblər. Mediada yayılan məlumatlara istinadən dosye.org bildirir ki, M.Quliyev icra başçısı təyin olunandan sonra rayonda özü üçün 1000 hektarlarla ərazini mənimsəyib və əkin sahəsinə çevirib. Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı müavinlər və şöbə müdirləri də ənənəvi şəkildə torpaqları ələ keçiriblər. İcra hakimiyyətinin büdcəindən müxtəlif “proqramlar” üçün silinən pulların böyük hissəsi sarımsaq-qarpız əkininə sərf edilir. Kafe-restoranlarda fəaliyyətə başlayan və dünyagörüşü kafe –restoranlagündən bu yana rayondakı mədəniyyət obyektlərini dağıdıb, yerində ticarət mərkəzləri tikdirib. Vaxtilə Muğam Teatrı kimi fəaliyyət göstərən bina hazırda yoxdur. Onun yerində isə mağaza tikiblər. Bu mağazalarda isə M.Quliyevin qoçu dəstəsinin qonşu İrandan gətirdiyi ərzaq və onun əkin sahəsində becərilən tərəvəz məhsulları satılır. Bu icra başçısı tovuz quşunu çox sevir. Bəlkə də ona görədir ki, yezidilərin simvolu olan tovuzquşunu sevməsi icra başçısında islam dininə qarşı bu qədər aqressiya yaradıb. Mahir Quliyev rayonun axunduna tapşırıb ki azan səsini azaldın. Hətta müqəddəs Ramazan ayında da biləsuvarlılar azan səsinə həsrət qalıblar.

Növbəti yazımızda isə aşağıdakı ANONSa cavab tapmağa çalışacağıq:

İcra başçısının gizli macərası…., ev hədiyyəsi...

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev barədə redaksiyamıza ilginc məlumat daxil olmuşdur. Məlumat başcının yaxın cevrəsindən sızdırıldıgından, göstərilən faktların ciddiliyini və ictimai əhəmiyyət kəsb etdiyini nəzərə alaraq araşdırma aparılır. Yaxın saatlarda araşdırmanın nəticələri barədə oxucularımıza ətraflı ŞOK məlumatlar verəcəyik. Bizi izləyin!

Bu və digər mövzularla bağlı daha ətraflı yaxın günlərdə…

P.S. Biləsuvar rayonun köhnə icra başçısı Əli Babayev vaxtiylə rayonda 300 hektar pambıq əkdirib. Hazırki icra başçısı olan Mahir Quliyev isə Başçının birinci müavini Xanlar Məmmədovla birləşib öz manefeyi üçün qarğıdalı əkdirib və pambıq sahəsinə gedən suyu kəsdirib, öz sahəsi olan qarğıdalı sahəsinə verib.

Buna görə də, Biləsuvar rayonun köhnə icra başçısı Əli Babayevlə Mahir Quliyevin davası düşüb, Hətta Əli Babayev Mahir Quliyevi vurub....


Biləsuvarın icra başçısı Mahir Quliyev rayon mərkəzindəki Heydər Əliyev parkının içərisini satıb.

İcra hakimi Biləsuvar RİH-lə üzbəüz olan H.Əliyev parkında geniş ərazini iş adamına peşkəş edib. Həmin yerdə "Rest-aran” açılıb və obyekt fəaliyyətə başlayıb.

Bu azmış kimi, restoranın açılışında icra başçısı da iştirak edib, lentini kəsib, bunu sahibkarlığa dəstək kimi qiymətləndirib və Biləsuvar RİH-nin rəsmi saytında xəbər kimi yerləşdirilib.

H.Əliyev parkı insanların istirahəti, gəzintisi, uşaqların əyləncəsi üçün nəzərdə tutulub. Parkın içində bir attraksion belə yoxdur ki, biləsuvarlılar övladlarını gəzməyə gətirsinlər.

Amma icra başçısı parkın içini satıb restoran tikilməsinə şərait yaradıb, üstəlik sahibkarlığa dəstək kimi təqdim etməyə çalışıb. Bundan əlavə, rayonda hansısa kommersiya obyektinin istifadəyə verilməsi haqda informasiya icra hakimiyyətinin rəsmi orqanında yerləşdirilməsi və fotolarının yayımlanması absurddur.

Bəzi məlumatlara görə, elə restoran icra başçısına yaxın şəxsə məxsusdur və bu biznesdə M.Quliyevin də əlinin olduğu deyilir.

Onu da deyək ki, həmin obyekt işıq idarəsinin yeri olub və köçürülüb. İcra başçısı parkın həmin ərazisini boş saxlamayıb və satıb. Qarşı tərəfi dinləməyə hazırıq.
Mahir Quliyevin gizli macərası…., ev hədiyyəsi... - Faktlar
Mahir Quliyevin gizli macərası…., ev hədiyyəsi... - Faktlar
Mahir Quliyevin gizli macərası…., ev hədiyyəsi... - Faktlar
Mahir Quliyevin gizli macərası…., ev hədiyyəsi... - Faktlar
Mahir Quliyevin gizli macərası…., ev hədiyyəsi... - Faktlar
Mahir Quliyevin gizli macərası…., ev hədiyyəsi... - Faktlar
Mahir Quliyevin gizli macərası…., ev hədiyyəsi... - Faktlar
Mahir Quliyevin gizli macərası…., ev hədiyyəsi... - Faktlar
Mahir Quliyevin gizli macərası…., ev hədiyyəsi... - Faktlar
Mahir Quliyevin gizli macərası…., ev hədiyyəsi... - Faktlar
Mahir Quliyevin gizli macərası…., ev hədiyyəsi... - Faktlar
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”