Kürdəmir səhiyyəsinin “qara günləri” - VİDEO
Gundem / Bolge / Video
Oxunub: 2 087
18 sen 2017 | 11:57
Kürdəmir səhiyyəsinin “qara günləri” - VİDEO

















“Yəni, biz faizə işləyirik, əgər verməsək o halda baş həkim bizə işləməyə imkan verməz”

Bu gün Kürdəmir səhiyyəsi “qara gün”lərini yaşayır desək, yəqin ki, yanılmarıq. Buna səbəb, adı çəkilən səhiyyə müəssisəsinin rəhbəri Məhəmməd Musayevin başlıca amalının rüşvətxorluq istəyi üzərində qurulması, kimlərinsə cibinə girmək marağı ilə idarəçiliyini həyata keçirməsi, xalq mənafeyini düşünməməsi, çoxsaylı sakinlərin dövlət qurumlarına olan etibarının itməsi yöndə müəyyən addımlarını və s. atmasıdır. Atılan bu cür addımlar da, açıq-aydın şəkildə xalqın, dövlətin əleyhinə məqsədi şəkildə atılan addımlar olur. Xəbər portalımıza daxil olan məlumatlara görə, Kürdəmir MRX-nın baş həkimi vəzifəsini daşıyan Məhəmməd Musayev, bu gün rəhbərlik etdiyi səhiyyə müəssisəsində çalışan hər bir həkim üzərində nəzarətini həyata keçirmək, hansısa maraqlarını təmin etmək üçün, özünün etibar etdiyi şəxslərin imkanlarından istifadə edir ki, həmin şəxslər də gündəlik baş həkimə hesabatlarını çatdırırlar.

Hazırda Azərbaycan səhiyyəsinin yenidən qurulması və bu sahədə əmələ gələn hər cür neqativ amillərin aradan qaldırılması istiqamətində əməli addımlar atılsa da, nədənsə səhiyyəmizin bir çox sahələrində əmələ gələn problemlərin varlığına rəvac verən şəxslər hələ də vəzifə başındadırlar ki, həmin vəzifə sahiblərindən birinin də, Məhəmməd Musayevin olduğu bildirilir. Adı çəkilən vəzifə sahibinin iş fəaliyyəti haqda məlumatları Azerinfo.az saytına çatdıran mənbə bildirir ki, MRX-sı bir neçə il bundan əvvəl təmir olunub qaydaya salınsa da, qaydaya salınmayan yalnız və yalnız baş həkimin diktəsi ilə həyata keçirilən idarəçilikdə yaşanan problemlərin varlığıdır. Çünki, Azərbaycanda dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin pulsuz olmasını nəzərdə tutan qanunların varlığına baxmayaraq, bu gün Kürdəmirin hər bir poliklinika və ya xəstəxanasında, bir sözlə bütün səhiyyə müəssisələrində yazılmamış qanunlar hökm sürür. Məsələn, rayondakı mənbəmiz tərəfindən Kürdəmir rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən poliklinikanın rentgen şöbəsində həyata keçirilən və redaksiyamıza təqdim olunan çəkiliş bir daha sübut edir ki, Məhəmməd Musayev rəhbərlik etdiyi səhiyyə müəssisəsində əməlli-başlıca “bazar açıb”. Çünki, adı çəkilən şöbənin müdiri Ağarza həkim bildirir ki, “yığdıqlarımız pulların hamısı bizə çatmır, daha çoxunu baş həkimə çatdırırıq. Yəni, biz faizə işləyirik, əgər verməsək o halda baş həkim bizə işləməyə imkan verməz”. Adicə adı çəkilən şöbədə xəstələrin hansı yollarla “soyulmaları”na diqqət yetirək və öz yanaşmamızı da ortaya qoyaq. İlk əvvəl hansısa həkim xəstəni rentgen şöbəsinə göndərir və adı çəkilən şöbədə çalışan xanım əməkdaşlardan biri xəstənin jurnalda müvafiq qeydiyyatını aparır, digər xanım isə aparılan qeydiyyata görə xəstədən 3 manat “rusum” tələb edir. Elə ki, xəstə rentgen olur, o halda onun xərci 15-30 manat civadında dəyişir və xanım əməkdaşlardan biri tələb olunan ödənişin tam ödənildiyini dəqiqləşdirdikdən sonra, rentgen kağızını xəstəyə verir. Əks halda xəstə problemlə üzü-üzə qalmalı olur. Onu da unutmaq olmaz ki, şöbədə xəstənin imkanlı, imkansız olmasına heç bir halda məhəl qoyulmur və lazımi “haqq-hesab” da alınır. Düşündürücü hal odur ki, xəstə rentgen olduqdan sonra, bir daha o, onu göndərən həkimin yanına qayıtmır. Çünki, müxtəlif ixtisas sahibi olan həkimlərin vəzifə funksiyasını, elə Ağarza həkimin özü yerinə yetirir. Əslində həmin vaxt rentgen olunan xəstə onu göndərən həkimin yanına qayıtmalı və həkim rentgen kağızına baxdıqdan sonra, xəstəyə müalicə yazmalıdır. Amma yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif ixtisas sahibi olan həkimlərin əvəzindən Ağarza həkim “resept” yazır, hətta yazdığı “resept”ə möhür də vurur. Sadaladıqlarımız belə bir faktlar həyata keçirilmiş çəkilişdə açıq-aydın sezilir.

Yaşanan bu cür olayların varlığı tam şəkildə sübut edir ki, Kürdəmir səhiyyəsinin rüşvətxorluq girdabında boğulmasının əsas səbəbi, Məhəmməd Musayev faktorunun varlığıdır. Səhiyyə müəssisəsində yaşananlarla bağlı əldə etdiyimiz başqa bir məlumatlarda o da bildirilir ki, nəinki MRX-nın rentgen şöbəsində, hətta doğum şöbəsində, cərrahiyyə şöbəsində, stomotoloji şöbəsində və digər şöbələrində elə bir ab-hava hökm sürür ki, gəl görəsən. Adicə stomotoloji şöbədə bir dişin yüngül müalicə olunmasına görə 30 manat “haqq-hesab” tələb olunur. Doğum şöbəsində dünyaya övlad gətirən ananın yaxınları ən azından 250 manat “şirinliyi” ünvanı üzrə çatdırmasalar, o halda şöbə əməkdaşları “yolkəsənlik” edib ananı evə buraxmırlar. Bax budur, Kürdəmir səhiyyəsində yazılmamış qanunların varlığı, Məhəmməd Musayevin həyata keçirdiyi idarəçiliyin sakinlərə bəxş etdiyi “töhfələr”!...

Xəbər portalımızı məlumatlandıran mənbə onu da bildirilir ki, Kürdəmir MRX-sı ilə bərabər, rayonun digər tibb müəssisələrində xəstələrin ərzaq və dərman preparatları ilə təminolunmaları da yerinə yetirilmir. Məsələn, adicə qeydiyyatları aparılmış vərəmli və şəkərli diabet xəstələr pulsuz dərmanlarla təmin olunmalı olduqları halda, belə bir təminolunmanın varlığından da söhbət gedə bilməz. Yerli sakinlərə göstərilməli olan pulsuz tibbi xidmətlər, ümumiyyətlə yox səviyyəsindədir. Kürdəmir rayon Mərkəzi Xəstəxanasında və onun tabeçiliyində olan müəssisələrdə hər tibbi xidmətlərə görə müəyyən məbləğdə “haqq-hesab”ın alınması, dərman preparatlarıniın alınması adı altında həyata keçirilən spekulyasiyalar, səhiyyə ocaqlarında cərrahiyə və digər tibbi əməliyyatların əksər hallarda antisanitariya şəraitində həyata keçirilməsi və s, yaşanan ab-havanın varlığından xəbər verir. Rayon sakinlərindən bəzilərinin iddialarına görə, hətta elə hallar da olur ki, infeksiya daşıyıcılarının aşkarlanma faktları həkimlər tərəfindən gizlədilir. Sözsüz ki, belə bir tapşırığın da baş həkim tərəfindən verildiyi bildirilir. Yəqin ki, həmin anlarda Məhəmməd Musayevin maraqları kimlər tərəfindən də təmin olunur.

P.S. Hörmətli oxucular! Bu gün səhiyyə sahəsi dövlətimiz üçün olduqca strateji, olduqca əhəmiyyət kəsb edən sahələrdən biri hesab olunur. Belə bir səbəblər üzündən də, Kürdəmir səhiyyəsində yaşanan problemlər bir mətbu orqan olaraq bizim də diqqətimizi cəlb etməkdədir. Odur ki, adı çəkilən rayonun səhiyyə ocaqlarında yaşanan acınacaqlı durumdan bəhs etməyi özümüz üçün borc bildik. Növbəti açıqlamalarımızda bu rayonun səhiyyə müəssisələrində yaşanan digər olaylardan da bəhs etməyə çalışacağıq.
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı