Söhrab Abbasovun kadrları Oğuz və Qəbələ meşələrini viran qoyur
Gundem / Siyaset
Oxunub: 3 139
28 sen 2017 | 13:01
Söhrab Abbasovun kadrları Oğuz və Qəbələ meşələrini viran qoyur











Nəqliyyat nazirinin istefaya göndərimləsi isə Eldar Mahmudovdan sonra ən böyük oliqarxlardan birinin sıradan çıxarılması prezidentin uğurlu islahatlarının bariz nümunəsidir. Hər iki korrupsioner nazirin vəzifədən uzaqlaşdırılması isə prezidentin apardığı islahatların tərkib hissəsi hesab olunur.

Daxil olan məlumata görə yaxınlardan bu islahatlar çərçivəsində “yola salınacaq” nazirlərən biri də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdur. Mənbənin sözlərinə görə, Bağırovun vəzifədən uzaqlaşdırılması isə bir çox daşları yerindən oynadacaq. Ortaya yeni və şokasalacaq korruspiya faktlarının üzə çıxacağını deyən mənbə bildirib ki, artıq Bağırov və ətrafı da durumun ciddiliyini hiss ediblər. O üzdən də Ekologiya Nazirliyi və şəxsən Hüseynqulu Bağırovla bağlı yayılan məlumatlara həssas yanaşırlar.

“Belə ki, mediada sözügedən nazirlik və nazirlə bağlı məlumatlar yayılan kimi nazirlik əməkdaşları və onlara yaxın şəxslər bu məlumatları dərhal saytlardan çıxartdırırlar. Bu ona hesblanır ki, istənilən məlumat nazirin “dosye”sinə yazılacaq ağır fakta çevilir”, – mənbə bildirib.

Son bir ayda isə proses şiddətlənib. Nazirliyin əməkdaşları ayrı-ayrı saytlara minnətçi düşərək tənqidi yöndəki bütün yazıları silməyi xahiş edirlər. Bəzən məhkəmə ilə hədələyirlər.

Görünən odur ki, nazir öz vəzifəsinin öhdəsindən gəlmir. Təbii sərvətimiz olan meşələr məhv edilir. Baxın, meşələrin çühafizəsi ilə birbaşa məşğul olan şöbədə son bir ildə neçə dəyişiklik olub.

Əvvəlcə nazirliyin ən böyük departamentinin - Meşələrin İnkişafı Departamentinin direktoru Şakir İsmayılovu vəzifədən uzaqlaşdırıb. Onun yerinə Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Xəlil Ramazanov təyin olunub.

Görünür Xəlil Ramazanov da etimadı doğrulda bilmir. 6-7 ay keçməmiş Söhrab Abbasov ETSN-in Meşələrin İnkişafı Departamentinin direktorunun müavini, həmin departamentin Meşəbərpa və meşəsalması sektorunun müdiri vəzifəsinə təyin edilir.

Maraqlı burasıdır ki, Söhrab Abbasov əvvəl Şamaxıda çalışıb, 2004 – cü ildə isə Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru vəzifəsində çalışmış və öz xahişinə əsasən vəzifədən azad edilmişdi. Hərgah ki, nazirlikdə hamı bilir ki, məhz Xəlil Ramazanovun təzyiqi ilə o vaxt işdən uzaqlaşmışdı. Nəhayət 13 il sonra apardığı mübarizə nəticə vardi və məhz Xəlil Ramazanovu postunda əvəzlədi.

Nəticə əlbətdəki Söhrab Abbasov üçün uğurlu oldu. Azərbaycan meşələri üçün dəyişən heç nə olmadı. Əksinə, Söhrab Abbasovun təyin etdiyi kadrlar Oğuz və Qəbələdə meşələrimizi məhv edir.

Ötən yazılarda bu haqda məlumat vermişik, hətta video da qoymuşuq - Həhim çəkilişlər:

Bu barədə azerinfo.az-a rayon sakinləri məlumat vermişdi. Məlumata görə, ağır texnika növbəti dəfə meşələrdəki fıstıq və palıd ağaclarını doğrayıb. Rayon sakinlərinin yazdığı məlumata görə, bəzi işbazlar meşə sahələrini qıraraq odunları müxtəlif parket sexlərinə, mebel sexlərinə baha qiymətə satırlar. Kəsilən ağacların bir hissəsi isə əhaliyə odun kimi satılır. Rayon sakininin sözlərinə görə, Xalxal, Muxas, Calud, Yemişənli, Filfili, Xaçmaz və digər kəndlərinin meşəliklərində demək olar ki, ağac qalmayıb.

Artıq məlum "meşə soyqırımı" ilə bağlı Oğuz sakinləri sosial şəbəkələrdə səhifə də yaradıblar. Onlar dəfələrlə aidiyyatı qurumlara məlumat verdiklərini açıqlasalar da, heç bir tədbir həyata keçirilməyib. Bu səhifədə Oğuz meşələrindəki soyqırımla bağlı məlumatlar yazılır, şəkillər paylaşılır..

Əməkdaşlarımız Oğuzda olarkən qanunsuz ağac kəsimi ilə bağlı videosüjet hazırlayıblar. Qısaca qeyd edək ki, Oğuzun Baş Ağıl meşəbəyliyinin Muxas kəndi ərazisində meşə zolaqları mütamadi məhv edilir. Qanunsuz ağac kəsimi əvvəlcədən həyata keçirilir, tədarük gürülür, səhər saat 5-6 radələrində iritutumlu “Ural”, “Zil” avtomobilləri ilə kəsilmiş ağaclar sahədən çıxarılır. Meşə zolağına gedən yollar qəsdən elə bərbad hala saınıb ki, ancaq iri yük avtomobilləri hərəkət edir.

Aldığımız məlumatlara görə qiymətli ağac növləri Qəbələdəki parket sexlərinə daşınır. O sexlər haqda da videosüjet hazırlayacağıq. Məsələ ilə bağlı həmin ərazinin meşəbəyisi, özünü Elmidar kimi təqdim edən şəxslə danışdır. O, bildirdi ki, həmin ərazidə gözətçi var. O da məsuliyyət daşıyacaq. Halbuki ağac kəsiminə görə heç kim cəzalanmayıb, nə də istintaq cəlb edilməyib. Sadəcə məsul şəxslər günahı bir-birilərin üzərinə atırlar.

Oğuzda meşə zolağının vəhşicəsinə məhv edildiyi ərazilərdən biri də Xaçmaz kəndidir.

Bu kənddən Qəbələyə yol var. Qanunsuz kəsilmiş ağaclar Qəbələyə məhz bu yolla daşınır.

Savxoz yolu qırılmış ağaclar ilə Ağdaş və Göyçaya da daşınır.

Oğuz Meşə Mühafizəsinə rəhbərlik edən Əlövsət müəllim uzun müddət polis sistemində, konkret olaraq Qubada rəis müavini kimi çalışıb. Orada işlədiyi müddətdə deyilənə görə odun satışı ilə məşğul olub. Təqaüdə çıxdıqdan sonra təcrübə qazandığı sahə üzrə işə düzəlib.

Kim kömək edib ona? Əlbətdəki Söhrab Abbasov. Çünki Söhrab Abbasov Qubada işləyərkən onunla tanış olub, birgə işlər görüblər. Yəni Əlövsət “ etimad” qazanmış adamdır.

Söhrab Abbasovun diğər “sağ əli” Ağstafadan Qəbələyə transfer etdiyi Raqifdir. Bu iki kadr haqda, Qəbələ və Oğuz meşələrində baş verənlər haqda daha ətraflı gələn saylarımızda danışacağıq.

Hələlik bugünlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanovun verdiyi məlumata diqqət yetirək:

“Ümumilikdə, qanunsuz olaraq 11 min kubmetr həcmində ağac kəsilib. 122 nəfər hüquqi və fiziki şəxs barədə akt və protokol tərtib olunub. Meşə fonduna isə 68 min manat ziyan dəyib.

S. Salmanov bildirib ki, son 15 il ərzində qanunsuz ağackəsmə halları 5 dəfə azalıb. Respublikaya idxal olunan ağac və ağac məhsullarının miqdarı isə 7 dəfə artıb.”

Əvvala, ağacları odun kəsiminə görə doğradıqda cərimə, protokol olur, kütləvi surətdə qırıb yeşik və parret sexlərinə daşıyanda bu artıq cinayət işi olur. Biz cinayət haqlları haqda nazirliyə məlumat veririk, cavab isə yoxdur. Ağackəsmə halları dəfələrlə artıb, saxta məlumat verməklə axı həqiqəti gizlətmək olmur.

Biz nazirlikdən təqdim etdiyimiz faktlarla bağlı cavab gözləyirik. Məsələni diqqətdə saxlayacağıq.
Söhrab Abbasovun kadrları Oğuz və Qəbələ meşələrini viran qoyurSöhrab Abbasovun kadrları Oğuz və Qəbələ meşələrini viran qoyurSöhrab Abbasovun kadrları Oğuz və Qəbələ meşələrini viran qoyur
Söhrab Abbasovun kadrları Oğuz və Qəbələ meşələrini viran qoyur
Söhrab Abbasovun kadrları Oğuz və Qəbələ meşələrini viran qoyur
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"