“Soyuqbulaq”dakı qiymətlər “müştəri qanı”nı içməyə hesablanıb
Gundem / Sosial
Oxunub: 1 422
3 okt 2017 | 13:23
“Soyuqbulaq”dakı qiymətlər “müştəri qanı”nı içməyə hesablanıb



























Təqdim olunan çekin üzərində yazılanların lazımınca oxunmaması, bəzi şübhələrin baş qaldırmasına da səbəb oldu

Ölkəmizin iqtisadi həyatında özəl sektorun varlığının və inkişaf etdirilməsinin xüsusi əhəmiyyəti var. Çünki ki, hər kəsin gündəlik tələbatının ödənilməsi ilə məşğul olan istehsal sahələrində, ayrı-ayrı müəssisələrdə, ictimai-iaşə obyektlərində və s. kimi sahələrdə həmin malların istehsalı ilə məşğul olunur, satışı da həyata keçirilir. Düzdür, bu gün özəl sektora daxil olan müəssisələrdən bəziləri fəaliyyətlərini qanundan irəli gələn tələblər əsasında davam etdirsələr də, tam əksəriyyətinin fəaliyyətində çoxsaylı qanunsuzluqlar müşahidə olunmaqdadır. Xüsusilə də, ictimai-iaşə obyektlərində, süd və süd məhsullarının istehsalı ilə məşğul olan müəssisələrdə, şirniyyat, kolbasa, su, çörək sexlərində baş alıb gedən antisanitariyanın varlığı, çoxsaylı qanunsuzluqların hökm sürməsi və s. əslində yaşananlarla bağlı həyacan təbili çalmağa tam əsaslar verir.

Adicə bir faktı vurğulayaq ki, ötən illərdə toyuq ətindən istifadə edən dönərxanaların fəaliyyətlərinin qadağan olunması haqda aidiyyəti qurumlar tərəfindən qərar çıxarılsa da, həmin qərar elə qərar olaraq qaldı. Belə bir qərarın çıxarılıb icra olunmamasına səbəb, yəqin ki, qruplaşmalar arasında davam edən “pərdəarxası oyunlar”ın varlığı oldu.

“Soyuqbulaq”dakı qiymətlər “müştəri qanı”nı içməyə hesablanıb


























Bu gün çoxsaylı müştərilərə sanki “qənim kəsilən” ictimai-iaşə obyektləri üzərində nəzarətsizlik mühitinin hökm sürməsi, gündəlik çoxsaylı problemlərin əmələ gəlməsinə də səbəb olur. Belə ki, 29 sentyabr 2017-ci il tarixdə İsmayıllı-Şamaxı yolunun Muğanlı kəndinə çatmamış hissəsində, bir qədər də dəqiq desək, həmin yolun sol tərəfində fəaliyyət göstərən və Nicat Zeynalov adlı şəxsə məxsus olması qeyd olunan “Soyuqbulaq” kafesində əməkdaşlarımızın üz-üzə qaldıqları haqsızlıqlar, sanki söylədiklərimizi tam təsdiq edir. Çünki həmin gün əməkdaşlarımız saat təqribən 15:45 radələrində yolüstü adı çəkilən kafedə dayanıb yemək yemək qərarına gəlirlər. Süfrəyə az miqdarda xiyar-pomidor, təqribən 50qram çəkidə pendir, 1 ədəd 500 qramlıq duşes, 1ədəd doğranmış çörək və təqribən 5-6 tikə basdırma kababı gətirən “ofisant”, ümumi “haqq-hesab”ın 29 manat olduğunu bildirdikdə, onlar sanki şoka düşürlər. “Ofisant”ın belə bir cavabından sonra, əməkdaşlarımız “haqq-hesab”ın təkrar hesablanmasını tələb etdikdə, o, ümumi hesabın 25 manat olduğunu bildirir. Süfrəyə gətirilən yeməklər bugünkü bazar qiymətləri ilə tutuşdurulduqda o da bəlli olur ki, “Soyuqbulaq” kafesində “müştərilərin qanı” belə bir üsullarla “içilir”. Bu da onu söyləməyə əsas verir ki, İsmayıllı-Şamaxı yolunun Muğanlı kəndinə çatmamış hissəsində yerləşən, amma ərazi baxımından Ağsu rayonuna aid olan “Soyuqbulaq” kafesində, dövlət qurumları tərəfindən lazımınca nəzarət həyata keçirilmədiyindən, adı çəkilən kafedə hər cür iyrənc hoqqalara qol qoyulur. Onlar süfrədən durub yedikləri yeməyə görə qarşı tərəfdən çek tələb etdikdə isə, çox keçmir ki, onlara xidmət göstərən “ofisant” üzərində 16:46 radəsinin qeyd olunduğu, amma yedikləri yeməklərdən heç birinin qiymətinin yazılmadığı çeki o, onlara təqdim edir. Təqdim olunan çekin üzərində yazılanların lazımınca oxunmaması, bəzi şübhələrin baş qaldırmasına da səbəb olur.“Soyuqbulaq”dakı qiymətlər “müştəri qanı”nı içməyə hesablanıb


























Əməkdaşlarımız “Soyuqbulaq” kafesində üz-üzə qaldıqları belə bir olaylardan sonra onu da dəqiqləşdirə bilirlər ki, adı çəkilən kafedə nəinki belə bir hoqqalara qol qoyulur, hətta əmək intizamının tələbləri də pozulur. Yəni, onların danışdıqlarına görə, kafenin daxili hissəsindəki natəmizliyin varlığı bir daha sübut edir ki, bu yöndə də dövlət qurumları tərəfindən nəzarət yetərincə deyil. Həmin gün əməkdaşlarımızın yedikləri basdırma kababının keyfiyyətsiz olması, məhz adı çəkilən kafedə istifadə olunan ət və ət məhsullarının baytar nəzarətindən keçməməsinə də əsaslar verir. Əgər onlar yedikləri yeməyə görə çek tələb etməsəydilər, o halda qaşı tərəf yəqin ki, belə bir addımını da atmayacaqdı. Baş verənlər onu təsdiq etməyə əsas verir ki, qeyd olunan ərazidə fəaliyyət göstərən “Soyuqbulaq” kafesində, çoxsaylı müştərilərə xidmət göstərilməsinə baxmayaraq, vergidən yayınma hallarına da qol qoyulur.
“Soyuqbulaq”dakı qiymətlər “müştəri qanı”nı içməyə hesablanıb


























Bütün bunlar onu göstərir ki, nəinki “Soyuqbulaq” kafesində, hətta yol kənarı ərazilərdə fəaliyyət göstərən digər ictimai-iaşə obyektləri üzərində də dövlət qurumları nəzarətini gücləndirməlidir ki, həmin ünvanlarda “müştəri qanı”nın içilməsinə yol verilməsin.

Bu yöndə araşdırmalarımızı davam etdirəcəyik.

Azerinfo.az
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE