Samux rayonu tərəqqi yolunda
Gundem
Oxunub: 2 913
8 in 2014 | 11:59
Samux rayonu tərəqqi yolundaÖlkəmizdə prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı, habelə kadr islahatları şəhər və rayonlarımızın, yaşayış məskənlərimizin tamamilə yeni libas almasına, inkişaf və tərəqqisinə rəvac verib. Belə rayonlardan biri də aqrar rayonlarımızdan olan Samux rayonudur. Samux rayonu son 10 il ərzində özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Həmin prosesin rayonun İcra Hakimiyyəti başçı Alı Qocayevin də rəhbərliyi dövründə yüksələn xətt üzrə davam etməsini yaxından müşahidə edirik. Rayon tamamilə yeni libas alıb.
Rayon rəhbərliyi yaşayış evlərinin sovet dövründən qalmış dam örtüklərinin yenilənməsinə, Samuxun mərkəzi küçə və meydanlarının, parkların, əyləncə, istirahət yerlərinin asfalt örtüyünün yenilənməsi, habelə küçələrin abadlaşdırılması, səliqə-səhman işlərinin görülməsinə xüsusi diqqət yetirir. Rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının, Heydər Əliyev mərkəzinin binaları və digər binalar Avropa üslübunda təmir edilib.
Samux rayonu tərəqqi yolundaRayonun yeni rəhbərinin həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri də burada sahibkarlığın inkişaf etdirilməsidir. Onun iş adamları ilə tez-tez canlı ünsiyyətdə olması, onların qayğıları ilə yaxından maraqlanması özəl sektorun inkişafına təsirsiz ötüşmür. Rəhbərlik sahibkarlara hər hansı problem, süni maneə ilə əlaqədar bilavasitə icra başçısının özünə müraciət etməyi, rayon rəhbərliyindən kömək istəməyi tapşırıb.
Rayonun 35 yaşayış məntəqəsindən 27 fasiləsiz olaraq təbii qazla təmin olunmuşdur ki, bu da rayon əhalisinin 90 faizinin təbii qazla təmin olunması deməkdir.
Rayonun bütün yaşayış məntəqələri stasionar telefonla təmin olunmuşdur. Rayonda bütün ATS-lər elektronlaşmışdır. Hazırda rayonda ümumi tutumu 8096 olan 14 EATS fəaliyyət göstərir ki, onların istifadə tutumu 7945 mömrə təşkiı edir. Şəhər əhalisi ADSL sürətli internet şəbəkəsi ilə təmin olunmuşdur.
Rayon ərazisində 216 km yol şəbəkəsi vardır ki, ondan 8 km-i Respublika əhəmiyyətli, 208 km-i yerli əhəmiyyətli yollardır. Rayon ərazisindən 11,1 km uzunluğunda dəmir yolu keçir, Zazalı və Alabaşlı stansiyaları vardır.
Rayonda Mədəniyyət şöbəsi, Mərkəzi Kitabxana Sistemi və Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Mədəniyyət şöbəsinin rayonun qəsəbə və kəndlərində 12 mədəniyyət evi, 14 klub, 34 kitabxana və 3 Uşaq Musiqi Məktəbi fəaliyyət göstərir.
Mərkəzi Kitabxana Sisteminin kitab fondu kitab təşkil edir, sistemdə elektron kartateka fəaliyyət göstərir.
Heydər Əliyev Mərkəzi 2007- ci ildə yaradılmışdır. Ümumi sahəsi 300 m2 muzey bir eksponat zalından, bir konfrans zalından və üç otaqdan ibarətdir. Muzeyin böyük zalında Heydər Əliyevin büstü qoyulmuş və Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto şəkillərlə, kino filmlərlə, lazımı avadanlıqlarla, kompüter texnikası ilə təchiz olunmuşdur. Muzeyin arxa hissəsində 700 m2 sahədə istirahət guşəsi salınmışdır.
Samux rayonu tərəqqi yolundaÖlkə prezidenti İlham Əliyevin yenidənqurma, abadlıq, inkişafla bağlı tapşırıqlarının ən yüksək səviyyədə əməl olunduğu Samuxda rayon rəhbərliyinin vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atdığı bütün addımlar müsbət nəticələrini verir, aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox tədbirlər həyata keçirilir. Pensiya və müavinətlərin vaxtında və ödənişin mütərəqqi üsullarla əhaliyə çatdırılması sahəsində işlər görülməkdədir. Boş iş yerləri haqqında məlumatların toplanılması, işləməyən vətəndaşların uçotunun aparılması, əhalinin məşğulluğunun təmin edilməsi və əmək yarmarkalarının keçirilməsi rayon rəhbərliyinin daim diqqət mərkəzindədir.
Rayonda salınan Heydər Əliyev parkı, Bayraq meydanı Samux rəhbərliyinin Azərbaycan dövlətçiliyinə, ulu öndərə olan ehtiramlarının, onun quruculuq, abadlıq, inkişaf, tərəqqi kursuna olan sadiqliyinin əyani nümunəsi və sədaqətlərinin göstəricisidir.
Mən bütün samuxlular adından xalqımıza əmin-amanlıq, rifah, xoşbəxt gələcək bəxş etmiş ulu öndər Heydər Əliyevin xatirəsini daim əziz tutur, onu ehtiramla yad edirəm və dahi liderin layiqli davamçısı cənab prezident İlham Əliyevin kursunu, daxili və xarici siyasətini dəstəkləyir, ona uğurlar, can sağlığı və uzun ömür arzulayıram.

Samux rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tahir Qarayev
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...