Günahkarın xüsusi İttihamı ilə günahsıza hökm oxundu...
Gundem / Siyaset
Oxunub: 1 392
16 okt 2017 | 01:57
Günahkarın  xüsusi  İttihamı  ilə  günahsıza  hökm  oxundu...













Gözel bir el məsəli var : "Oğru elə bağırdı ki, doğrunun bağrı cartladı". Yasamal rayon məhkəməsinin hakimi Azər Heydər oğlu Tağıyevin 06 İyul 2017 - ci il tarixdə xüsusi ittihamçı Şabanov Vaqif Cuma oğlunun təqsirləndirilən şəxs Hümbətov İbrahim Qubad oğluna qarşı qaldırdığı ittihama dair Azərbaycan Respublikası adından çıxardığı hökmü oxuyanda istər -istəməz bu deyim yadıma düşdü. Həmin deyimdə cüzi dəyişiklik edib başlığa çıxarsaq belə bir cümlə alınar. -- "Günahkarın xüsusi ittihamı ilə Günahsıza hökm oxundu..."

Azərbaycan Respublikasının qurucusu və memarı Ulu Öndər xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndə gözəl bir ifadə işlətmişdi: "Dövlət o vaxt sarsılır ki, günahkar cəzasız qalır , günahsıza cəza istənilir". Hələ ittiham aktına keçməmişdən öncə dahi Sokratın hakimlər haqqında söylədiyi ibratamiz bir fikri də yerinə düşür. Bəli, məhz Ədalətli qərar! Çünkü bütün fəlakətlər ədalətsizlikdən başlayır. Məhz Ulu öndərin söylədiyi kimi ;" dövlət o halda sarsılır ki, günahkar cəzasız qalır, günahsıza cəza verilir". Dövlətin sarsılması ona olan inamsızlığın bu cür ədalətsiz çıxarılan qərarlarla müqayisə edib ,arasında bərabərlik işarəsi qoymaq olar.

Bəs hakim Azər Tağıyev xüsusi ittihamçı Şabanov Vaqif Cuma oğlunun hansı xüsusi ittihamlarına aydınlıq gətirərək qərar çıxardı.? Bəs təqsirləndirilən şəxs Hümbətov İbrahim Qubad oğlu xüsusi ittiham olunub hökm çıxarılmasına səbəb olan hansı əməl sahibidi ?

Keçirilən məhkəmə prosesində çıxarılan hökümə aydınlıq gətirmək üçün ilk növbədə hər iki tərəf barədə kiçicik açıqlama verək:
...Vaqif Şabanov yazılanlara , deyilənlərə və rəsmi məlumatlara görə, Zakatala rayon Torpaq Komitəsində müdir işləyib və sonra komitə ləğv olunandan bir müddət işsiz qalıb. Sonradan o, Zakatala rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinə müdir təyin olunub. Özünün ittiham aktında göstərdiyi və məhkəmədə verdiyi ifadəyə görə Azerinfo.az xəbər portalında yayılmış məqalələrdən sonra Zakatala Meşə Mühafizəsi və Bərpası müəssisəsində direktor vəzifəsindən çıxarılmışdır.
Deməli yazılanlarda həqiqət yükü olub ki , Nazirlik cənab Şabanov Vaqif Cuma oğluna öz ərizəsi ilə işdən çıxmasının ən yaxşı yol olduğunu izah edə bilib.Yoxsa onun tabeliyində olan işçilər kimi müxtəlif inzibati cəzalarla işdən çıxarıla bilərdi...

Təqsirləndirilən və bu gün günahsız ola-ola , "günahkar" kimi üzərində Yasamal rayom məhkəməsinin çıxardığı hökümlə ittiham olunan Hümbətov ibrahim Qubad oğlu Azerinfo.az xəbər portalının baş redaktoru və təsisçisidi. Onun Azerinfo.az-in 27 yanvar 2017 - ci il tarixli sayında " Vaqif Şabanov Azərinfo.az- ın baş redaktoru İbrahim Hümbətovu ölümlə hədələdi. Zakatala meşələri qan ağlayır ; Cənab Nazir, bizi bu cəlladların əlindən xilas edin ! -Şok səs yazısı" və 30 yanvar 2017 - ci il tarixli sayında "Cənab Nazir ! Humanist endirimləri kim edib ! Cənab Xəlil Ramazanov ,yoxsa Vaqif Şabanov ? --Şok faktlar " məqalələrində "...keçən ilin əvvəllərində möhtərəm başçı Vaqif Şabanovun 50 ( əlli ) min manat müqabilində rayon Torpaq Komitəsinə müdir təyin etdirib. Lakin Vaqif müəllimin bəxti gətirməyib. Heç 2 ay çəkməyib ki, Komitə ləğv olunub. Vaqif müəllim də qalıb "havada". Başçı ilə çox çək-çevirdən sonra necə deyərlər çətinliklə olsa da üzü gülüb və İqbal Əliyevin onsuz da viran qoyduğu meşə təsərrüfatına müdir təyin oluna bilib. Meşə təsərrüfatından anlayışı belə olmayan Vaqif Şabanov da elə bilib ki, odun bazarına Bazarkom seçilib-- " Hücum çəkib " Zakatala meşələrinə " , həmçinin "... Zakatala rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinin yeni müdiri Vaqif Şabanova uzun müddətdir ki, bu bölgədə meşə " cəlladları " kimi ad qazanan Həmzə və Həbib cütlüyü də qoşularaq Zakatala meşələrinə sözün həqiqi mənasında qan uddururlar. Meşələrdən nadir növ ağacların kəsilməyi adi hala çevirilib. Zakatala meşələrində misli görünməmiş " meşə vandalizimi " başlayıb. Ən dözülməz vəziyyət isə rayonunun ən böyük meşəbəyliyi olan Çari - Qəbizdərə meşələrindədir. Qeyd edək ki , bu meşəbəyliyin 9 dolayı var ki, bundan da 6- cı şəhər ətrafı əraziləri , 3- isə Qəbizdərə - Mazıx ərazilərini əhatə edir . Bu 3 dolaydan birinə Abdulməcid , 2- sinə Ramazanın oğlu , 3- cüsinə isə Mahmud adlı şəxs nəzarət edir. Məlumata görə Ramazan adlı şəxs təqribən 3-4 dəfə 2- ci dolaya nəzarətçi təyin olunmuş və sonradan xüsusi maddə ilə işdən çıxarılmışdır . İndi isə həmin əraziyə , "meşə qənimi" adını qazanmış Ramazan adlı şəxsin oğlu nəzarət edir. Qeyd edək ki, adları çəkilən bu şəxslər meşələri qorumaq əvəzinə meşələrə əsl gəlir mənbəyi kimi baxır , ağacların kəsilib satılmasında "canla - başla" iştirak edirlər. Həmçinin Car-Qəbizdərə meşəbəyliyinin yaxın ərazisində , Tarixlər kəndi ətrafındakı meşə zolaqlarında gözətçi işləyən Rəfail adlı şəxslə , sahə rəisi olan Həmzə Əliyev əlbir olaraq həmin ərazidəki meşə zolaqlarının axırına "çıxıblar "- yazıb.

Xüsusi ittihamçı Vaqif Şabanov da Yasamal rayon məhkəməsində xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs qisimində Azerinfo.az xəbər portalının təsisçisi və baş redaktoru , yazının müəllifi Hümbətov İbrahim Qubad oğluna qarşı məsələ qaldırıb. Məhkəmədə işi icraata götürərək Hümbətov İbrahim Qubad oğluna qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148 - ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxıb.

- 147.2 - Ağır və xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.


-147.1 - Böhtan , yəni yalan olduğunu bilə -bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda , kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma.
Şərəf
- Cəmiyyətin üzvü kimi insanın əxlaqi , mənəvi , mədəni keyfiyyətlərinə , başqa şəxslərə ,dövlətə , cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir.
Ləyaqət
- Şəxsin özünə , özünün davranışına , mənəvi və əxlaqi dünya görüşünə , cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir.
Nüfuz
- Şəxsin cəmiyyətdə , kollektivdə , dostlarının əhatəsində , təşkilatda öz qabiliyyətinə , mövqeyinə , ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 - ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti üzrə şərəf və ləyaqəti ləkələyən məlumatlar, dedikdə, əxlaqi prinsiplər, istehsala - təsərrüfat xidməti və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət , kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür.

Bütün bunlardan sonra Azərbaycan Respublikasının qanunlarında şərh olunanlardan belə aydın olur ki, Zakatala Meşə Mühafizəsi Bərpası müəssisəsinin sabiq müdiri Vaqif Cuma oğlu Şabanovun xüsusi ittihamı qərəzlidi. Çünki Zakatala rayon Meşə Mühafızəsi və Bərpası müəssisəsində Vaqif Şabanovun rəhbərliyi dövründə adı yazıda hallanan meşəbəylərin bir çoxu işdə yol verdikləri nöqsanlara görə Nazirlik tərəfindən inzibati məsuliyyətlərə cəlb edilib, işdən çıxarılıb, aşağı vəzifəyə keçirilib, cərimə olunub. Vaqif Cuma oğlu Şabanovun adı isə yalnız yazıda "meşə təsərrüfatından xəbəri olmayan" biri kimi xarakterizə olunmasıdı. Vaqif Şabanov hansısa əməlinə görə işdən çıxarılmışları ətrafına toplaması , sonradan onun rəhbərliyi dövründə meşə zolaqlarında yaranan çatışmamazlıqları aradanqaldıra bilməməsi onun yaritmaz rəhbər olduğunu ortaya qoyub ki , o , da xüsusi qaydada cəzalandırılaraq işdən çıxarılmayıb, ən yaxşı halda öz ərizəsi ilə işdən çıxmanı məqbul sayıb. Bunu da sonradan guya yazılanlarla əlaqədar olduğunu vurğulaması absurdur . Belə olan halda məhkəməyə Vaqif Şabanov yox , adı həmin çatışmamazlığın yaranmasında çəkilənlər müraciət edib, yazılanların yalan və böhtan olmasını iddia edə bilərdilər. Hansı ki, bir yazıda istinad kimi Qaynarxətt.az sayıtı göstərilib. Lakin Vaqif Şabanovun bu cür ittiham qaldırıb, istəyinə nail olması " özünün təmizə çıxarması " kimi anlaşılmalıdı.

147.2 - ci maddə ilə Hümbətov İbrahim Qubad oğlunun ittiham olunması isə çox müəmmalıdı. Maddədən görünür ki, " Ağır və xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma " - məhkəmə tərəfindən tam araşdırılmayıb. Çünki yalnız bu ittihamla ittiham olunan Hümbətov İbrahim Qubad oğlu ,yazı sayıtda yayımlandıqdan sonra onu tanıyan " Dünya Press" internet sayıtının təsisçisi və redaktoru Əbilov Natiq Şakir oğlunun telefonuna gələn zənglə bağlı Vaqif Şabavov tərəfindən ölümlə hədələndiyini ortaya qoymuşdur.Bu səs yazısın eşidib bilən və zəng gəldiyini görən şahidlər də ifadələrində Hümbətov İbrahimin Vaqif Şabanov tərəfindən hədələndiyini ifadələrində təsdiq etmişdilər. Məhkəmədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 - ci maddəni həmin məcəllənin 147.1 -ci maddəsinə tövsit etmişdir. Lakin yazılanlarda bir halda Şabanov iddia qaldıra bilərdi ki, o da 50 (əlli ) min rüşvət söhbəti idi ki , bu barədə də yazı müəllifi sayıtda təkzib verib , üzürxahlıq etmişdir. Ona görə də heç bir halda Vaqif Şabanovun xüsusi ittihamı məhkəmə baxışı üçün icraata belə götürülməməliydi.

Yazının əvvəlində Azərbaycan Respublikasının qurucusu və memarı Ulu öndərdən ibratamiz bir ifadə işlətmişdim. İndi də bir ibratamiz məşhur ifadə ilə yazını bitirmək istəyərək inanırıq ki , Ali məhkəmə bu qanunsuz işi yenidən düzgün araşdıracaq və ədalətli qərar çıxaracaqdır.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...