ETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilir
Gundem / Sosial
Oxunub: 1 356
17 okt 2017 | 14:04
ETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilir















“Söhrab Abbasov kadr təyinatı zamanı kimlərinsə idarəçilik bacarığına, peşəkar kadr olmalarına və digər müsbət göstəricilərinin olmasına deyil, yalnız şəxsi maraqlarının həllinə daha çox önəm verir”

ETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilir


























[b]Xeyli vaxtdır ki, Azerinfo.az xəbər portalında respublikamızın müxtəlif şəhər və rayonlarının meşə zolaqlarında baş verən kütləvi “qətliam”larla, qol qoyulan çoxsaylı qanunsuzluqlarla bağlı açıqlamalar dərc olunur. Bu yöndə məqalələri dərc etməklə həm KİV nümayəndəsi olaraq peşə borcumuzu yerinə yetiririk, həm də bir şəxs olaraq vətəndaş təəssübkeşliyimizdən irəli gələn addımlarımızı atırıq. Baş verən “qətliam”lar haqda məlumatları mütəmadi olaraq xəbər portalımızda yerləşdiririk ki, aidiyyəti qurumları bu yöndə məlumatlandıraq, hər kəs baş verənlərdən az-çox xəbərdar ola bilsin. Əgər zamanında belə bir addımlarımızı atmasaq, yəqin ki, o halda baş verən faciələrin qarşısını almaq heç də mümkün olmayacaq. Bundan əlavə, ətraf mühitlə bağlı problemlər həmişə aktuallığı ilə də diqqəti cəlb edib. Çünki, bu sahədə əmələ gələn problemlər vaxtında aradan qaldırılmazsa, yəni yaşıllıqların qorunması, meşə zolaqlarının mühafizəsi, müəyyən ərazilərdə tüğyan edən erroziyanın qarşısının alınması və s. istiqamətində əməli addımlar atılmazsa, o halda ətraf mühitlə bağlı problemlərin varlığı qaçılmaz olacaq. Bir məqamı da vurğulayaq ki, hələ bir neçə il bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyev, ətraf mühitlə bağlı problemlərin varlığına xüsusi diqqət yetirdi və aidiyyətı qurumlara problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını da verdi.



Hətta, cənab Prezident İlham Əliyev meşə zolaqlarında və digər ərazilərdəki ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu və bu cür hallara qarşı ciddi mübarizə tədbirlərinin görülməsini, belə bir hallara yol verən hər kəsin birbaşa məsuliyyətə cəlb edilməli olduğunu Nazirlər Kabinetinin 13 aprel 2014-cü il tarixli iclasındakı yekun nitqində də vurğulayaraq bildirir ki, “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların qanunsuz kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”. Ölkə rəhbərinin vermiş olduğu belə bir tapşırıqların varlığına baxmayaraq, bu gün də əksər rayonların meşə zolaqlarında analoqu olmayan “qətliam”lar həyata keçirilir. Bu da onu söyləməyə əsas verir ki, həm vəzifə sahibləri üzərinə düşən vəzifə borclarını lazımınca yerinə yetirə bilmirlər, həm də ölkə rəhbərinin vermiş olduğu tapşırıqlara məhəl qoymurlar.

ETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilir


























Ötən açıqlamalarımızın birində vurğulamışdıq ki, son vaxtlar ETSN-də yeni təyinatlar həyata keçirilsə də, belə bir təyinatlatlarla da lazımi nəticəni əldə etmək mümkün olmadı. Məsələn, bir müddət bundan əvvəl nazirlkdə ən böyük departamentlərdən biri olan--Meşələrin İnkişafı Departamentinin direktoru daşıdığı vəzifəsindən uzaqlaşdırıldı və onun yerinə Milli Hidrometeorologiya Departamentindən Xəlil Ramazanov təyin olundu. Amma, bu şəxs də rəhbərliyin ona bəslədiyi etimadı doğrulda bilmədi. Belə olan halda vaxtilə Şamaxıda, Qubada meşə təsərrüfatına rəhbərlik etmiş və həmin ərazilərdə meşə zolaqlarını məhv etdirməklə xüsusi ad-san çıxarmış Söhrab Abbasov, ETSN-də adı çəkilən departamentin direktor əvəzi və departamentin meşəbərpa və meşəsalma sektorunun müdiri vəzifəsinə təyin olundu.
Bu şəxsin belə bir vəzifəyə təyinatı, ötən açıqlamalarımızda qeyd etdiyimiz kimi sanki meşə zolaqlarının məhvinə “yaşıl işıq” yandırdı. Buna da əsas səbəb, Söhrab Abbasovun vəzifə səlahiyyətindən sui-istifadə etməsi, yaxın təmasda olduğu şəxsləri müəyyən vəzifələrə təyin etdirməsi oldu. Məsələn, hazırda Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə rəhbərlik edən Əlövsət müəllim, uzun müddət hüquq-mühafizə orqanında çalışmasına baxmayaraq, təqaüdə çıxdıqdan sonra adı çəkilən rayonun meşə təsərrüfatına rəhbərlik etməyə başladı. İndi sual oluna bilər ki, Əlövsət müəllim meşə təsərrüfatı sahəsi üzrə mütəxəssis olmadığı halda, o, belə bir təyinatı necə əldə edə bilir? Görəsən kim dayaq olur ki, bu şəxs təqaüdə çıxdıqdan sonra Oğuzun meşə təsərrüfatına direktor təyinatı ala bilir? Azerinfo.az-a çatdırılan məlumatlara görə, belə bir təyinatın verilməsində Söhrab Abbasovun xüsusi rolu olur.



Bu şəxsin təyin etdirdiyi kadrlardan birinin də, Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə rəhbərlik edən Raqif müəllimin olduğu bildirilir. Hər iki şəxsin rəhbərlik etdikləri meşə zolaqlarından əldə olunan bu çəkilişlər bir daha onu söyləməyə əsas verir ki, Söhrab Abbasov kadr təyinatı zamanı kimlərinsə idarəçilik bacarığına, peşəkar kadr olmalarına və digər müsbət göstəricilərinin olmasına deyil, yalnız şəxsi maraqlarının həllinə daha çox önəm verib. Əgər sadaladığımız belə bir fikirlər həqiqəti ifadə etmirsə, o halda təyinatları verilən hər iki şəxsin meşə təsərrüfatı sahəsində peşəkar mütəxəssis olmaları əsas götürülərdi. Deməli, cənab Söhrab Abbasovun təsir imkanları o qədər böyükdür ki, kadr təyinatı zamanı belə bir göstəricilər heç də nəzərə alınmır.

Digər tərəfdən, bu günə kimi Azerinfo.az saytında ekoloji problemlərlə bağlı silsilə tənqidi açıqlamalar dərc etmişik, təqdim olunan çəkilişləri də ictimailəşdirmişik. Yazıb onu da qeyd etmişik ki, meşə zolaqlarında kəsilməsi qanunla qadağan olunan ağacları kəsənlər çox zaman müəyyən mafiyanın, müəyyən qruplaşmanın üzvləri olurlar. Meşə təsərrüfatlarına rəhbərlik edən vəzifə sahibləri isə, əksər hallarda həmin şəxslərin əməllərinə dayaq dururlar. Belə olan halda böyük bir ərzilərdə yaşıllıqlar məhv edilir və kəsilmiş ağaclardan müxtəlif məqsədlər üçün istifadə olunur. Həmin vaxtlarda meşə təsərrüfatlarına rəhbərlik edənlərin və digər vəzifə sahiblərinin maddi maraqları da təmin olunur. Əgər belə bir addım atılmazsa, o halda həmin şəxslər bu cür qanunsuzluqlara da qol qoya bilməzlər. Azerinfo.az saytı olaraq, son vaxtlar daha çox Zaqatalanın, Qəbələnin, Qubanın, Oğuzun, Masallının, Balakənin və s. kimi rayonların meşə zolaqlarında yaşıllıqların kütləvi məhvi haqda silsilə tənqidi açıqlamalar dərc etmişik. Sözsüz ki, dərc olunan hər bir açıqlama faktlar əsasında işıq üzü görüb. Təəssüf doğuran hal o olub ki, yaşıllıqları məhv edənlər son vaxtlar daşıdıqları vəzifələrindən uzaqlaşdırılsalar da, məsuliyyətdən kənarda qalıblar. Əslində həmin şəxslərin əməllərində cinayət tərkibli əməllər olduğundan, onların çoxu cinayət məsuliyyətinə cəlb olunmalı idilər. Bir müddət bundan əvvəl, adı çəkilən nazirlikdə Meşələrin inkişafı departamentinin sektor müdiri vəzifəsini daşıyan Sadiq Salmanov mediaya açıqlamasında bildirmişdi ki, “son altı ay ərzində ETSN-nin tabeçiliyində olan qurumlarda çalışan 64 nəfər daşıdığı vəzifələrindən uzaqlaşdırılmış və 122 nəfər hüquqi və fiziki şəxs barəsində akt və protokol tərtib olunub. Buna da səbəb, həmin şəxslərin çoxsaylı qanunsuzluq əməllərinə qol qoymaları olmuşdur”. Nazirlik əməkdaşının belə bir açıqlaması bir daha onu sübut edir ki, bir çox media qurumlarında, o cümlədən Azerinfo.az saytında dərc olunanlar həqiqəti ifadə edən açıqlamalardır ki, bu cür addımlar da atılıb. Bu gün isə fərqli stiuasiya əmələ gəlib. Yəni, nazirliyin rəhbər şəxsləri sadalanan problemlərlə bağlı lazımi tədbirlər görmək əvəzinə, Azerinfo.az saytının rəhbərliyini 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə vermək qərarına gəliblər. Hətta, dərc olunan açıqlamalarda sadalanları şər-böhtan adlandırmaqdan da ehtiyat etməyiblər. O halda sual oluna bilər ki, görəsən həmin şəxslər ayrı-ayrı rayonların meşə zolaqlarının necə məhv edilməsi ilə bağlı, Azerinfo.az saytında yerlışdirilmiş videoçəkilişləri görməyiblərmi? Dərc olunan məqalələrdə sadalanan faktları oxumayıblarmı? Redaksiyamıza verdikləri cavab məktublarında qeyd etdikləri mövqelərini xatırlamırlarmı? Yoxsa zamanı keçib, tarix unudulub!

ETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilir


























Bir məqama da toxunaq ki, bu gün nazirliyin rəsmi şəxsləri Azerinfo.az saytının rəhbərliyini məhkəməyə sürükləməklə, bir növ özlərini “sudan quru” çıxartmağa çalışırlar. Yəni onlar arxayındırlar ki, keçiriləcək məhkəmə proseslərində onların fikri əsas götürüləcək, qərarlar onların xeyrinə çıxarılacaq.

Amma, o məqamı da unutmayaq ki, hələ məhrum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olarkən "bir ağacın kəsilməsi bir qolumun kəsilməsidir" demişdir. Ulu Öndər bu cür yanaşmasını ortaya qoymaqla bir daha sübut etmişdir ki, ətraf mühitlə bağlı problemlərin varlığı daim onu da düşündürüb. Bu gün isə, meşə zolaqlarının kütləvi məhv edildiyi bir vaxtda ETSN-nin rəsmi şəxsləri belə bir addımlarını atmaqla nəyə nail olmaq istəyirlər, hələlik biz onu bilmirik. Axı, hər kəs ekologiyaya qarşı həssas olmalı, problemlərin aradan qaldırılmasına çalışmalıdır. Belə bir addımların atılmasına baxmayaraq, biz nazirliyin rəsmi vəzifə sahiblərindən, ələlxüsus Rövşən Cəlilovdan, Söhrab Abbasovdan fərqli olaraq baş verən qanunsuzluqlara heç bir halda göz yummayacağıq və bu yöndə mübarizəmizi də davam etdirəcəyik. İndi sual oluna bilər ki, məgər nazirliyin strukturunda o qədərmi kadr çatışmazlığı var ki, belə bir əməl sahiblərini, daha çox isə ixtisas profili uyğun gəlməyənləri mühüm vəzifələrə təyin edirlər?. Deməli...

Araşdırmamız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik./b]

ETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilir
ETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilir
ETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilir
ETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilir
ETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilir
ETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilir
ETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilirETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilirETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilirETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilirETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilirETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilirETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilirETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilirETSN-də peşəkarlar arxaya, qeyri peşəkarlar isə önə çəkilir
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...