CƏNAB H.BAGIROVUN NƏZƏRİNƏ: Hərbi komissar hara, meşə təsərrüfatı hara?
Gundem / Sosial
Oxunub: 1 270
19 okt 2017 | 09:41
CƏNAB H.BAGIROVUN NƏZƏRİNƏ: Hərbi komissar hara, meşə təsərrüfatı hara?















Bioloji müxtəlifliyin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılmışdır. Hazırda ölkədə ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bu sahədə fəaliyyətin davamı olaraq Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğun yaradılması istiqamətində iş aparılır. Eyni zamanda Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Dənizkənarı Milli Parkın yaradılması məqsədilə zəruri tədbirlər görülür. Yeni qorunan ərazilərin yaradılması işi başa çatdıqdan sonra xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin təxminən 13 faizini təşkil edəcək.

Milli parklarda müasir xidmət infrastrukturunun yaradılması sayəsində ekoturistlərin sayı kəskin artmışdır. Göygöl Milli Parkında əhalinin müxtəlif təbəqələri üçün müasir tələblərə cavab verən ekoturizm infrastrukturu istifadəyə verilmiş, təkcə 2015-2016-cı illər ərzində buraya 265 min turist səyahət etmişdir. “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün 8Milli Strategiya” təsdiq edilmişdir. Vəhşi təbiətin mühafizəsi istiqamətində aparılan işlər davam etdirilir. Heydər Əliyev Fondunun dəstəyi və IDEA İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində 170 başdan artıq ceyran öz tarixi areallarına köçürülmüşdür.

Bütün bunlar, bu uğurlar nazir Hüseyn Bağırovun xidmətləridir. Əlbətdə bu uğurları və onun başçılığı altında ETSN-də görülən işləri danmaq olmaz. Lakin son vaxtlar sanki gizli bir əl cənab naziri medianın hədəfinə gətirir. Düzdür, nazirlikdə olan neqativ hallara görə birbaşa məsuliyyət Hüseyn müəllimdədir. Ancaq hər şeyəmi o nəzarət etməlidir?

Bu yaxınlarda mətbuatda ETSN-də olan savadsız kadrlarla bağlı yazı getdi və yenə cənab nazir tənqid olundu. Məsələn, 7 saylı Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsinə müdir əvəzi Şirinov Şükür Şikar oğlu təyin olunub.

Bu adam əvvəl hərbi komissar işləyib .Profesional hərbiçidir. Ancaq ekologiyadan başı çıxmır. Bu sahədə qəti biliyi yoxdur. Hərbi komissar tut ağacı ilə palıdı ayıra bilmir, yerin geoloji strukturundan xəbəri yoxdur və sair. Axı nazirliyin kadrlar idarəsinə cavahdeh olanlar bunu bilmir?

Sovet dövründə belə vəzifəli şəxslərə i.o ( исполнительный обязанности ) deyirdilər və bunun müddəti maksimum 1 ay çəkə bilərdi. Şükür Şirinov isə xeyli müddətdir ki, ordadır. Niyə, hansı xidmətinə görə? Bax bu cavabı nazirlikdən gözləyirik.

Qaynarxett.az
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı